Düzgün tərbiyə necə olmalıdır?

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 022
Səs ver:
(səs: 1)
Müqəddəs Kitabda istifadə olunan tərbiyə sözü sadəcə olaraq cəza sözünün sinonimi deyil. Tərbiyə sözünün əsas mənaları öyüd-nəsihət, təlim-tərbiyə və düzəliş verməkdir. Əsil tərbiyə özünə təhqir etməyi, qəddar rəftarı daxil etmir (Süleymanın məsəlləri 4:1, 2).

Tərbiyə verməyi bağbançılığa bənzətmək olar. Bağban torpağı belləyir, bitkini sulayır, gübrələyir, ziyanvericilərdən qoruyur və alaq otlarından təmizləyir. Bitki böyüdükcə bağban onu budayır ki, düzgün boy atsın. Bağban yaxşı bilir ki, bitkinin sağlam böyüməsi üçün müxtəlif üsullardan düzgün şəkildə istifadə etməlidir. Bağban kimi, valideynlər də uşaqlarına müxtəlif cür qayğı göstərirlər. Bəzən valideynlər uşaqlarını cəzalandırmalı olurlar. Budama kimi, cəza da valideynlərə övladlarının səhv meyillərini erkən yaşda düzəltmələrinə, eləcə də düzgün böyümələrinə kömək edir. Budayarkən bağban ehtiyatlı olmalıdır, əks halda, bitkiyə birdəfəlik ziyan vura bilər. Valideynlər də öz övladlarına məhəbbətlə tərbiyə verməlidirlər.
Allah valideynlərə bu sahədə çox gözəl nümunədir. Onun itaətkar bəndələrinə verdiyi tərbiyə o qədər səmərəli və xeyirlidir ki, onlar hətta Onun tərbiyəsini sevirlər (Süleymanın məsəlləri 12:1). Onlar Yehovanın tərbiyəsinə bağlanırlar, ondan ayrılmırlar (Süleymanın məsəlləri 4:13). Siz Allahın cəzalandırma tərzində vacib olan üç məqama riayət etsəniz, yəni məhəbbətlə tərbiyə versəniz, tarazlı olsanız və dediyinizə əməl etsəniz, uşağınıza verdiyiniz tərbiyə hədər getməyəcək.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri