Valideyn, yoxsa pedaqoq?

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 399
Səs ver:
(səs: 0)
Heç uşaqlarınızı mişahidə edirsinizmi? Və ya uşaqlarınızı mişahidə edərkən nələrə diqqət yetirməli olduğunuzu bilirsinizmi?..

Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu şikayətləri eşidirik:

– Uşağımı başa düşməkdə çətinlik çəkirəm.
– Hər hansı bir problem baş verdikdə necə reaksiya verəcəyimi bilmirəm.
– Uşağımın köməyə ehtiyacı olduqda necə kömək edəcəyimi bilmirəm…

Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hərəkətlərinin səbəbini bilməlisiniz. Bundan başqa, problemləri aradan qaldırmaq üçün müxtəlif tərbiyə metodlarından istifadə etməli, ya da uşaq tərbiyəsi və ya uşaq psixologiyası ilə bağlı müxtəlif kitablar oxumalısınız. İstər bu kitablardan, istər tərbiyə metodlarından və istərsə də, valideynlik təcrübələrindən istifadə edərək uşağınızın ilk pedaqoqu ola bilərsiniz.

Təbii ki, bununla heç də bu işin mütəxəssisi olan pedaqoqlara ehtiyac olmadığını demək istəmirik. Əksinə, uşaqla bağlı konkret bir problemlə qarşılaşdıqda və ya hər hansı psixoloji bir problemlə üzləşdikdə bir mütəxəssisdən (yəni, bir pedaqoqdan, bir psixoloqdan və ya bir psixiatrdan) məsləhət almalısınız. Burada nəzərdə tutulan valideynin pedaqoqu əvəz etməsi yox, pedaqoq qədər həssaslıq göstərməsidir.

Valideyn-pedaqoq necə olmalıdır?

1)Obyektiv olmalıdır: Bəzi valideynlər uşaqlarının qeyri-adi zəkaya sahib olduğunu düşünürlər. Bəziləri isə uşaqlarının problemli olduğuna inanırlar. Nəticədə, valideynlər uşaqlarının bütün hərəkətlərinə bu prizmadan baxır və təbii olaraq, onlara obyektiv qiymət verməkdə çətinlik çəkirlər. Buna görə də, valideyn uşağını müşahidə edərkən və hərəkətlərini anlamağa çalışarkən obyektiv olmalı və hər hərəkətə öz yerində qiymət verməyi bacarmalıdır.

2) Hərtərəfli müşahidə etməlidir: Valideyn uşağı müxtəlif şəraitlərdə müşahidə etməlidir: evdə, parkda, yemək yeyərkən, yad bir adamla bir yerdə olanda və s. Valideynin eyni hərəkəti müxtəlif şəraitlərdə müşahidə etməsi onun uşağa daha obyektiv yanaşmasını da asanlaşdırar.

3) Əvvəlcədən hökm verməməlidir: Elə valideynlər var ki, “Uşağım dəcəldir” və ya “Uşağım mənə hörmət etmir”, – deyərək əvvəlcədən hökm verirlər. Beləliklə, həm özlərinin, həm də ətrafındakıların öz uşaqlarına qarşı qeyri-obyektiv mövqe tutmalarına səbəb olurlar.

4) Mütəxəssislərlə məsləhətləşməlidir: Hər bir valideyn yaxşı pedaqoq olmaq üçün yaxşı müşahidəçi olmalıdır. Bu həm də valideynin uşağını daha yaxşı tanıması və ondakı normadankənar prosesləri daha tez görməsi üçün vacibdir. Belə olduqda uşağımız xəstələnəndə həkimə müraciət etdiyimiz kimi, lazım gəldikdə bir mütəxəssisə də (psixoloq, pedaqoq, psixiatr, loqoped və s.) müraciət edə bilərik.

5) Uşaq qiymətləndirildiyini hiss etməlidir: Valideynin hər hərəkəti və ifadəsi uşağa “Atam-anam mənə qiymət verir” hissini aşılamalıdır.

Aydan Kərimli
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri