Uşaq tərbiyəsində həvəsləndirmə və cəza necə olmalıdır?

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 4 947
Səs ver:
(səs: 0)
Uşaq tərbiyəsində mühüm olan məsələlərdən biri də cəza sistemidir. Bu sistem müxtəlif alimlər  tərəfindən irəli sürülmüşdür.  Bəzi alimlər bu sistemin uşaqlara tətbiq edilməsini yanlış, bəziləri isə doğru hesab eliyirlər. Əslində cəza sistemi uşaqlara düzgün şəkildə tətbiq edilərsə, bu onların tərbiyəsində müsbət nəticələr verə bilər. Ən əsası valideynlər uşaqlara ilk 3 yaşa qədər uşaqlara heç bir cəza verilməməlidir. Uşaq müəyyən bir şeyi səhv edirsə, ilk əvvəl valideynlər onların bu davranışını təsdiqləmədiklərini onlara bildirməlidirlər. Valideynlərin səbrli olmalı və fikirlərini uşağın şəxsiyyətinə deyil davranışına yönəltməlidirlər. Uşaqların yanlış hərəkətlərinə qarşı valideynlər onlara sərtlik yox, qərarlılıq göstərməlidirlər. Uşaqları etdikləri yanlış hərəkətlərdən çəkindirmək üçün müxtəlif yollardan istifadə olunmalıdır.

1 – Əgər uşağınız yanlış bir iş görübsə, onu sevdiyi bir şeydən müəyyən müddətə uzaq tutulması; Məsələn, cizgi filmi, gəzinti bura  aid ola bilər. Əgər biz uşaq belə bir qadağa qoyuruqsa, qərarlı olmalıyıq. Ən əsası uşaq valideynin qərarlı olmasını görməlidir.

 2 – Uşağınızla oyun oynamaq; Məsələn : ƏL oyunu. Bu oyunda uşağın əlini ağ bir vərəqə çəkirik, bu əl bizə söz versin ki, bu əl üç gün ərzində yalnız yaxşı işlər görəcək. Sonra bu günlərin müddəti artırıla bilər.

3 – Ən əsası heç bir zaman uşağa əl qaldırmaq olmaz. Xüsusilə uşağın əlinə vurmaq qətiyyən olmaz.  Əlin üzərində sinirlər var ki, onlar çox həssas olur. Ona görə də ələ vurmaq uşaqda problem yarada bilər.  

4 – Valideynlər əsəbdən ani qərarlar verməməli. Valideynin verəcəyi qərarlar uşağın yaşına uyğun olmalıdır.

5 – Heç bir zaman onları seçim etmək qarşısında qoymayın və onları mühakimə etməyə çalışmayın.          Uşaqları etdikləri müsbət hərəkətlərə görə qiymətləndirmək lazımdır. İlk növbədə, yaxşı olardı ki, uşaqların gündəlik gün rejimi tutulsun. Bura yemək yemə, yatmaq saatları, oyun saatları və s. aiddir. Uşaqların etdiyi yanlış hərəkətlərə görə qadağalar qoyuruqsa, etdikləri yaxşı işlərə onları həvəsləndirmək lazımdır. Əgər uşaqların şəxsiyyət kimi yetişməsini istəyiriksə, ilk növbədə biz "valideynlər” onlara kömək etməliyik. Onlara kiçik də olsa adi işlər tapşırmaq lazımdır. Məsələn: otağını səliqəyə salmaq, oyuncaqlarını yığmaq və s. Amma uşağa hər hansı bir iş tapşırırıqsa, onun işinə müdaxilə etməməliyik. Qoyun öz işini sərbəst görsün. Etdiyi işi bacarmırsa belə! Etdikləri işdə səhv axtarmayın. Əgər gördüyü iş yaxşı alınmayıbsa, yenə də onun işini qiymətləndirin. Çalışın ki, özünə güvənməyi öyrənsin.

Ən əsası uşağı hər hansı bir işin yerinə yetirilməsi üçün məcbur etməməliyik. Məsələn, çox vaxt valideynlər uşaqların kitab və ya dərs oxumağa marağının olmamasından şikayət edir. Uşaqları kitab oxumağa kiçik yaşlardan həvəsləndirmək lazımdır ki, bu onlarda adət halını alsın.

1. Valideynlər evdə müəllim rolunu oynamamalıdır;

2. Əgər uşaq evdə dərs oxumaq istəmirsə, bunun üçün əyani vəsaitlərdən istifadə etmək olar. Bura puzzle, müxtəlif oyunlar, kitablar aid ola bilər;

3. Uşaqların ev tapşırıqlarını yerinə yetirərkən tez yorulursa, fasilələrlə onun tapşırıqlarını bitirməsinə kömək edin;

4. Müstəqil düşünməsinə şərait yaradın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 947
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri