Qadın neçə uşaq dünyaya gətirə bilər?

Müəllif: emis
Şərhlər: 8
Baxılıb: 6 627
Səs ver:
(səs: 2)
Bu nə sualdır? Allah nə qədər imkan verdi, o qədər, ya da özüm bilərəm -bəziləri fikirləşərlər.
Belə də hesab olunur ki, doğuş qadın sağlamlığına, əgər patologiyasız keçirsə, müsbət təsir göstərir. Ancaq bu, heç də belə deyil - Texas Universitetinin mütəxəssisləri əksini iddia edirlər.
Onlar orta yaş həddi 45 olan 1644 qadını araşdırmaya cəlb ediblər. sas diqqəti isə tac arteriyası ilə aortanın divarının qalınlığına veriblər.
Nəticədən belə çıxıb ki, dördüncü və daha çox uşağın doğuşu qadını ürək xəstəlikləri riskinin çox böyük olduğu bir qrupa yönləndirir. Alimlər deyirlər ki, üçüncü uşaq doğulandan sonra arteriyalar qalınlaşır və bərkləşir. Çünki hamiləlik ürək-damar sisteminə əlavə yükdür, ürəkdən keçən qanın həcmi də bu zaman 50% artır.
2-3 uşağı olan qadınlarla müqayisədə onlar ürək-damar sisteminin problemlərilə 2 dəfə çox rastlaşırlar. Uşaqsız qadınlar, yaxud bir uşağı olanların nəticələri də ürəkaçan olmayıb - onların da arteriyaları daralır və bərkləşir.
Beləliklə, alimlər qadınlara həyatları boyu ən az 2, ən çox 3 uşağın anası olmağı tövsiyə edirlər. Həmçinin bunun üçün gec qalmamaq da şərtdir -səhhəti düzəltməyə daha çox vaxt olur.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 6 627
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri