Daha çox hansı qadınların qız övladı olur?

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 6 393
Səs ver:
(səs: 2)

Stress sağlamlığa, xüsusən də hamiləlik müddətinə mənfi təsir göstərən amillər sırasına daxildir. Gələcəkdə dünyaya gələn uşağın fiziki və ruhi sağlamlığına da təsir göstərir. Aparılan araşdırma nəticəsində məlum olub ki, hamiləlik müddətində həddən artıq stresslə yüklənənlər dünyaya əsasən qız övladı gətirir.

 

 

Hamilə olan 6 min qadından əldə edilən məlumatlara əsasən, hamiləliyin əvvəlindən etibarən müxtəlif səbəblərdən depressiya çəkənlərdə qız uşağına sahib olma ehtimalı 5% daha çox olur. Bu rəqəm çox olmasa da, stressin körpəyə başqa mənfi təsirləri də mövcuddur. Mütəxəssislərin fikrincə, hamiləlikdə yaşanan stress uşaqda yüksək təzyiq, piylənmə, şəkərli diabet kimi problemlərə yol açır. Stress, həmçinin, bir çox fiziki problemlərə də səbəb olur. Mütəxəssislər ana namizədlərinə bu qaydalara əməl etməyi tövsiyə edib:

 

Ana olan hər qadın ilk növbədə özünə güvənməyi bacarmalıdır.

 

Mənəvi dəstəyin təmin edilməsi üçün vaxtını səmərəli istifadə etməlidir.

 

Sağlam qidalanmalı, yetərli qədər dincəlməli və istirahət etməlidir.

 

Narahatçılıq yaradan hadisələrdən uzaq durmalıdır.

 

Əzələləri istirahət etdirmək və nəfəs almaq məşqlərinə vaxt ayırmalıdır (yoqa və s.).

 

Hamilə qadın onu narahat edən bütün problemləri həkimlə məsləhətləşməlidir.


(səs: 2)
Şərhlər: 5
Baxılıb: 6 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri