3-4 yaşlı uşaqların pis davranış səbəbləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 3 648
Səs ver:
(səs: 0)
Uşağı düzgün tərbiyə etmək üçün vacib olan bir nüans da,onun pis davranışlarınin arxasında nələrin durduğunu anlamaqdir.Onu vurğulayaq ki,bir qayda olaraq uşağın qız və ya oğlan olduğundan asılı olmayaraq,pis davranışın səbəbləri həmişə eyni olur.Sadəcə valideyn bu davranışlara daha həssaslıqla yanaşmalidir.

Uşağın xoşagəlməz davranışlarında bəzi səbəblər:

VALIDEYN DIQQƏTI UĞRUNDA MÜBARIZƏ :
Çox vaxt uşağın pis davranışlarına səbəb valideyn tərəfindən diqqət əskikliyi olur.Valideyn çox məşğul insandırda və ya sadəcə problemlərə başı qarışıb uşağa lazımi diqqəti göstərmirsə,o zaman uşaq öz mənfi davranışlari,söz dinləmək istəməməsi ilə,valideynlərinin diqqətini öz üzərinə çəkməyə çalışacaq.Çünki 3-4 yaşında uşaq,hələ valideynləri ilə normal ünsiyyətdə olmağı və dialoq qurmağı bacarmır.

SƏRBƏSTLIK ARZUSU:
Artıq 2 yaşdan sonra,uşaq sərbəstlik istəyir."Mən özüm" deyərək bir çox şeyləri sərbəst etməyə çalışır.Valideynlər isə öz fikirlərini yürütməyə,uşağı kontrol altında saxlamağa və tez-tez danlamağa davam edir.Uşaq da öz növbəsində "tənqidi" vecinə almayaraq öz bildiyini etməyə davam edir.

QISAS ARSUZU:
Bir sıra səbəblərdən valideynlər istər istəməz uşağı incidərlər.(sevimli oyuncağı gizlədərək,"dadsız" sıyığı yəməyə məcbur etmək və s.) Xoşagəlməz davranışın bir səbəbi də uşağın valideynlərindən qisas almaq arzusu da ola bilər.

ÖZ GÜCÜNƏ INAMIN ITMƏSI:
Əgər uşaq nədənsə məyus olursa,o özünü adekvat aparmaya bilər.Bu çox hallarda uşağın özgüvəninin olmamasına və özünü dəyərsiz hiss etməsinin səbəbidir.Bu hallarda da ,uşağın davranışlari aqressiv ola bilər.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri