Uşaqlar neçə yaşdan sonra günəş eynəyi taxmalıdırlar?

Müəllif: Fialka
Şərhlər: 13
Baxılıb: 895
Paylaş:
Səs ver:
(səs: 0)
Ozon təbəqəsi gün keçdikcə daha çox zərər görür və nazikləşir. Bu da insanların günəşin zərərli  şüalarına daha çox məruz qalmasına səbəb olur. Mütəxəssislər əvvəllər, sadəcə, yay aylarında SPF qoruma faktorlu krem və günəş eynəyindən istifadəni vacib hesab edirdilərsə, indi bütün fəsillərdə hər iki vasitədən kömək almaq məsləhət görülür. Çünki uzun müddət günəşin ultrabənövşəyi şüalarına məruz qaldıqda dəri xərçəngi başda olmaqla bir çox dəri problemləri, gözdə katarakta və ya sarı nöqtə xəstəliyi yarana bilər. Gözlərdə qızartı, sulanma, yanma hissi günəşin mənfi təsirinin ilk işarətləridir.

Təəssüf ki, günəşin zərərli təsirindən, demək olar ki, hər kəs xəbərdar olsa da, tədbir görənlərin sayı olduqca azdır. Xüsusilə də, valideynlər bu mövzuda olduqca məsuliyyətsiz davranırlar. Halbuki, uşaqlar da günəşdən qoruyucu eynəklər taxmalı və xüsusi kremlərlə dərisini qorumalıdırlar.

Bəs, hansı yaşdan sonra uşaqlar günəş eynəyi taxmağa başlamalıdır? Əks halda, hansı problemlər baş verə bilər? Ən əsası, günəş eynəyi seçərkən nələrə diqqət etmək lazımdır?

Onun sözlərinə görə, hazırda bir çox insan günəş eynəklərindən ancaq moda xatirinə istifadə edir. Ancaq bu eynəklər, sadəcə, aksessuar deyil, həm də bir çox xəstəliklərin qarşısını alan qalxandır.

Mütəxəssis bildirib ki, bəzilərinin gözləri günəşə qarşı daha həssas olur. Ona görə də, mütləq günəş eynəyindən istifadə etməlidirlər:

"Günəş eynəklərinin ən əhəmiyyətli funksiyası gözümüzü UV şüalarından qorumaqdır. Hər kəs günəşdən qorunmalıdır. Ancaq çöldə daha çox vaxt keçirənlər, müəyyən göz problemləri yaşayanlar xüsusilə diqqətli olmalıdırlar. Təzyiqi aşağı salan dərman qəbul edənlər, hamiləliyin qarşısını alan dərmanlardan istifadə edənlər işığa qarşı daha həssas olurlar. Ona görə də, belə insanlar günəşə qarşı xüsusi tədbirlər görməlidirlər”.

Doktor Münəvvər Şenkal uşaqların da günəş eynəklərinə ehtiyac duyduqlarını bildirir:

"3-4 yaşından etibarən uşaqlar da günəş eynəklərindən istifadə etməlidirlər. Çünki uşaqların gözləri daha həssasdır və ultrabənövşəyi şüalar onların gözlərində müalicəsi mümkünsüz olan xəstəliklərə səbəb ola bilər. Uşaqlar üçün şüşəsi polarizə olan günəş eynəkləri daha uyğundur”.

Ümumiyyətlə, günəş eynəyi seçərkən aşağıdakı nüanslara fikir vermək lazımdır:
*Eynəyin sertifikatı olmalıdır.
*Sertifikatda eynəyin ultabənövşəyi şüalardan hansı nisbətdə qoruduğu qeyd edilməlidir.
*Eynək 400 nanometrdən az olan şüaları keçirməməlidir.
*Günəş eynəyinin şüşəsi tünd rəngdə olmalı və işığın təsirini ən az 50 faiz azaltmalıdır.

loading...
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 895
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ALESSANDRA
7 yaşımdan bu yana istifade edirem tşk
17 iyun 2015 20:34
13
Don't trust anyone ∆
Offline
FISTIK
Bunu bildiyim yaxsi oldu hele almamsam amma almaq fikrim vardi hele tezdi.))
17 iyun 2015 12:09
12
Offline
Catwoman666
gun eyneklerinin coxu keyfiyyetsizdir. men ozum gun eyneklerini coxx sevirem
16 iyun 2015 19:27
11
Viking
Offline
Menim balam
Burda ele de gün olmur indi yağiş yağır.
16 iyun 2015 15:47
10
Offline
tek umidim sen
Ovlad sahibi olan xanimlarimiz ucun faydali xeberdir...
16 iyun 2015 14:58
9
Ne mutlu TÜRK'üm diyene!...
Offline
gulka azeri
lazimli melumat idi tesekkur
16 iyun 2015 13:29
8
Offline
teri meri
sağlamlıq üçün heç ama uşaqların gözəl üzünü eynəklə gizlətməyi sevmirəm
16 iyun 2015 13:27
7
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
Dosta_inam
Uşaqlar bizim geleceyimiz olduğuna göre onlara her sahede diqqetli olmaliyiq,neinki eynek seçerken,faydali meslehetlerdir,teşekkür.
16 iyun 2015 06:31
6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
vipbetul
INDI 1-2YASDAN ARTIQ ACHQI TAXIRLAR
16 iyun 2015 00:20
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ILAHE_
Maraqli melumatdi. Tewekkurler.
16 iyun 2015 00:02
4
Offline
adsiz-a
mende bu fikirlerle raziyam,oldugca duzdur,usaqlara daha cox tesir edit qun suasi...
16 iyun 2015 00:02
3
Offline
yarpaq33
Yazilanlarla raziyam uwaqlarin gozu gune qarwi daha hessas olur
15 iyun 2015 23:59
2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
BARBI
Mencede gun usaqlara boyuklerden daha cox tesir gosterir
15 iyun 2015 23:07
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv