Uşaqlarda bud-çanaq oynağının çıxıqları necə müəyyən olunur?

Müəllif: my_angel
Şərhlər: 0
Baxılıb: 1 978
Səs ver:
(səs: 0)
Yenidoğulmuşlarda ən çox rast gəlinən problemlərdən biri də bud-çanaq oynağının çıxıqları-displaziyasıdır. Bunun daha çox ana bətnində yaranan problem olduğu bildirilir. Amma bəzi hallarda problem doğuş zamanı meydana gəlir. Bu çıxıqlara daha çox qız uşaqlarında rast gəlindiyi deyilir. Mütəxəssislər hesab edir ki, bu problem nə qədər tez aşkarlanarsa, aradan qaldırmaq da bir o qədər asan olar.

Bu problemlə bağlı pediatr, uzman həkim Ülvi Əliyevin fikirlərini təqdim edirik:
"Ayaqlarını yerə dirəmir", "Bir tərəfdə büküşlərin sayı azdır","Uşağı bələyəkmi?" Bu şikayətlər çox vaxt bud-çanaq oynağı cəhətdən narahatlıq keçirən valideynlərin fikirləridir. Bud-çanaq oynağı displaziyası oynaq başının çökəkliyinin formalaşmaması nəticəsində bud sümüyünün yarım və tam çıxığıdır. Meyllilik yaradan səbəblər arasında sağrı gəlişi (tərs gəliş), cinsiyyət, bələmə, ailədə bu halın əvvəlki uşaqlarda olması, ilk uşaq, oliqohidroamnios (dölyanı suyun az olması), tortikollis (boyunda əyrilik) sayıla bilər.

Əkiz uşaqlarda (tək yumurta əkizlərində) görülmə riski artıb. Daha çox sol tərəfdə olur.
Ayaqları dirəmək uşaqda refleksdir və onun çıxıq olduğunu göstərməkdə heç bir rolu yoxdur.
Büküşlərin sayına gəldikdə isə hər 4 uşaqdan birində büküş sayı bərabər olmaya bilər, amma onda bud çıxığı olmaz, tam normal olar.
Əsas məqsədimiz ən erkən zamanda (6 aya qədər) bud çıxığı və ya displaziya olmasını müayinə etməkdir.
Ən ideal vaxt 2-3 ay arası USM etməkdir. 4 aydan sonra birmənalı olaraq Rentgen müayinəsi tövsiyə olsa da, xüsusi hazırlıqlı mütəxəssislər 6-cı aya qədər ultrasəs ilə müayinə edə bilirlər.

Heç bir risk amili olmadan da ortaya çıxdığı üçün müayinə vacibdir.
Ultrasəs müayinəsi 6-cı həftədən 4 ay yarıma qədər ən yaxşı müayinə vasitəsidir. Uşağa ziyanı yoxdur (şüalanma yoxdur).
Bələyək, yoxsa yox? Ənənəvi bələmə ayaqları düz tutar və displaziya riskini artırar. Ancaq "güvənli sarıma" metodunda uşaq ayaqlarını bükə bilir və displazi çıxıq riski azdır. Amerika hinduları arasındakı tədqiqatda bu cür sarımaqla displaziyanın 6 dəfə azaldığı görülüb. Yaponiya və Türkiyədə də bənzər təcrübənin olduğu bildirilib. "Pavlik bandaji" ən effektli müalicə vasitəsidir.

Asiya, Afrika xalqlarında bələmə yoxdur. Onlar körpəni ayaqları aralı vəziyyətdə boyun və ya kürəyə bağlayaraq götürürlər və onlarda displaziya minimum həddədir. Slinq adlı vasitələr də bu qəbildəndir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri