Qızlarımızı tərbiyə edərkən səhvimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 555
Səs ver:
(səs: 0)
Qızlarımızı həyata necə hazırlayırıq? 
genc gimnastlarBir gün sizin də qızınız böyüyəcək və yəqin ki, onun kiçik qəlbinin arzularının gerçəkləşməsini istəyərsiniz. Axı onun da arzuladığı peşəyə sahib olmaq haqqı var. 
Bəlkə qızınız yanğınsöndürən, bəlkə də yazıçı, ya da boks üzrə olimpiya çempionu, yaxud məşhur aşpaz, serjant, prezident…. olmaq istəyəcək? 
Onun başqa—kişi həmkarları qədər qazanmağını istərsiniz, deyilmi? 

Amma qadınlarla kişilər eyni işə görə heç də həmişə eyni maaşı almırlar. Səbəb? Bu suala cavab axtaran çox olub, amma konkret söz deyən yoxdur. Bəziləri deyir ki, "qadınlar sövdələşə bilmir. Sövdələşəndə də aqressiv görünür, rədd edilirlər.” Ya da "qadınlar bütün yükü tək daşımağa öyrəşib. 

"Forbs” jurnalı maraqlı sual qoyur: Bəlkə səbəb bütün bu fikirlərin və bəzi başqa lazımsız şeylərin hələ uşaqlıqdan qızların beyninə yeridilməsidir? 
Uşaqları nəyisə bacarmadıqlarına inandırmaq çox asandır. 

4-7 yaşlı şagirdləri araşdırmaya cəlb ediblər və nəticələr göstərib ki, uşaqlar öz cinslərindən olanlar haqqında eşitdikləri fikirlərə asanlıqla inanırlar. Və bu onların davranışlarına təsir edir. Məsələn, oğlana, "riyaziyyatdan yaxşı qiymət almalısan, axı sən oğlansan”, deyəndə onu ruhlandırmış oluruq. Qıza "qızlar riyaziyyatı zəif qavrayırlar”, desək o, buna inanacaq və doğrudan da zəifləyəcək, aşağı qiymətlər alacaq. 

Amma qızlara öz güclərini göstərməyə imkan versək… 
Uşaq qadın və kişinin rolunu 3 yaşına çatmamış anlamağa başlayır. 

Uşaqlar qadın və kişinin rolunu 30 aylıqlarından dərk etməyə başlayırlar və onlarda formalaşan bütün sosial fikirlər (istər doğru, istər yanlış) aşağı siniflərdən inkişaf edir. 
Doğrudur, elə valideyn var ki, hansısa peşənin məhz qıza aid olduğunu, ya da xoşbəxtliyin, özünütəsdiqin ailə qurmaq olduğunu qızına demir. Amma elə situasiyalar olur ki, biz yanlış fikirləri qızlarımızın beyninə yeridirik! Nəticədə qızlarımız triqonometriya kimi elmlərdən, mühəndislik işindən, texnikadan uzaq durmağa çalışır, onlara təklif olunan ilk aşağı səviyyəli maaşla razılaşır, 30 yaşları tamam olmamış tükənirlər. 

Pedaqoq, özünü dəyərləndirmə üzrə mütəxəssis, qızların hərtərəfli inkişafı, təhsili və güclərini artırması naminə fəaliyyət göstərən "RealGirl”ün yaradıcısı Ani Boq qız böyüdən valideynlərin 7 əsas səhvini müəyyən edib. O hesab edir ki, səhvlərimizi bilsək, qızlarımızın qarşısını almaz, bizim təsəvvür belə etmədiyimiz potensiallarına sahib olmağa imkan verərik.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri