Uşaqlarımızın itməməsi üçün bunu öyrədin

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 2 060
Səs ver:
(səs: 0)
Uşaqlarımızın itməməsi üçün bunu öyrədin
Bəzən elə hallar olur ki, balaca uşaqlar itir. Valideynlər onları tapmaq üçün qorxu və təşviş yaşayır. Bəs uşaqlarımızın itməməsi üçün nə etmək lazımdır.

Uşaqlarınıza bəzi şeyləri öyrədin ki, onlar itəndə onları tapa biləsiniz:

-Uşaqlarınıza təhlükəli yerlər haqqında məlumat verin, kimsəsiz küçələrə, inşaat yerlərinə getməmək lazım olduğunu onlara öyrədin.

-Uşaqlarınıza tanıdığı biriylə belə sizin icazəniz olmadan başqa yerə getməyin qadağan olduğunu izah edin.

-Uşaqlarınıza tanımadıqları adamlardan yemək, içki, dərman kimi maddələri almağın zərərli olduğunu başa salın.

-Səsin kömək üçün ən yaxşı vasitə olduğunu onlara deyin. Çətin vəziyyətlərdə qışqıraraq kömək istəmək lazımdır. Bunu ona izah edin.

-Uşaqlarınıza adını, soyadını, ailə üzvlərinin ad, soyad və ünvanlarını öyrədin.

-İnternet, sosial şəbəkə mühitində isə tanımadığı şəxslər varsa fotoşəkil, ünvan, məktəb və şəxsi məlumatlarını paylaşmamasını öyrədin.

-Evdə tək qalanda tanımadıqları şəxslərə qapını açmamalarını tapşırın.

-Küçədə oyun oynayarkən uşaqlarınızı davamlı izləyin. Gün boyu etdiklərindən xəbərdar olun. Yoldaşlarının və ailələrinin adlarını, telefon nömrələri və ünvanları daima əlinizin altında olsun.

-Mühafizəyə, polislərə inana biləcəklərini, məktəb, xəstəxana, polis bölməsi, məscid kimi yerlərdən kömək istəyə biləcəklərini ona deyin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri