Uşaq tərbiyəsində edilən səhvlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 486
Səs ver:
(səs: 0)
Uşaq həyətdə oynadığı zaman yerə yıxılıb, zərər gördükdə isə uşağın valideyn tərəfindən niyə ehtiyatlı oynamırsan deyə döyülməsi, bir başqa tərbiyə üsulu kimi cəmiyyət fərdlərində öz əksini tapır.

Bu misalda uşaq həyətdə insanların qarşısında ən yaxını olan ana atası tərəfindən döyülür və nəticədə özünə olan güvəni və inamı sarsılır. Bu tip davranış formalarının dəfələrlə təkrarlanması fonunda ailəsinin addımlarını izləyən, cəsarətsiz, özündən əmin olmayan bir uşaq daha cəmiyyət sıralarına daxil olmuş olur.

Bu kimi cəsarətsiz nəsillər yetişdirməyin qarşısını almaq üçün nələr edilə bilər sualını belə cavablandıra bilərik ki, uşaq ailədə sevildiyini və ailəsi üçün özəl olduğunu hiss etməlidir. Onun duyğu, düşüncə və hisslərinə diqqət edilməli, hər sözü diqqətlə dinlənməli, yaşına uyğun məsuliyyət hissləri ona aşılanmalıdır. Ailə daxilində alınan qərarlarda öz fikrini söyləməsinə imkan və şərait yaradılmalı ama eyni zamanda bu qərar və fikirlərin hamısı uşaq tərəfindən təklif olunub deyə tətbiq olunmamalıdır. Güvənsizlik və uşağın potensialını aşağılamaq, onu digərlərinin yanında pisləmək, tənqid etmək, uğursuz, bacarıqsız olduğunu bildirmək, digər uşaqlarla müqayisə etmək və s kimi neqativ məna daşıyan sözlərdən və hərəkətlərdən uzaq durmaq, həddindən artıq səviyyədə olan nəzarət funksiyasını azaldaraq, uşağın müstəqil qərarlar verməsinə kömək etmək ən vacib və ciddi şəkildə diqqət edilməsi olan məsələlərdəndir.

Uşaqlarda özlərinə olan güvəni aşağı salan faktorlar nələrdir bəs? Valideynləri tərəfindən daimi şəkildə tənqid edilən uşaqlarda utancaqlıq və özünə qapanma halları yaranmağa başlayır və belə uşaqlar hər zaman nəyisə səhv etməkdən qorxurlar. Bu cür uşaq böyüyüb məktəbə getdiyində öz yoldaşları ilə ünsiyyət qura bilməyərək, içinə qapanıq məktəb həyatı yaşayır.

Həddindən artıq nəzarət və təndiqlə böyüdüyü üçün məktəb həyatına daxil olduğu ilk gündən özünü sərbəst apara bilmir, indiyə qədər olan hər şeyi ailəsinin sayəsində qazandığını düşünür, dərslərində və yoldaşları ilə münasibətlərində uğurlu ola bilməyəcəyi fikrinə qapılır. Bu vəziyyət yetkinlik yaşına çatana qədər davam edir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 486
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri