Toz körpəniz üçün çox təhlükəlidir

Müəllif: Son Bahar
Şərhlər: 0
Baxılıb: 2 521
Səs ver:
(səs: 0)
Tozlar hər kəsin evində olan, gözlə görülməyəcək qədər kiçik olan ölçülərinin 0,1-0,5 mm arasında dəyişən mikroskopik canlılardan formalaşmışdır. Ev tozları çöldəki kirli yerlərdəki tozlardan fərqlidir.

Çünki bu əslində toz deyil, canlı həşərat, yataq həşəratları, digər bir adı ilə ev içi parazitlərdir. Yer kürəsində ilk insan qədər qədim olan bu canlılar insanın olduğu hər yerdə vardır. Çünki insan və heyvanların vücudundan tökülən saç, tük, kəpək və dəri artıqları ilə bəslənirlər. İsti və nəmli mühitləri sevirlər və tez çoxalırlar. Ev içində ən çox yataqda və yataq otaqlarında mövcud olur.

Uşaq həkimləri bildirirlər ki, bir uşağın toza alergiyasının inkişaf etməməsi üçün ev içərisində və yataq otağında alınması vacib olan tədbirlər aşağıdakılardır:

Yataq otağına gün işığı düşməlidir
Evdə rütubət olmamalıdır
Yataq, yorğan və döşəkdə yun və ya tük olmamalıdır
Yataq otağı sadəcə yatmaq üçün istifadə olunmalıdır
Yataq otağı sadə və əşyasız olmalıdır
Yataq otağında xalça olmamalıdır
Yataq otağı günlük təmizlənməli və havalandırılmalıdır
Təmizlik edərkən uşağınız təmizlik edilən mühitdə olmamalıdır
Yataq örtükləri həftədə ən az bir dəfə yuyulmalı və ütülənməlidir
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 521
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri