Övladınızın öyrənmək üslubunu kəşf edin

Müəllif: _Mrs_
Şərhlər: 2
Baxılıb: 2 266
Səs ver:
(səs: 0)
Övladınız dərslərə həvəs göstərmir, hətta məktəbə getmək istəmir? Onda bu araşdırmanı oxumağa dəyər.

Övladınızın bu problemi ola bilsin sizi onun öyrənmə üslubunu bilməməyənizdir. Uşaqlar gündəlik oyun qaydalarında və davranışlarında öz üslublarını bəyan edərlər. Həmin üslubları sizə təqdim edirik.

1. Vizual öyrənmə üslubu
Bu üsluba malik uşaqlar rəsm çəkməyə meyilli olarlar. Çox səliqəli olarlar. Yaşıdlarından fərqli olaraq bu xüsusiyyətə uşaqlıqdan malik olarlar. Yaşadıqları hadisələrdə görüntüləri daha detallı yadda saxlayarlar. Ümumilikdə səssiz və sakit uşaqlar olarlar. Bu uşaqlar müəllimləri ilə bağlı hər bir detalı araşdırarlar. Müəllimin paltarı, saçları və davranışları onlar üçün çox əhəmiyyətlidir. Eşidərək deyil, görərək öyrənən bu uşaqları adətən müəllimləri dərsi yaxşı dinləyən uşaq kimi dəyərləndirər. Oxuyaraq nəsə öyrənməkdə zəif olarlar. Ona görə də oxumaqdan daha çox dinləməyə üstünlük verərlər. Ona görə də fərdi şəkildə dərs öyrənməyə çətinlik çəkərlər.

2. Dinləmə üslubu
Bu tip uşaqların ən böyük əlaməti çox danışan olmalarıdır. Uşaqlıqdan başlayaraq onlar özü-özlərinə hey danışarlar. Yaşlarına görə söz ehtiyatları çox olar. Bu uşaqların məktəbdə ən böyük problemi hey danışmaqlarıdır. Yeni biliyi yalnız danışaraq əldə edə bilirlər. Kitabları yüksək səslə oxuyarlar. Valideyn və müəllimlər uşağı susdurmağa çalışmamalıdırlar. Xarici dil və musiqi istedadına malik olarlar.

3. Kinestetik üslub
Bu tip uşaqlar toxunaraq öyrənən qrupdular. Çox hərəkətli olan bu uşaqların ən böyük problemi bir yerdə sabit durmamaqlarıdır. Onlar ətrafda hər şeyə toxunmaq istəyərlər. Səliqəli yaşamağa çətinlik çəkərlər. Bu qrupa aid olan uşaqların öyrənmək zamanı hərəkət etmələrinə mane olmaq olmaz. Dərs edərkən yerində sallanma, yeriyə-yeriyə kitab oxumaq, yüksək səslə təkrar etmək onların xüsusiyyətləridir. Onların ən böyük əlaməti təqlid edərək və sınayaraq öyrənmələridir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri