Uşaqların düzgün qidalanması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 698
Səs ver:
(səs: 0)
Uşağın normal böyüməsi, psixi və fiziki inkişafı üçün də vacib şərtdir.

Süddən südə fərq var?

Həkim deyir ki, ağız südünün tərkibi gündən-günə dəyişir. 4-5 gündən təxminən 2 həftəyə qədər uşaq yağla zəngin keçid süd, sonra isə yetişmiş süd alır. Ana südünün tərkibində iri lopalarla pıxtalaşan, çətin həzm olunan kazein heyvani südə nisbətən azdır. Uşağın ilk aylarında mədə şirəsi turşuluğunun aşağı olmasını nəzərə alsaq, bunun xüsusi əhəmiyyətə malik olduğu düşünülər. Ana südünün zülalı mühüm həyati əhəmiyyəti olan və qiymətli amin turşularının mürəkkəb birləşməsindən ibarətdir. Bu zülal öz quruluşuna görə uşağın zülalının tərkibinə yaxındır ki, bu da onun mənimsənilməsini, bədən toxumalarının inkişafında istifadə olunmasını asanlaşdırır. Uşaqlarda zülala tələbat böyüklərin orqanizminə nisbətən çoxdur, ona görə ki, uşaq yaşlarında boy artımı və inkişaf prosesləri daha intensivdir. Zülalın çox hissəsi yeni toxuma və hüceyrələrin qurulmasına sərf olunur.

Ana südünün əsas üstünlüyü nədir?

Həkim-pediatrın dediyinə görə, qadın südünün əsas bioloji üstünlüyü onun tərkibində anticisimlərin və hormonların olmasıdır. Beləliklə, anticisimlər uşağın ilk aylarında bir sıra uşaq infeksiyalarına qarşı immunitet yaradır. Hormonlar isə uşağın boy artımı və inkişafını stimullaşdırır: "Təbii qidalanma zamanı uşaq ana südünü tam steril halda alır. İnək südü və ondan hazırlanmış qarışıqlarla qidalandıqda isə onun mədə-bağırsaq sisteminə mikrobların düşməsi imkanı artır. Təbii qidalanmanın ən böyük üstünlüyü ondan ibarətdir ki, ana südünün tərkibində olan albumin və qlobulinlər bağırsaq divarından dəyişikliyə uğramadan keçə bilirlər".

Uşaq doğulduqdan 6-12 saat keçdikdən sonra ona ana südü verilməlidir. Yarımçıq doğulan uşaqlar, zəif doğulanlar, doğuş travması ilə zədələnənlər, xəstə uşaqlar sağılmış isti südlə qaşıq və pipetka vasitəsilə qidalandırılmalıdırlar. İlk gündən düzgün qidalanma rejiminin təyin edilməsinin böyük əhəmiyyəti var. 1-1,5 aylıqdan başlayaraq uşaqlara giləmeyvə, meyvə və tərəvəz şirəsi verilməlidir. Şirələr gündə 2 dəfə 3-5 damcıdan başlayaraq tədricən artırılır. 5-6 aylıqda 8-10 çay qaşığına çatdırılır. 3-3,5 aylıqdan pomidor, gavalı, ərik, albalı şirəsi vermək olar. 4 aylıqdan sonra gündə yarım çay qaşığından başlayaraq 2 xörək qaşığına qədər sürtgəcdən keçirilmiş alma püresi verilməlidir.

Vitaminləri nə zaman vermək olar?

Pediatr vurğulayıb ki, təbii qidalanan uşaqlara bir aylığından başlayaraq gündə 30 milliqram askorbin turşusu verilməlidir. Əgər uşaq sterilləşdirilmiş başqa heyvan südü alırsa, askorbin turşusunun miqdarı 100 milliqrama çatdırılmalıdır. Uşağa 2 aylığından başlayaraq B qrupu vitaminlərini vermək lazımdır. Balıq yağını bir aylıqdan başlayaraq hər dəfə 3-5 damcı, gündə 2-3 dəfə verməklə tədricən miqdarını artıraraq 3 aylığında 1 çay qaşığına çatdırılmalıdır. Balıq yağı mədə şirəsinin ifrazını ləngitdiyinə görə yeməkdən sonra verilməlidir. Balıq yağı yüksək enerjili qida maddəsi olmaqla A və D vitaminləri ilə zəngindir.

Uşaq yekəldikcə yeməyi də "böyüyür"
Sağlam uşaq 5-6 aylığına qədər ananın südü və vitaminlərlə qidalanır. 4 aylıqdan başlayaraq uşağın zülala, duzlara və karbohidratlara olan tələbatı artır. 5-6 aylıqdan başlayaraq uşağa ananın südünün miqdarından, keyfiyyətindən asılı olmayaraq mütləq əlavə qida verilməlidir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri