Körpənizi belə sakitləşdirməyi təcrübə edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 608
Səs ver:
(səs: 2)


Körp601;nizi bel601; sakitl601;351;dirm601;yi t601;crüb601; edin



  Körpənin daha ana bətnində olarkən ətrafla ünsiyyətə keçdiyini ifadə edən mütəxəssislər, körpələrin necə sakinləşdirilməsi lazım olduğu mövzusunda anaları xəbərdar edir; körpənizə toxunmaq ən təsirli üsuldur!
Körpənizi sakitləşdirmək üçün bir də bunları yoxlayın ...

İlk günlər hər zaman çətin keçər

Əslində ağlamaq, körpənizin bildiyi ,danışdığı bir dildir. Bu sizinlə ünsiyyət qura bilməsinin tək yoludur. Siz də gəlin onunla orada vuruşmayın. Əksinə niyə ağladığının səbəbini öyrənməyə çalışın.
Aç olduğu üçün ya da yuxusu gəldiyi üçün ağlamış ola bilər. Ya da altının dəyişməsini istəyir. Bəlkə də yalnız qucaqlanmaya ehtiyacı vardır.

Sınamaq-yanılmaq, ən təsirli üsuldur

Körpəniz çətin bir körpə ola bilər. Buna görə onu sakitləşdirməyi öyrənərkən fərqli üsullardan istifadə edin. Beləcə hansını daha çox sevdiyini kəşf edə bilərsiniz. Amma unutmayın ki, böyüdükcə körpənizin seçimləri də dəyişər. Bir həftə əvvəl işə yarayan və onu sakitləşdirən üsul bir həftə sonra qışqırıq atmasına səbəb ola bilər.

Körpənizə yaxınlaşmağa laqeyd yanaşmayın

Onu qucağınıza alın və sinənizə yatırın. Beləcə çiyinlərinizdən yuxarı doğru baxa bilər.
Sizə yaxın olmağı sevəcəyini görəcəksiniz. Sinənizdə yatarkən dünyaya tam fərqli bir gözlə baxacaqdır. Bu da onu sakitləşdirəcəkdir. Narahatdırsa da çiyninizdən sinənizə doğru endirib əmizdirin.

Qucağınızda, yüngülcə yelləyin və yatmasını gözləyin

Körpələr sakit, ritmik, nəzakətli hərəkətləri sevərlər. Onları qucağınızda yüngülcə yelləyin.
Ya da yatdıqları yerdə yavaşca bir sağa bir sola çevirin. Əyninə ya da arxasına çox yüngülcə pat-pat deyə vura bilərsiniz. Bu da ona ürəyinizin ritmini xatırladır.

Masaj, körpəniz üçün çox əhəmiyyətlidir

Masajın ağlamanı azaltdığını sübut edilmiş bir vəziyyətdir.
Körpənizin əvvəl əllərini, ayaqlarını yüngülcə ovuşdurun. Sonra da bədənini dairəvi hərəkətlərlə oxşayın. Işə yaramazsa da başqa bir gün təkrar təcrübə edin. Bəlkə o sırada ehtiyacı olan başqa bir şeydir.


Redakte etdi: Pretty girl

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 608
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri