Körpəsini ilk dəfə çimdirən analara məsləhətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 971
Səs ver:
(səs: 1)
Əgər həkimin əks göstərişi yoxdursa,körpənizi evə gətirdiyiniz günün səhəri çimizdirə bilərsiniz.
Su proseduru hər gün və eyni saatda (hansı ki valideynə uyğundur) keçirilməlidir.Əgər körpə yorğundursa və kapriz edirsə təxirə salmaq olar.

Çimmək üçün lazımlı ləvazimatlari öncədən hazırlamalisiz.

Uşaq vannasi - Çimməkdən öncə,vannanı sodayla sürtün və yaxalayıb qaynar suyla dezinfeksiya edin.Bu cür dezinfeksiya hər çimmədən öncə edilməlidir.
Uşaq sabunuyla körpənizi həftədə 1-2 dəfə,şampunla isə həftədə 1 dəfə çimdirə bilərsiz.
Körpənin dərisini xüsusi uşaq sungeri,təmiz yumşaq dəsmal,pambıq və ya sadəcə əlinizlə yuya bilərsiz.

Daha sonra lazım olan ləvazimatlar isə bunlardir.

Su termometri
Kiçik su qabi
Qurulamaq üçün dəsmal
Ən sonda geyindirmək üçün paltar.

Suyun temperaturu 34-37 dərəcə olsa məsləhətdir.

Əgər körpənin göbəyi hələ tam sağalmayıbsa onda onu,qaynanmış və əvvəlcədən soyudulmus suyla çimizdirməlisiz.

Hazırlıqlar bitəndən sonra,körpəni soyundurun və bir az hava vannasi qəbul etməyinə imkan yaradın.

Sonra yavaş yavaş uşağı çiyinlərə qədər suya salın.Sol əlinizi dirsəkdən bükərək,ehmalca başını saxlayın.Baş barmağıniz uşağın sol çiyni üstündə olmalıdır.

Ilk çimmənin müddəti 5-8 dəqiqə ola bilər.Sonrakı aylarda artıq bu müddət 15,hətta 30-40 dəqiqəyə qədər uzana bilər.Təbii ki,su proseduru övladınizin xoşuna gəlirsə.

Çiməndən sonra,uşağı təmiz dəsmal üzərinə uzandıraraq,ehmalca bütün bədənini qurulayın.Büküşlərini də təmiz quruladıqdan sonra,uşaq dərisi üçün xüsusi vasitələrdən istifadə edin.

Artıq körpəni geyindirmək və yedirtmək vaxtıdır.Yorğun,tox və rahatlamiş körpə,möhkəm yuxuya getməlidir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 971
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri