İşləyən analar üçün qızıl məsləhətlər

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 022
Səs ver:
(səs: 1)
Qadınlar çox böyük bir qüvvədir.Bunu bir daha təsdiq etsək hərhalda yanılmarıq.Çünki qadın eyni anda bir çox öhdəlikləri yerinə yetirməyi bacarır.Bu öhdəliklərə bir çox şeyi aid etmək olar.Qadın üçün həm evinin qadını olmaq həm iş qadını olmaq həm də ana kimi öhdəliklərini yerinə yetirmək çox çətindir.Bəzən hətta elə bir vəziyyət alınır ki,eyni zamanda 3 vəzifədə də heç bir şey yolunda getmir. Evə gələndə uşaqları ilə oynayarkən; Müdiri yada müştəri zəng edəndə, bu dəfə də işdəki məsuliyyətlərini düşünür,yenə kədərlənir və əsəbi vəziyyət alır.Bu müddətdə, iş-ev və vəzifələrimiz arasında nələri düzgün aparmadığızı düşünüb məyus olarıq.Bəs, bütün bu məhsuldarlığımız və vəzifələrimiz arasında həyatımızdakı xoşbəxtlik və əmin-amanlıq tarazlığını necə tapa bilərik.

Əvvəl, həyatınızdakı prioritetlər sırasında, neçənci sırada olduğunuzu özünüzdən soruşun. Əgər özünüzü sonuncu sırada görürsünüzsə, xahiş edirik, özünüzü birinci sıraya alın. Bilin, siz varsınızsa dünyanız var. Özünü işıqlandırmayan bir şam, heç bir yeri işıqlandırmayacaq.İşiniz, eviniz arasına kiçik fasilələr yerləşdirin.

Özünüzü xoşbəxt edəcək kiçik qəhvə fasiləsi vermək yada bir yoldaşınızla söhbət etmək, gəzmək, idman etmək kimi özünüzü xoşbəxt edəcək kiçik mükafatlarınız olsun. Beləliklə, evdə, iş yerində, özünüzə və hər şeyə qarşı daha səmərəli, enerjili və səbrli olacaqsınız.Qadın şəxsiyyətinizə sahib olun. Enerjinizi qoruyun.Evdəki işlərdə isə yoldaşınız və uşaqlarınız arasında vəzifə bölgüsü aparın. Eyni dam altında öhdəliklərinizi bölüşün.Mütləq, bir hobbiniz olsun.Tək qalmaq üçün xüsusi vaxtlarınız olsun.Duyğularınızı yaza biləcək dəftəriniz olsun.Unutmayın, siz robot deyilsiniz! Özünüzü hər şey üçün həlak etməyin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri