Uşaqlara öz yatağında yatmağı necə öyrətməli?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 026
Səs ver:
(səs: 0)
Özünü valideyninin yanında təhlükəsiz hiss edən uşaqların gecəni də onların yanında yatmaq istəməsi təbii haldır. Bu istəklərinə çatmaq üçün isə onlar qorxu amilindən məharətlə istifadə edirlər. Məsələn, öz təxəyyüllərinə uyğun olaraq qaranlıqdan, canavarlardan və s. qorxduqlarını deyirlər. Uşaqların bu "tələ”sinə düşən valideynlər onların qorxusunu dəf etmək üçün yanlarında yatmağa icazə verirlər. Daha sonra isə bu, adət halına çevrilir.

Uşaqların öz yatağında yatması onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir
Valideynlər unutmamalıdırlar ki, məktəbəqədər dövrdə uşaqların qorxulu yuxular görməsi, gecələr səbəbsiz ağlayaraq ya da səksənərək yuxudan oyanması, demək olar ki, adi haldır. Odur ki, bu və digər problemlərin həlli heç də valideynlərlə yatmaqda deyil. Hətta valideynlər bilməlidir ki, uşaqların özlərinə aid bir otaqda və ayrı çarpayıda yatmaları məhz onların müstəqil böyüməsinə, cinsi inkişafına və ümumi şəxsiyyət kimi formalaşmasına zənn edildiyindən daha çox təsir göstərir.

Uşaqlara öz yatağında yatmağı necə öyrətməli?
Hər bir uşağın fərqli xüsusiyyətləri olduğu kimi, yuxuya getmə davranışları da bir-birindən fərqlənir. Məsələn, həddindən artıq hərəkətli uşaqların istənilən saatda yuxuya getmələri çətindir. Bəziləri tək yata bilmədiyi üçün valideynlərinin yanında, bəziləri də başqa bir otaqda yuxuya gedirlər.

Uşaqların yuxu saatını tənzimləmək, onlarda yuxuya getmək vərdişi yaratmaq üçün valideyn nə etməlidir?
Mütəxəssislər hesab edir ki, uşaqları yatmağa məcbur etmək, onları otaqda tək qoymaq doğru deyil. Bu cür davranış bir müddət sonra yuxunu uşaqlarda qorxuya çevirə bilər. Bunun əvəzinə, yuxusu gəlməyən uşağa nağıl danımaq, ya da həmin gün baş verənlər haqqında söhbət etmək olar. Valideynlər uşaqlarında öz otaqlarının təhlükəsizliyinə inam yaratmalıdır. Gecələr uşağınız qorxduğu üçün yanınıza gəlirsə, ona sizinlə yatmağa icazə verməyin. Onunla öz otağına qayıdıb uşağınıza o, yuxuya gedənə qədər orada yata biləcəyinizi deyin. Bununla yanaşı, körpənizə sevdiyi oyuncaqla yata biləcəyini söyləyin. Otağının qapısının açıq, işığının yanılı saxlayacağınızı deyin. Valideynlər bu zaman qərarlı olmalı, uşaqların ağlamasına, qorxmasına fikir verməməlidirlər.

Uşaqlar hansı yaşda ayrı yataqda yatmalıdır?
Mütəxəssislər uşaqların elə doğulduğu gündən ayrı yatmalı olduğunu deyir. Bundan başqa, ən geci 3-4 yaşından sonra otaqlar mütləq ayrı olmalıdır.
Əlbəttə, burada da bəzi istisnalar da var. Məsələn, qısa müddət ərzində uşaqların valideynləri ilə yatmaları böyük problem yaratmaz. Ancaq dəyişməz bir qaydaya daima əməl edilməlidir. Uşaq yatdıqdan sonra mütləq gecə öz otağına aparılmalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri