Uşaqlarda səpgilər nəyin əlamətidir?

Şərhlər: 4
Baxılıb: 1377
Səs ver:
(səs: 0)
Uşaqlarda ən çox narahatlıq yaradan hallardan biri də dəridə səpgilərin əmələ gəlməsidir. Adətən səpgilər ən çox üzdə, boğazda, sinədə, qollarda yaranr. Bu hallar valideynlər tərəfindən çox zaman allergiya, ən çox da qidalardan yaranan allergiya kimi qiymətləndirilir. Bəs əslində necədir? Səpgilər nədən yarana bilər?

Qadınla.Com bu barədə pediatr, uzman həkim Ülvi Əliyevin fikirlərini təqdim edir:
"Uşaq nəsə yeyib, səpib","Nədənsə allergiya verib" kimi şikayətlər hamımıza məlumdur. İş orasındadır ki, çox vaxt bu səpgilərin "allergiya" dediyimiz terminlə heç bir əlaqəsi yoxdur.

Səpgi-dərinin elementlərindən biri olub formasına görə 16, morfologiyasına görə 20-dən çox, rənginə görə 5-6, gedişinə görə 3 növü var. Hələ bununla bağlı müayinə zamanı aşkara çıxacaq suallar çoxdur.
Uşaqlarda əksəriyyət hallarda virus xəstəlikləri səpgilərlə müşaiyət olunur. Bu, hər virus ola bilər: qızılca və məxmərək kimi başqalarına yoluxa bilən viruslardan tutmuş, EBV kimi sakit virusa qədər.

Nöqtəvi səpgilər adi travmadan, bədxassəli şişlərə qədər çox xəstəliyin xəbərçisi ola bilər.

"Göyərmələr" dediyimiz elementlər isə meningitlə, sepsislə, laxtalanma pozğunluğu kimi qan xəstəlikləri ilə əlaqədar ola bilər.
Əziz valideynlər, hər səpkiyə qarşı dərman verməyin, böyüklərə verdiyiniz "suprastin", "tavegil" kimi vasitələri uşaqlara içirtməyin, müalicə müayinədən sonra, ehtiyac olduğu zaman başlansın.
Görmədən, toxunmadan, anamnez toplamadan göndərilən şəkillər əsasında diaqnoz qoymaq doğru deyil.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1377
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 7147
Xəbər sayı: 62
KRALİCEM
Mendede olur zulal verir mualice eledirem gedir
21 noyabr 2020 00:14
4
sukur verdiklerine
Şərh sayı: 630
Xəbər sayı: 0
Sevinc
Ele hami deyirkk alergiyadandir.
19 noyabr 2020 14:32
3
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 1831
Xəbər sayı: 0
♡iLK NUR♡
Maraqlı məlumatdı .

Təşəkkürlər
18 noyabr 2020 21:43
2
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR!
Şərh sayı: 81240
Xəbər sayı: 30
BARBI
Sepgiler muxtelif sebeblerren ola biler.
18 noyabr 2020 19:21
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri