İlk dəfə ana olanların etdikləri səhvlər

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 3 177
Səs ver:
(səs: 3)
İlk dəfə ana olmaq həyəcan vericidir və naşılıqlardan doğan bəzi səhvləri etmək qaçınılmazdır.  Bu həyəcan verici günlərdə sizə köməkçi ola biləcək məsləhətlər verir... 

Körpə oyaqkən dırnaqlarını kəsməyin.Çünki o yatarkən körpənin dırnaqlarını kəsmək daha asandır. Körpəniz oyaqkən əllərini davamlı yelləyəcəyi üçün dırnaq kəsmək həm çətin, həm də təhlükəli ola bilər.

Atanın körpəylə ünsiyyət qurmasına şərait yaradın. Bəzən analar ataları, bu mövzuda tam təcrid edirlər. Analığa özlərini o qədər aludə edirlər ki, atanın körpəylə ünsiyyət qurmasına və ona baxmasına imkan vermirlər. Siz bu səhvi etməyin, atanı da tez-tez körpənizlə vaxt keçirməsinə şərait yaradın...

Bəzən yeni ana olanlar, sual verməkdən çəkinirlər. Suallarının yersiz və ya utanc verici olmasından qorxurlar. Əslində, mövzu körpə baxımı olunca, yersiz sual deyilən bir şey yoxdur. Bütün suallarınız üçün uşaq həkiminizə müraciət edə bilər, ananızdan, yoldaşlarınızdan kömək ala bilərsiniz.

Körpəniz üçün edəcəyiniz ən böyük yaxşılıq onun tək bir əmziyə alışmasına maneə törətməkdir. Ona görə vaxtaşırı körpənizin əmziyini dəyişdirin və bir cür əmziyə alışmasına imkan verməyin.

Yeni analarda bəzən özünə etibar hissi olmaya bilir. Bunu unutmayın ki, bu dünyada kimsə, sevgi dolu bir ana qədər bacarıqlı ola bilməz. Körpənizi tanımaq, sizin içinizdə olan bir instinktdir. Analığın zamanla asanlaşacağını unutmayın.

Əmizdirməyi seçən analardansınızsa, kiçik də olsa problemlər yaşamanız çox normaldır. Bu, bir çox ananın başına gəlir və bunda utanılacaq heç bir şey yoxdur. Çox az ana heç problem yaşamadan körpəsini əmizdirməyi bacarir. Problem yaşadığınız vəziyyətlərdə kömək almaqdan çəkinməyin.

Analıq ən gözəl duyğudur. Bu gözəl günlərin dadını çıxarın!
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri