Uşağlarımızı düzgün tərbiyə etməyin yolları

Müəllif: Efsuw2016
Şərhlər: 2
Baxılıb: 3 315
Səs ver:
(səs: 0)
Uşaqların düzgün tərbiyə edilməsi bütün dövrlərdə valideynlər üçün çox aktual məsələdir. İnsanlar övladlarını tərbiyə edərkən əsasən öz dünyagörüşlərinə, ya da ata-analarının, özlərindən böyüklərin təcrübəsinə əsaslanırlar. Bəzən isə onlar mütəxəssislərə, psixoloqlara etibar edir, onların məsləhətlərindən nəticə çıxarırlar. Ancaq istənilən halda valideyn-övlad münasibətlərində, uşaqların düzgün tərbiyəsi məsələsində problemlər də ortaya çıxır. Mövzunun aktuallığını, uşaqların düzgün tərbiyəsi məsələsinin əhəmiyyətini nəzərə alaraq psixoloq Səkinə Mustafayeva ilə həmsöhbət olduq. Səkinə xanımla uşaq psixologiyası, bu gün uşaq tərbiyəsində yol verilən nöqsanlar, uşaqların düzgün tərbiyəsi metodları və s. barədə söhbət etdik.

- Həqiqətənmi uşaqların tərbiyəsi ana bətnindən başlayır?

- “Körpə ana bətnində olarkən onun tərbiyəsi ilə məşğul olmaq lazımdır” deyiminin doğruluğunu alimlər sübut ediblər. Qadın hamiləlikdən 3 ay öncə özünü psixoloji və fiziki cəhətdən ana olmağa hazırlamalıdır. Ancaq bu halda o, sağlam uşaq dünyaya gətirə bilər. Xüsusilə hamiləliyin 5-ci ayından sonra ana öz körpəsinə xoş sözlər deməli, onu əzizləməlidir. Daha çox klassik musiqilər dinləməli, açıq havada gəzməlidir. Bu özü də tərbiyədir.
Uşaq nəyin pis və ya yaxşı olduğunu anasının özünü necə hiss etməsindən anlayır. Ana narahat və ya əsəbidirsə, körpə də çox ağlayır, gecələr yatmır və s. Valideyn heç vaxt fikirləşməməlidir ki, övladı çox kiçikdir, o hələ heç nə anlamır.
Ümumiyyətlə, uşaq dünyaya gəldikdən sonra təməl prinsip onu sosial mühitə hazırlamaqdır. Bunun üçün isə öncə ata və ana öz münasibətlərini tənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmalıdırlar. Uşaqlar 5 yaşına qədər ailədə gördükləri hər şeyi şüuraltına yığırlar. Ona görə də valideyn övladına verdiyi tərbiyənin əhəmiyyətini dərk etməlidir.

6-7 yaşına kimi uşaqların tərbiyəsinə daha ciddi yanaşmaq lazımdır. Həmin dövrdə xarakterin ana xətti formalaşır. Artıq bu yaşa qədər balacalar özlərinə güvənməli, daxili komplekslərdən azad olmalı, özlərini sevməlidirlər. Bu yaşda özünə güvənən uşaqlar şüurlu sürətdə məktəbə təhsil almaq üçün getdiklərini bilirlər, yaxşı oxumağa can atırlar. Sonra ali məktəbə daxil olmağa, daha sonra karyera qurmağa çalışırlar
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 315
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri