Evdə tək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 350
Səs ver:
(səs: 2)
Uşağı evdə tək qoymaq... Həyatımızın tələblərindən irəli gələrək uşağlarımızı bəzən vaxtından çox tez evdə tək qoymağa məcbur oluruq. Bu da əlbəttə valideyin üçün çətin məsələlərdəndir. Bəzən uşaq evdə tək qalmağdan qorxur, bəzi hallarda isə ana uşaqdan daha çox həyacan və qorxu keçirir.

Əgər uşağınızı evdə tək qoymaq istəyirsinizsə, ona davranış qaydalarını çox ciddi izah edilməlisiniz. Bunu təhlükəsizlik naminə etdiyinizi övladınıza aydın şəkildə izah etməlisiniz.

Uşağı hansı yaşda evdə tək qoymağın düzgün olduğu müəyyənləşdirmək bir çox valideynlərin mübahisə mövzusudur. Bu sualı birmənalı olaraq cavablandırmaq deyərdik ki, bu mümkün deyil. Bəziləri iki yaşlı körpələrini evdə uzunmüddətli olaraq tək qoya bildikləri halda, bir sıra valideyinlər hətta 8 yaşında olan uşağlarını 1 dəqiqəliyinə də olsa, nəzarətsiz qoya bilmirlər. Bəzi ölkələrdə uşağı evdə nəzarətsiz qoyan ailə valideynlik hüququndan ( sosial qayğı orqanları tərəfindən ) məhrum edilir. Məsələn, əksər Avropa ölkələrində 12 yaşına çatmamış uşağın evde tək qoyulması yolverilməz haldır, Amerikanin bəzi dövlətlərində isə bu qadağa-14 yaşa kimi nəzərdə tutulub. Rusiya Federasiyası qanunlarına görə isə yaxın qohum və qonşuların şikayəti əsasında kiçik bir uşağın tez-tez evdə tək qoyulması müəyyən olunarsa, bu zaman həmin valideyinlər ciddi problemlərlə üzləşə bilərlər. Uşaq psixoloqlarının fikrincə, uşağın ən azı 5 yaşı olmalıdır ki, o evdə tək qoyula bilsin...

Bu yaşda olan uşaqlar nələri etmək olmaz və nə səbəbdən etmək olmaz kimi qadağaları yaxşı anlaya bilirlər. Məhz bu yaşda uşaqlar sizin bütün göstərişlərinizə düzgün əməl edir, həm də lazım olarsa, telefondan istifadə edə bilərlər. Əlbətdə ki, 5 yaş təxmini olaraq seçilmiş dönəmdir. Bu məsələdə yaş həddi hər kəs üçün fərdi olaraq dəyişir, çünki hər bir uşağın qavrama dərəcəsi, hadisələrə yanaşma tərzi, xasiyyəti, temperamenti fərqlidir. Qayğıkeş və diqqətcil valideynlər bu yaş həddini müəyyən etməkde heç də çətinlik çəkməyəcəklər. Hər halda 5 yaşından kiçik uşaqların evdə tək başına, nəzarətsiz qalması doğru deyildir. Məsələn, bir çoxumuz eşitmişik ki, evdə tək olan uşaq yanğın zamanı qapını açıb çölə çıxmaq əvəzinə özlərini itirərək evin müxtəlif yerlərində (şkafın içində, stolun ya yatağın altında) gizlənərək yanmış və ya boğulub ölmüşlər.

Övladınızı evdə tək qalmaqa necə alışdırmalı... Sizin fikrinizcə uşağınız evdə tək qalmağa hazırdırmı?

Uşağı evdə tək qoymağa başlamamışdan onu bu hadisəyə hazırlaşdırmaq lazımdır. Bunu qəfildən etmək düzgün deyildir, bunun üçün sizin və övladıızın müəyyən qədər zamana ehtiyacınız olacaq. Evdə tək qoyulan uşağın ilk növbədə təhlükəsizliyi təmin edilməlidir. Təəssüf olsun ki, bəzi valideyinlər uşağlarının artıq böyük olduğlarını düşünərək, onlara çox güvənərək təhlükə yaradacaq əşyaları göz önündə saxlayırlar (bıçaq, qayçı, kibrit və s.) Valideyinlər uşağlarına bu və bu kimi alətlərin təhlükəli olduğundan bəhs etməlidirlər. Bunu övladıza əyani şəkildə göstərmək (əlinə iynə, bıçaq kimi əşyaları yüngülcə batıraraq) daha düzgün olardı. Qazın, kibritin oyuncaq olmadığını və əks təqdirdə yanığa və yanğına səbəb olacağını övladınıza aydın şəkildə izah edin. Dərman vasitələrinin valideyin nəzarəti olmadan qəbul edilməsi zəhərlənmələrə yol aça biləcəyinin övladınıza başa salın. Bundan əlavə bu kimi hadisələr əks olunan video görüntüləri övladınızla birgə izləyərək bunun necə təklükəli olduğunu əyani sübuta yetirə bilərsiniz. Bu videoları öncə özünüz izləyin, çünki uşağınız belə görüntülərdən qorxa və ya həyacanlana bilər. Bu kimi təhlükələrdən uşağınıza bəhs etdikdən sonra onunla sorğu-sual edərək sizi nə dərəcədə başa düşüb-düşməməsinə əmin olun, onunla bu söhbətləri dəfələrlə təkrarlayın. Ona başa saldığlarınızı ondan təkrar etməsini xahiş edin. Əmin olun ki, o sizi düzgün başa düşüb. Bunlarla yanaşı evdə təklükə yarada biləcək ən adi əşyaları belə toplayın və əlçatmayan yerdə gizlədin. Evinizdə olan elektirik əşyalarını yoxlayın onları işlək vəziyyətdə qoyub getməyin. Uşağınızı imkan daxilində gec saatlarda tək qoymayın. İşıq sönə bilər və bu zaman uşağınız bərk qorxar. İşıq sönərkən nəinki balacalar hətta böyüklərdə çaş-baş qalırlar. Əgər evdən mütləq çıxmalısınızsa, o zaman işıqlandırma məsələsinidə göz önündə saxlayın. Ümumən övladınızı evdə tək qoymayın, hətta yatmış belə olsa, onun oyanıb qorxma ehtimalı vardır. Evdə uşağı tək qoymaq niyyətindəsinizsə, ona maraqlı olan cizgi filmi ya kino diskləri alın. Bundan başqa ona maraqlı rəngləmələr və pazl kimi düşündürücü və əyləncəli vasitələr ala bilərsiniz. Əsas məqsəd siz evdə olmayan zaman uşağınızın darıxmaması və əylənə bilməsidir. Əks təqdirdə uşaq əyləncə yolunu və ya vasitəsini özü tapacaqdır. Bu isə təhlükə də yarada bilər. Özünə və ya evə ziyan vura bilən bir məşğuliyyət tapmayacağına kimsə zəmanət vermir. Telefondan düzgün istifadə qaydasını övladınıza başa salın. Daha yaxşı olardı ki, övladınıza şəxsi mobil telefon alasınız, çünki bu zaman onunla ancaq siz əlaqə saxlaya biləcəksiniz. Evdən çıxarkən ev telefonunu şəbəkədən ayırmaq məsləhətlidir. Sizdən başqası da zəng edib uşağın başını qarışdıra bilər. Əgər övladınıza ayrıca telefon almaq kimi imkanınız yoxdursa, onda onu ev telefonundan istifadə qaydalarını izah edin. Ümumən övladınıza aydın şəkildə başa salın ki, siz evdə olmayanda telefonda sizi soruşanlara anam məşquldur sonra zəng edər kimi cavablar versinlər, amma sizin evdə olmamağınızı kimsəyə bildirməsinlər. Evdə olmadığınız müddət ərzində övladınızla tez-tez (hər yarım saatdan bir ) əlaqə saxlayın. Onun nə etdiyi ilə maraqlanın və tez gəlməyə çalışacağınızı söyləyin. Evdən çıxarkən övladınıza verəcəyiniz ən vacib tapşırıqlardan biri-qapını kimsəyə açmasın, ümumən qapı döyülərkən qapıya yaxınlaşmasın. Əgər bütün bu söhbətlərdən sonra övladınızın tək qalma qorxusu azalmırsa demək ki, o evdə tək qalmağa hazır deyildir...

Uşağın evdə tək qalması prossesinə zamanla başlayın.Yəni ilk vaxtlar 15dəqiqə, daha sonra 30 dəqiqə ... belə zamanla öyrəşdirməl olar. Birdən-birə uşağı uzunmüddətli tək qalmasına yol verməyin. Normal düşüncəli, düzgün qəaralar verə bilən özünün maddi tələbatlarını həyata keçirə bilən uşaqlar tək qalmağa hazır hesab edilə bilər.

Əslində evdə tək qalan uşaqlar daha məsuliyyətli, yetkin, düşüncəli, tədbirlir və sərbəst olurlar.

Günel Şəfizadə
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri