Süfrədə övladlara qənaət dərsi verin

Müəllif: NoName
Şərhlər: 3
Baxılıb: 462
Paylaş:
Səs ver:
(səs: 1)
Süfrə əslində "mədəyə niyyət" işi deyil, "mədəniyyət" işidir. Ailədə sevginin, səmimiyyətin, qarşılıqlı hörmətin olub-olmadığını bilmək istəyirsənsə, fərdləri süfrə başında gör...
Süfrə mədəniyyəti hələ qədimdən bəri xalqımızın ən möhkəm və ən sağlam qanunlarından biridir. Yuxarı başda ata oturar, sonra da yaşca böyüklər sıralanar. Ataya yaxın oğlanlar, sonra da qızlar öz yerlərini tutarlar. Çömçə ananın ixtiyarındadır, çünki kimə yeməyin harasından verməyi o hamıdan yaxşı bilir. İlk yemək atanın qarşısına gələr, ancaq ata tələsməz. Hər kəsin yeməyi süfrəyə düzüləndə ata "Bismillah!" deyib əlini çörəyə uzadar və hər kəs də onun ardınca "hərəkətə keçər". Çəngəl, qaşıq, nimçə cingiltisi bir ansambl kimi səslənər. Arabir səslər də eşidilər: "Zəhmət olmasa, duzu mənə ver", "Bir stəkan su verə bilərsənmi?", "Əziyyət deyilsə, oradan mənə bir dilim çörək uzat" və s...
Ata başını aşağı salıb öz işi ilə məşğul olsa da, gözü övladlarının üstündədir. Kimin yediyini, kimin yemədiyini yaxşı görür. Arabir kimdənsə nəsə soruşur, ya da kiməsə nəsə xoş bir söz deyir. Ana yenə hər kəsdən gec başlayıb, süfrədən hər kəsdən tez çəkilir.
Təcrübə göstərir ki, hər gün süfrə başında toplaşan ailələrdə səmimiyyət, qarşılıqlı hörmət çox yüksək olur. Süfrə təkcə aclıq hissindən qurtarmaq üçün deyil, doğmaların bir-birinə olan sevgisini nümayiş etdirmək üçün də gözəl fürsətdir. Heç kim son tikəni götürməz, hamı qarşı tərəfə təklif edər, mənası da "Mən səni çox istəyirəm" deməkdir.
Zaman dəyişir, məişətimizdə çox şeylər yenilənir, ancaq elə sərvətlərimiz, elə dəyərlərimiz var ki, onları göz bəbəyi kimi qoruyub saxlamalıyıq. O sərvətlər, o dəyərlər əslində bizi biz edən qanunlardır. Süfrə qanunlarımız bu dəyərlərin başında gəlir. Süfrədə övladlara qənaət dərsi verilir, süfrədə övladlara şükür dərsi keçilir. Bir evdə böyüməyin doğmalığı onların qanına, ruhuna hopur, bir çörəyi bölüşməyin doğmalığı onların canına, qəlbinə sinir. Bəlkə də son dövrlərdə ailələrdə baş verən problemlərin ən böyük səbəblərindən biri də bu süfrə qanunlarımızın getdikcə zəifləməsi və hətta bəzi yerlərdə aradan çıxmasıdır.
Övladlarınızın həmişə bir-birini sevməsini, həmişə bir-birinə dəstək olmasını istəyirsinizsə, gündə ən azı bir dəfə onları süfrə başına yığın. Süfrə böyük mədəniyyətdir. Süfrə təkcə mədənin yox, həm də qəlbin ehtiyacıdır. Mədənizə də, qəlbinizə də nuş olsun!..

loading...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 462
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Fialka
Faydalı məlumatlardır fikrimcə uşağa verilən tərbiyə içərisində süfrə mədəniyyəti mütləq ki, olmalıdır . Uşaq süfrə arxasında necə davranacağını bilməlidir ..
24 iyul 2016 21:47
3
Offline
Gülüş.
Sufre medeniyyetini ovladimiza oyretmeliyik
24 iyul 2016 20:49
2
Offline
vipbetul
gozel yazidir
24 iyul 2016 18:59
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv