Övladları gec danışan valideynlərin nəzəinə - Bunları edin

Müəllif: Marsell
Şərhlər: 9
Baxılıb: 316
Səs ver:
(səs: 0)
Danışmaq qəşəngdir, sən bunu bacarırsan, sən danışa bilirsən, sən çox qəşəng danışırsan!
Hər gün valideynlərdən körpələrinin nitq ləngimələri ilə bağlı təəssüflərini eşidirəm. Qərara gəldim ki, valideynlərin mənlə paylaşdıqlarını sizlər üçün yazaraq təqdim edim. Çünki günümüzdə bu şikayətləri çox eşidirik. Ümid edirəm ki, hər valideyn üçün əhəmiyyətli olar.
Valideynlər ilk olaraq deyirlər ki, uşaqda problemdən şübhələndiyim vaxt ən böyük səhvim GÖZLƏMƏK olub. Nə edəcəyimi bilmədən gözləyirəm ki, düzələcək. Nəsə edə bilmədiyim zamanda gözləmək mənə ən yaxşı variant kimi görünə bilir.
Əgər sən nitq ləngiməsi olan uşağın valideyni və ya əhatəsindəsənsə, dəstək üçün bunlara əməl etməlisən.

Söz (verbal) rutinləri ilə tanışlıq
Verbal və ya söz rutini nədir?
Müəyyən vaxtda təkrarlar edilməklə biz söz rutinlərini istifadə edirik. Bəs necə?

MÜTLƏQ EYNİ SÖZLƏR EYNİ ÜSULLA EYNİ VAXTDA EYNİ MƏQSƏD ÜÇÜN EYNİ ƏŞYALARLA OLMALIDIR.
Məsələn, əgər uşağınız parka getməyi sevirsə, parka getmək üçün evdən çıxdıqda "Gedək?", - deyə soruşun. Lakin "gedək" sözünü bir neçə dəfə təkrarlayın və bu situasiyanı təkrar olaraq bir neçə dəfə yaradın. Artıq o qədər soruşacaqsınız ki, həmin situasiyada uşaq özü "gedək" deyəcək.
Danışığı ləngiyən körpələr üçün söz rutini güclüdür. Lakin bir məsələ də var ki, bu rutinlər evdə bir neçə dəfə uşaq öyrənənə qədər və həmçinin sizə sözlə cavab verənə qədər təkrar olunmalıdır. Təəssüf ki, valideynə bu tapşırldıqda onlar evdə bir dəfə tətbiq edirlər və sonra da "mənə heç cürə söz demir uşağım, mənlə danışmır", - deyə şikayətlənirlər. Və yaxud da valideynə tapşırdıqda onlar evdə bir dəfə tələb edir, sonra buraxılır və edilmir. Bu, onlara adi gəlir. Lakin bu, rutin şəklində bir neçə dəfə təkrar edilməlidir. Çünki hər dəfə təkrar edildikdə uşaq sizinlə kontakt yaradır və beləliklə də, kiçik ünsiyyətin, dialoqun əsası qoyulur. Belə tətbiq edildikdə təsir daha effektli olur və yalnız bu zaman müsbət nəticəni tez əldə edə bilirik. Bu proses uşağın nitqi açılana qədər davam etdirilməlidir.
Məsələn, hər vaxt uşağı hoppandırmağa (hop, hop, hop) hazır olun və ya aşağı qoyanda 1, 2, 3... deyin. Bunu bir neçə dəfə edin və bir, iki, üç saydıqda üç demədən öncə fasilə verin, bu zaman, uşağınız, sizə baxacaq və sizin nitqinizi tamamlamağa çalışacaq. Yaxud mahnı oxuyun, uşaq mahnını tanıdıqdan sonra isə fasiləylə oxuyun ki, siz dayandığınızda uşağınız davam etdirsin.
Əziz valideynlər, həmçinin uşağınızla normal rutinlərdə də iştirak edin (yemək, oynamaq, maşın sürmək və s.).
Nə vaxt ki, uşaq danışmağa başlayır bax, o zaman qətiyyən dərhal sözə fokuslaşıb, ona söz dedirtməyə çalışmayın! Cümlə qurmağa tələsməyin! Bəzən uşaqlar söz deməyə başladıqda valideynlərin uşaqdan gözləntiləri artır, söz və cümlə tələb etməyə başlayırlar. Lakin buna tələsmək lazım deyil. Çünki uşaq yeni-yeni danışmağa başladıqda bu prosesi bir müddət sadə oyun şəklində davam etdirmək lazımdır ki, uşaq danışmaqdan qorxmasın və nitqi sevsin.

Əgər uşağınızın nitqindən erkən sözlər gəlmirsə, oyun səsinizi müəyyənləşdirin;
Süni qışqırmaq - süni asqırmaq
Süni gülmək - süni ağlamaq
Süni boğulmaq - süni yemək və içmək
Süni xoruldamaq - süni istiləşmək
Süni donmaq - süni titrəmək
Süni öskürmək
Ş ş ş - sakit
Maşın səsi (bip, bip, bip, vın, vın, vın)
Süni öskürmək, əsnəmək, köpüyü partlatmaq (part, part, part), meyvəni səsli yemək (nyam, nyam, nyam) və s. Körpə məqsədyönlü şəkildə öyrənir və danışmaq ona maraqlı gəlir. Bu oyunlar sayəsində körpələriniz motivasiya olunurlar. Özlərini rahat və güvəndə hiss edirlər. Artıq siz hər dəfə onlarla oynadığınız zaman asanlıqla, səsli şəkildə, sizi təkrar edirlər, sizlə oynayırlar və nəhayət, ilk sözlərini deməyə başlayırlar.
Bəsirə Pənciyeva, loqoped

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 316
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Marsell
Sitat: Love-Girl
Cox wukur boyuk oglumun daniwigi yawina gore etrafimizdaki uwaqlardan qat qat yaxwidi. Wukur olsun.
Balacamda hele dede, dəl ,vın,baba deyir inwallah oda serbest yeriyer daniwar tezlikle.

Ilk xeberin xeyirli olsun. Ellerine emeyine sagliq

Cox sag ol birdenem :)

Sitat: _Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


Ola biler birinci xeberdi hele razıyam sizle:)

Sitat: Üzel..
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

Bacı razıyam ama ki 5 yaşa qeder aebr lazımdı e mem üreyim patdıyar narahat olaram ki nie danişmadı
11 iyul 2019 22:45
9
Offline
Üzel..
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 iyul 2019 17:28
8
#Людям не всегда нужны советы. Иногда им нужна рука, которая поддержит. Ухо, которое выслушает и сердце, которое поймет.
Только действия человека говорят о его личности и его отношении к вам, не верьте словам, просто наблюдайте и вы увидите истину.Не возобновляй общение с теми, кто тебя предал, такие люди не меняются.✔
Offline
BARBI
Usaqlar 5 yasina qeder danismaya biler.Mutleq valideyn usaqla mesgul olmalidir
11 iyul 2019 16:41
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Sitat: Marsell
diablo bacı teşekkür edirem sevimdime indi gördüm

Şerh yazan hamıya teşekkür düzü diablo bacı kömek etdi mene ona göre adda falan sehvlik ola biler :)

Can eybi yoxdu gözəlim olur elə şeylər.Yavaş yavaş öyrənəcəksən123xoşdur mənə gülüm123
11 iyul 2019 13:59
6
Perfect
Offline
Marsell
diablo bacı teşekkür edirem sevimdime indi gördüm

Şerh yazan hamıya teşekkür düzü diablo bacı kömek etdi mene ona göre adda falan sehvlik ola biler :)
11 iyul 2019 12:23
5
Offline
vipbetul
valideyinler ucun lazimli melumatdir
11 iyul 2019 12:17
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 iyul 2019 12:15
3
Səni çooxx sevirəm heartƏsgərimheart
Online
Love-Girl
Cox wukur boyuk oglumun daniwigi yawina gore etrafimizdaki uwaqlardan qat qat yaxwidi. Wukur olsun.
Balacamda hele dede, dəl ,vın,baba deyir inwallah oda serbest yeriyer daniwar tezlikle.

Ilk xeberin xeyirli olsun. Ellerine emeyine sagliq
11 iyul 2019 10:15
2
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
diablo
İlk xeberin mubarekdi can. Ardi gelsin. Movzun da maraqli idi. Tesekkr gulum123
11 iyul 2019 10:12
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri