Körpə qəbizlikdən əziyyət çəkirsə nə etməli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 951
Səs ver:
(səs: 0)

Yeni doğulmuş köpələrdə qəbizlik qeyri adi deyil. Çoxşey körpənin bağırsaqlarına təsir edə bilər.


Bəzən qəbizliyi Disbakteriozun simptomu kimi qiymətləndirirlər, lakin disbakterioz uşaqda çoxlu qaz (köp) və tez-tez nəcis ifrazina gətirib çixarir. Lakin bəzən qəbizlik başqa xəstəliyin fonunda disbakteriozla birgə üzə çıxa bilər.
Qəbizliyə səbəb çox erkən vaxtlardan tərkibində zülal olan qidalardan istifadə: süd məhsulları, ət, toyuq və s. Ana südü ilə qidalanma zamanı əgər uşaq zəif əmmə ilə ləng, az miqdarda süd içirsə, bu da qəbizliyə səbəb olur, amma südün miqdarini artıran kimi qəbizlik aradan götürülür.
Yaxşı olar ki, əlavə qidalanmaya sıyıq və pörtülmüş tərəvəzlərlə başlanılsın. Unutmayaq ki, hər bir uşağa fərdi yanaşmaq lazımdır. Ola bilər ki, qəbizlik yeni qidanın verilməsindən sonra yaransın, belə halda onu digər qida ilə əvəz etmək lazımdır.
Həzm olunmayan qalıqlar çox az olur və nəticə etibarilə defekasiya refleksini işə salmaq üçün kifayət olmur. Bunu zibil vedrəsi nümunəsində daha rahat anlamaq olar: bir balaca atılan zibilə görə, siz vedrəni boşaltmayacasınız, siz onun dolmasını gözləyəcəsiniz və belə bir halda təbii ki, körpənin düz bağırsağının dolması bir neçə gün tələb edə bilər və beləliklə, defekasiya heç bir müdaxilə olmadan baş tutacaqdır.

Müasir pediatriya kitablarına nəzər salsaq, orada ana südündə olan körpə uşaqların nadir nəcis ifrazı normal bir hal kimi qəbul olunur və əksər hallarda heç bir müdaxilə tələb etmir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri