Utancaqlıqla necə mübarizə aparmalı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 328
Səs ver:
(səs: 1)
Hər şeydən əvvəl,  uşağa təzyiq göstərmək, xüsusən də onunla yüksək tonla danışmaq olmaz. Bir çox valideynlər panikaya düşür, az qala zorla uşağı gedib ünsiyyət qurmağa, başqaları ilə tanışlıq yaratmağa məcbur edirlər, onu səbəbsiz utancaqlığına görə qınayırlar. Bu, bir qayda olaraq, heç bir yaxşı nəticə vermir.  Uşaqlarla istənilən ünsiyyət zamanı nədən danışılmasından asılı olmayaraq, əsas odur ki, səsiniz gərginləşməsin, sakit və mehriban tonla danışasınız. Hər dəfə böyüklər danışarkən uşağınızdan susmağı xahiş etməyə dəyməz. Uşaqlar elə bunlara görə çox zaman özlərinə qapılırlar. Daha yaxşı olar ki, istənilən ailə söhbətləri zamanı uşağın fikrini soruşasınız, bununla da onun fikrinin sizin üçün əhəmiyyətli olduğunu, onunla maraqlandığınızı göstərmiş olacaqsınız. Belə olduqda uşaqlar özlərini arxayın hiss edirlər ki, bu da onlara psixoloji cəhətdən sərbəst böyüməyə imkan verir.
Uşaqlara başqaları ilə əlaqə yaratmaqda kömək etmək üçün məsələn, onunla gəzintiyə çıxarkən uşaq meydançasındakı bütün uşaqlarla söhbət etməyə başlayın.  Uşağa da söhbətə qoşulmağa imkan verin, çünki sizin yanınızda söhbəti dəstəkləmək və yeni tanışlıqlar yaratmaq ona daha asan olacaq. Sonra ehtiyatla kənara çəkilin ki, bu dəfə o, söhbəti müstəqil davam etdirməyə çalışsın və ya özünü hər hansı bir oyunun iştiraksısı kimi hiss etsin. Əsas odur ki, sizin oğlunuz və ya qızınız sizin yaxında olduğunuzu görsün, bu zaman onda sakitlik və əminlik hissi yaranacaq. Sonradan, müəyyən uşaqlarla etibarlı münasibət yarandıqda və ya dostları olduqda uşağınız alışacaq və sizsiz həyətə çıxmağa qorxmayacaq.
Ancaq elə hallar da olur ki, mütəxəssis köməyi olmadan keçinmək alınmır. Əgər valideynlərin tədricən istifadə etdikləri heç bir üsul yaramırsa, onda psixoloqa müraciət etmək lazımdır. Ola bilər ki, müalicə çox vaxt tələb etsin, hər şey bunun səbəblərindən və qapalılıq dərəcəsindən asılıdır. Mütləq səbirli olmaq və ümidsizliyə qapılaraq, heç bir faydası yoxdur deyərək, başladığınız işi yarımçıq qoymayın.  Sizin dəstəyiniz və uşaq psixoloqunun köməyi ilə birlikdə mütləq müsbət nəticə olacaq və siz hər dəfə uşağınızın öz qorxularını dəf etdiyini, daha açıq olduğunu görəcəksiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 328
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri