Ana səsi sakitləşdirici gücə malikdir

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1400
Paylaş:
Səs ver:
(səs: 1)
 

    ABŞ-dan olan elm adamları anaların öz uşaqlarıyla, sadəcə, telefonla əlaqə saxlaya bildikləri üçün özlərini günahkar saymalarını yüngülləşdirə biləcək bir araşdırma aparıblar. Bu araşdırmaya görə, anaların səsi hətta gərgin uşaqları sakitləşdirməyə yetir. Araşdırmaçılar sevilən biri ilə səs mübadiləsinin insanlara necə təsir etdiyini öyrənmək üçün apardıqları təcrübədə üzə çıxarıblar ki, oksitosin hormonunun yetkinlik vaxtı öncəsində və gərgin durumda olan qızlara analarının və ya çox sevdikləri birinin səsini eşitmək sakitləşdirici təsir bağışlayır. Yaşları 7 - 12 olann 61 qız, tanımadıqları insanların önünə çıxarılaraq onlardan bir performans göstərmələri istənilib. Daha sonra bu qızlar 3 qrupa bölünüb. Onlardan 1-ci qrupu anaları tərəfindən fiziki təmas yolu ilə sakitləşdirilib. 2-ci qrup anaları ilə telefonda danışıb, 3-cü qrup isə anaları ilə heç bir təmas qurmayıb. Bu müddətdə uşaqların stress hormonuna nəzarət olunub. Anaları tərəfindən fiziki, ya da səs yoluyla sakitləşdirilən uşaqların oksitosin hormon səviyyəsində bənzərliklər qeydə alınıb. Alimlər vurğulayıblar ki, əldə olunan nəticələr bir daha yaxınların, xüsusilə də anaların səsinin çılğın uşaqların sinir sisteminin sakitləşdirilməsinə, onlarla sosial əlaqələrin qurulmasına çox güclü təsir göstərdiyini oratya qoyub. Ailələri və dostları ilə yaxşı münasibət qura bilməyən yeniyetmələrin sağlıq durumları da digər yaşıdları ilə müqayisədə mənfi təsir bağışlayır. Anaların səsi həm də uşaqları sağlıq baxımından rahatladır.


Redakte etdi: Pretty girl


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1400
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv