Televizora baxmaq uşaqlara necə təsir edir?

Müəllif: _Gunay_
Şərhlər: 6
Baxılıb: 3 370
Səs ver:
(səs: 0)
Televizor faydalı olduğu kimi çox zərərli bir şeyə də çevrilə bilər. Xüsusən uşaqlar üçün televizorun çox təhlükəli nəticələr yaratması mümkündür. Çünki televizorda yayımlanan film və proqramlar uşaqlar üçün hazırlanmış şeylər deyil. Vəziyyət belə olduqda televizor uşaqlar üçün çox təhlükəli ola bilir. Televizora baxan uşaqların böyüklər üçün olan proqram və filmləri izləməsi də bir həqiqətdir. Bu zaman uşaqlar psixoloji olaraq travma ala bilərlər. Tlevizora baxarkən böyüklərdən birinin uşaqla birgə izləməsi, onun yaşına uyğun şərhlər verməsi həm uşağın biliklərini artırar, həm də anlaya bilmədiyi şeyləri səhv anlamasının qarşısını alar. Uşaqların həm ruhi, həm də zehni baxımdan müsbət formada inkişaf etməsi üçün televizorda yaşlarına uyğun proqramları izləməsi əslində yaxşı bir haldır. Lakin özlərinə uyğun olmayan şeylər izləmək uşaqlar üzərində travmatik nəticələr doğura bilər. Valideynlər övladlarına heç kəsi incitməməyi öyrətdiyi, onlara örnək olduğu halda onlar televizorda izlədiklərindən təsirlənərək şiddəti normal bir şey kim qəbul edə bilərlər. Bir insan həyatı boyu sadəcə bir neçə şiddət və ölüm anını gördüyü halda, televizor qarşısındakı bir uşaq hər gün bir neçə ölümə və onlarla şiddət hadisəsinə şahid ola bilər. Təkrarən verilən travmatik görüntülər uşağı şiddətə qarşı hissiyyatsız hala da gətirə bilər. Ona görə də uşağı televizor qarşısında tək buraxmaq məsləhət deyil. Televizor uşaqların uğuruna da təsir edir. Xüsusilə 7 yaşdan kiçik olanların yaxşı ilə pisi ayırd edəcək yetkinlikdə olmaması səbəbindən travmatik sayıla biləcək görüntülər zamanı valideynin nələri etməyin yanlış olduğunu ona deməsi vacibdir. Bu zaman uşağı uzaqlaşdırmaq istədiyiniz mövzunu onun üçün daha da cəlbedici hala gətirməməyə çalışın. Verəcəyiniz qısa və doğru cavablardan sonra mövzunu çox da uzatmamağa çalışın.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 370
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri