Qız uşağı necə tərbiyə olunur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 153
Səs ver:
(səs: 2)
Qızı övladı böyütmək. Tərbiyədə buraxılan səhvlər...
Vaxt ötdükcə yalnız bizi əhatə edən reallıq deyil, həm də biz özümüz dəyişirik. Müasir dövrümüzdə qadını-təvazökar, yumşaq xasiyyətli və xeyirxah görməklə yanaşı, onu həm şəxsi həyatında, həm də iş fəaliyyətində işgüzar keyfiyyətlərə malik olmasını daha üstün qiymətləndiririk.

Qadınlar özlərinə karyera qurmağa, mümkün qədər kişilərdən asılı olmamağa çalışdıqları üçün böyütdükləri övladlarınıda özləri kimi müstəqil və sərbəst görmək arzuları normal haldır. Elə burdanda əsas sual ortaya çıxır. Qız övladlarını necə tərbiyə edək ki, onlar xanım-xatun olmaqla yanaşı həm də müstəqil və öz ayaqları üzərində dayana biləcək gücdə böyüsünlər.

Qızı necə tərbiyə etməli?...
Başlanğıc üçün sizin öz şəxsi prioritetlərinizi, arzu-istəyinizi müəyyən etməyə, araşdırmağa çalışın. Yəni siz ilk olaraq dəqiq düşünməlisiniz ki, öz qızınızı necə görmək istəyirsiniz və onu necə bir şəxsiyyət kimi böyütmək arzusundasınız. Çünki bildiyimiz kimi övlad ilk tərbiyəni ailədən alır və sizə gələcəkdə qoyacağı hörmətin-münasibətin əsasını da bu gün onun üçün seçdiyiniz tərbiyə müəyyən edəcəkdir. Çoxları hesab edirlər ki, qadınlıq – bu zəifliyin təzahürüdür və əsl qız övladı gələcəkdə öz həyat yoldaşına itaət edən biri olmalıdır. Lakin  bu belə deyil, qadın olmaq – gələcəyin bacarıqlı ev xanımı, övlad tərbiyəçisi, bununla yanaşı zərif, incə və qayğıkeş yoldaş ola bilməsi anlayışıdır.

Qız övladı tərbiyə edən hər bir valideyin onu nəvaziş və sevgi dolu böyütməklə yanaşı, həm də izzəti-nəfsli, yəni özünə və ətrafdakılara hörmət edən, lazım olanda isə özü qoruya bilən-haqqını tələb edən bir şəxsiyyət kimi tərbiyə etməlidirlər.

Uşaqları tərbiyə etməyin əsas yolu valideyndən başlayır, onsuz da onlar sizə oxşar olacaqlar, çalışın özünüzü düzgün tərbiyə edəsiniz ki, övladlarınınza da nümunə ola biləsiniz...Uşaqlar hər zaman öz valideynlərini yamsılayır-ona bənzəməyə, onun kimi danışmağa və hərəkət etməyə meyl edirlər. Qız uşağının tərbiyəsi ilə əksərən analar məşğul olur. Siz qız balanıza ərtafdakılarla, məsələn əks cinsin nümayəndələri, atası, qardaşı və s.ilə davranış qaydalarını başa salmalı, evə gələn qonaqlarla ünsiyyət, ev səliqə-səhmanının necə olması kimi etik qaydaları, düzgün rəftar, danışıq etiketi və özünü aparma kimi məsələləri ona aydınlaşdırmalı, dərindən izah etməlisiniz. Sizin hər dediyiniz söz övladınızın yaddaşında möhkəmlənəcək, düzgün insan, cəmiyyətə və ailəsinə yararalı insan kimi böyüyəcəyinə zəmin yaradacaq. Bir valideyn kimi övladınıza-ətrafdakılarla nəzakətli davranmağı, kömək etməyi və mehriban insan olma nümunəsini siz öz hərəkətlərinizlə göstərin.

Uşağa ətrafdakı insanlardan başqa oxuduğu kitabların da böyük təsiri olur. Uşaqlığımızı xatırlasaq yadımıza düşər ki, hər birimiz sevdiyimiz nağıldakı baş qəhramana bənzəmək, onunla baş verən hadisələrin bizimlə də olmasını necə arzu edərdik. Məhz buna görə də qızınıza kitab seçərkən daha diqqətli olmağa çalışın. Uşaq vaxtı kitab seçimində heç bir çətinlik çəkməyən valideyn, artıq yeniyetmə yaşda olan övladına kitab axtararkən daha mürəkkəb seçimlər qarşısında qalır. Bu zaman nəzərdə tutun ki, tərbiyəvi-nəsihətamiz kitab seçimi qız övladının daha düzgün inkişafına və ağıllı böyüməsinə səbəb olar.

Ona şəxsi həyat təcrubənizdə rastlaşdığınız hadisələrdən bəhs edərək, düzgün yol göstərməyə nail ola bilərsiniz. Hər hansı mövzudan danışarkən sizi narahat edən və ya ta tam əksinə xoşunuza gələn xüsusiyyətləri mütləq vurğulayın. Və onda formaşlaşmasını istədiyiniz xüsusiyyətləri atası, qohumlarınız və rəfiqələrinizlə danışarkən müzakirə edin. Çalışın bu söhbətlərdə qızını bunun qulaq şahidi olsun.

Qız övladınızın televizorda nə izləməsinə xüsusi diqqət edin. televiziyanın uşaqlara böyük təsiri olduğu üçün bu işə seçimli yanaşın amma bəyənmədiyiniz filmləri və verilişləri qadağan etməyin. Sadəcə nəyə görə pis qiymətləndirdiyinizi və fəsadlarını izah edin. Çalışın çox vaxt birlikdə serial və ya film izləyəsiz. Bu prosesdə baş verən həyat hadisələrini, qəhrəmanların xarakterini müzakirə edin. Filmdə baş verən hadisələrin nümunəsində ona həyatı izah edin.

Bəzən siz qızınızın davranış tərzində yalnışlara yol verdiyinin şahidi olacaqsınız. Sosial mühitdə yaşayan insan üçün yalnış addımlar atmaq qaçılmaz haldır. Ətrafında olan rəfiqələrində bu kimi yalnış xüsusiyyətlər sezdiyiniz zaman, onun bu ünsiyyətinə maneə olmağa çalışmayın. Bildiyiniz kimi "olmazlar" hər zaman "şirin" olur. Siz bu hərəkətin nə üçün yolverilməz olduğunu qızınıza başa salmalı, ona doğru olanı aydılaşdırmalısınız. Məhz buna görə də qızınızın rəfiqələrini, onun yoldaşlarını yaxından tanımalısınız.

Erkən uşaqlıqda (dörd-beş yaşda) siz qızınızda təmizliyə qarşı sevgi aşılamağa başlaya bilərsiniz. Başlanğıc üçün ona sadə işlər(mebellərin tozunu silmək) etibar etmək olar. Ümumən ev işlərini görərkən sizə yardımçı olması onda bu işlərə həvəs yarada bilər. Ona təmizliyin nə üçün lazım olduğunu aydınlaşdırın.

Ancaq işgüzarlıq və zəhmətkeşlik hissləri yaratmaqla bərabər qızını elə formalaşdırmağa çalışın ki, gələcəkdə onun bu xüsusiyyətlərində digəriləri istifadə edərək onu əzməsin. Davakar yox amma öz haqqlarını sakit və məntiqli bir formada müdafiə edən bir qadın formalaşdırın. Ailədə bütün işlərdə kişinin üstün olmasını, deyilən hər bir şeyə sözsüz razı olmanın da səhv bir davranış olduğunu izah edin. Evdarlıqla yanaşı ona daim bir qadın olaraq baxımlı və öz şəxsi həyatının olmasının vacib olduğunu aşılayın.

Qızınızda xanımlığı-qadınlığı tərbiyə etmək üçün,  onu özünüzlə tez-tez bazarlığa aparın. Aldığlarınızı nə üçün seçdiyinizi və istifadəsini izah edin.

Geyim alarkən rənglərin uyumluğundan bəhs edərək qızınızda düzgün zövqün formalaşmasına nail olacaqsınız.

Qızların tərbiyəsində tipik səhvlər:
• Qız övladı böyüdən valideynlər qızlarını oğlan kimi tərs və ərkəsöyün tərbiyələndirməklə onun gələcəkdə şəxsi münasibətərini quran zaman problemlərlə rastlaşmalarına səbəb olacaqlar.

• Qızla oğlanların ünsiyyət saxlamağını daim qadağan etmək də tərbiyədə yalnışlar siyahısındadır.

• Əksərən valideynlər uşaqlarını ev işlərini görməyə məcbur edərək onlarda bu kimi işlərə qarşı ikrah hissi yaradırlar. Çalışın məcbur etməyin, onlardan sizə kömək etməyi xahiş edin.

• Qızınıın bütün istək və tələblərini yerinə yetirməklə siz ərkəyün, xudbin və eqoist  xüsusiyyətli xanım yetişdirmiş olcaqsınınz. Buna görə də çalışın onun istəklərini imkanlarınızla uyğunlaşdırasınız ki,o da gələcəkdə ona deyiləcək yox, olmaz kimi sözlərdən ruh düşkünlüyündən və bədbinilikdən uzaq olsun.

Unutmayın ki, uşağın iradəsinə qarşı getmək lazım deyil, əgər siz istəyən xasiyyət- xüsusiyyətlər onda yoxdurs  ,çalışın onu az da olsa yönləndirə və düz yolu göstərə biləsiniz. Əgər qız balanız təbiətən inadcıl, lider xüsusiyyəti ilə seçilərsə, bunun özündədə müsbət tərəflər axtararaq onun cəmiyyətdə öz layiqli yerini tutmasına yardımçı olmalısınız...

Günel Şəfiyeva
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 153
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri