Uşağınıza söz dinlətmənin 5 təsirli yöntəmi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 444
Səs ver:
(səs: 0)
1-Söz dinlətməyin birinci şərti söz dinlətməklə məşğul olmaqdan əl çəkmək. "Onu etmə, bunu vurma, oraya çıxma yıxılarsan, ona dəymə, çığırmadan istəməlisən, ağlamağı qoymalısan" kimi əmir duyğusu hiss edilən sözlər işlətmək çox artıq işə yaramır. Uşaqlar bu sözlərdən nifrət edirlər və hamı deyənin tərsini inadla edirlər. Uşaqlara əmr vermək əvəzinə onlara təkliflər yetirməyi üstün tutmaq Bunu belə etsən necə olur? Gəl bax bunu belə etsək sənə də daha doğru deyilmi? Onlara variantlar irəli sürüb özlərinin seçməsini təmin etmək (o seçirmiş kimi zənn etsə də verdiyinizə variantların hamısı onsuz da sizin uyğun gördüyünüz variantlar olmalıdır).

2-Sözünüzü bir dəfədə qulaq asırsa, uşağınıza əhsən kəlməsini daha çox istifadə etmək uşaqla ünsiyyəti möhkəmləndirən bir üsulu. "Əhsən sənə, bunu bir dəfə dediyimdə etdiyin üçün təşəkkür edirəm". Deyərək onu mükafatlandırmaq; Davranışının bəyənilib təqdir edildiyini görməsini təmin edəcək və bundan sonra deyərkən bir dəfədə edilməsində təsirli olacaqdır.

3-Uşağın dünyasına girib, onu dinləmək lazımdır bu səbəblə də uşağınıza yaxşı qulaq asmalısınız. Haqsız olduqları bir məsələ belə olsa uşaqlar, hər məsələdə dinlənməyə haqları olduğuna və istədikləri hər an böyüklər onları dinləmələri lazım olduğuna inanırlar. Sizə bir şey demək istədikdə, o zaman bir işiniz varsa bir az gözləməsini, bir azdan onu eşidəcəksiniz deyə bilərsiniz,çünki qulaq asırmış kimi görünmək onu eşitmədiyiniz, ya da əhəmiyyət vermədiyiniz hissi verə bilər. Uşaqlar haqq istəyirlər və dəyərli olduqlarının hiss edilməsini gözləyirlər. Sizin onu həqiqi mənada eşitmədiyiniz və ya önəmsəmədiyiniz kimi bir fikrə düşərsə o da sizin sözlərinizi qulaq asmaya bilər.

4-Mızmızlandığı bir vəziyyət olduğunda və ya bir şeyi istəməyi çox tutdurduğunda ona göstərişlər vermək və nəfəsinizi sərf edərək söz danışmağa məşğul olmaq əvəzinə onu o mühitdən uzaqlaşdıracaq və diqqətini dağıdacaq başqa təkliflər və variantlar təqdim etmə taktikasını tətbiq etmək uğur çəkinizin yüksək olacağı bir üsul. Məsələn, evdə boyama kitabını birlikdə rəngləməyi və ya oyun oynamağı təklif etmək,bayırda isə özünüz etməkdən xoşbəxt olduğunu bildiyiniz hər hansı bir şeyi birlikdə keçirməyi təklif etmək kimi.

5-Əgər uşağınızın tək hakimiyyəti sizdə deyilsə, yəni siz işləyirsinizsə və uşaqlarınıza nənə,baba, ya da baxıcı baxırsa bu insanlarla böyük bir əməkdaşlıq içinə girməyiniz lazımdır. Sizin "yox" dediyinizə, uşağınızın aldatmağa çalışdığı digər fərdlər qıymayaraq və ya dərhal "bəli" desə elə o anda, orada iplər qopur. Ona görə bu məsələdə ailələrin qətiyyətli və ardıcıl olması, hər kəsin xüsusən ana və atanın eyni münasibəti göstərməsi, birinin uşağa dediyini digərinin də eyni şəkildə təsdiq etməsi lazımdır. Bu üsulu tətbiq etmək uşağın ağlının qarışmaması və özünü dəstəkləyəcək, istəklərini kabullendir-əcək digər bir tərəf arama vərdişini tutmaması üçün çox əhəmiyyətli. Ana ya da atanın qoyduğu qaydanı digər birinin və ya bir başqasının dəyişməməsinə etina gösterdiiyi müddətdə uşaq tərbiyəsində daha uğurlu nəticələr əldə edərsiz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 444
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri