Uşaqlar nə vaxt danışmağa başlayır?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 189
Səs ver:
(səs: 0)
0-6 ay
Qığıldama dövrüdür. Bu dövrdə uşaq müəyyən hecaları ifadə etməyə çalışır.

6-12 ay
Hecaları birləşdirməyə çalışır. ətrafda eşitdiyi səsləri təqlid edir. əsasən ata,
ana kimi birhecalı sözləri ifadə edə bilir.

12 - 18 ay
Artıq sadə və ikisözlü cümlələr qura bilir.Məsələn,"Ana gəl" kimi...Uşağın bu dövrdəki söz xəzinəsi təqribən 5-25 söz arasındadır.

18 - 24 ay
İkisözlü cümlələrin sayı artır.Söz xəzinəsi 50-yə yaxındır.Artıq dediyi sözləri başa düşmək də çətin deyil.

24 - 36 ay
Tərkibində ikidən çox sözlər olan cümlələr qurmağa başlayır.Sözlərdəki hecaların sayı artır.Söz xəzinəsi 1000 - ə yaxındır.

3 - 5 yaş
"Mən"li cümlələr qurmağa başlayır. 5 və daha çox sözlü cümlələr qura bilir.Çoxlu suallar verir.5 yaşa doğru söz ehtiyatı təqribən 2000- ə çatır.

Hər uşaq eyni deyil
Dilin inkişaf sürəti uşaqdan - uşağa dəyişə bilər.Əgər yuxarıdakı siyahı ilə uşağınız arasında fərq varsa, bu heç də qorxulu deyil.Yox əgər fərqlər gözünüzə çox göründüsə, o zaman bir mütəxxəssislə görüşün və məsləhət alın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri