Kalsium. Sümük və dişlərin möhkəmlənməsi üçün vacıb sayılır. Kalsium qanın laxtalanma prosesində iştirak edir və orqanizmdə qidanın enerjiyə çevrilməsində rol oynayır. Kalsium aşağıdakı qidalarda olur: - qatıq - süd - pendir - bişmiş ispanaq Omeqa 3 və Omeqa 6.
Qadınla.Com bildirir ki, omeqa 6, bir çox qidaların tərkibində olur. Omeqa 3 isə ən çox balıq və balıq məhsullarında olur. Dəmir. Dəmir qanda hemoqlabinin əmələ gəlməsi üçün lazımdır. Dəmir çatışmazlığı uşaqlarda yorğunluğa, zəifliyə və əsəbiliyə səbəb ola bilir. Dəmir aşağıdakı qidalarda olur: - mərci - quru lobya - dana əti - noxud. Maqnezium Uşaqların sümük sistemini möhkəmləndirir, immun sistemi gücləndirir, sinir sisteminin düzgün çalışmasına yardım edir. Maqnezium aşağıdakı qidaların tərkibində olur: - ispanaq - fısdıq - kişmiş - mərci - qatıq - banan. Kalium. Orqanizmin su-duz mübadiləsində iştirak edir, qan təzyiqinin normallaşmasına yardım edir. Ürək ritmlərinin normallaşmasına və əzələlərin yaxşı işləməsinə səbəb olur. Kalium aşağıdakı qidaların tərkibində olur: - sobada bişmiş kartof - ərik - pomidor suyu - portağal suyu - bananda A vitamini. Gözlər və sümüklərin inkişafı üçün lazımdır. Saç, dəri və dırnaqların inkişafı üçün yardımçı olur. A vitamini aşağıdakı qidaların tərkibində olur: - yerkökü şirəsi - ispanaq - yumurta.
C vitamini. Sümüklərin, toxumaların, immunitetin möhkəmlənməsi üçün lazımdır. Aşağıdakı qidaların tərkibində daha çox C vitamini olur: - portağal suyu - qırmızı bibər - kivi - brokli kələmi - pomidor. D vitamini. Orqanizmdə kalsiumun bağırsaqlardan sorulmasına yardım edir. Sümükləri möhkəmləndirir. D vitamini aşağıdakı qidalarda olur: - samon balığı - yumurta sarısı. Tərkibində E vitamini olan qidalar: - badam - ispanaq - kivi. Sink. Saçların, dırnaqların və dərinin sağlamlığı üçün lazımdır. Sink aşağıdakı qidaların tərkibində daha çox olur: - mərci - badam - noxud - toyuq budu.