1 yaşında uşaqla necə davranmalı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 566
Səs ver:
(səs: 1)
Övladınız artıq bir yaşındadır. O, bu vaxt ərzində xeyli böyümüşdür və sizin vəzifəniz onun düzgün xarakterdə formalaşmasına köməkçi olmaqdır. Bir yaşında uşaqla necə davranmaq lazım olduğunu bilmək üçün bu yaşda psixoloji xüsusiyyətləri bilmək lazımdır.
Bir yaş aktiv psixoloji inkişaf, öyrənməyə və kəşflərə meyllərin gücləndiyi yaşdır. Bu yaş həm də psixoloji krizislərin başladığı dövrdür. Uşaq özünü anadan ayrı müstəqil varlıq kimi hiss etməyə başlayır, öz varlığını kəşf edir. Həm də o, fiziki olaraq edə bildiklərindən daha çox şey başa düşür.
Bəzən hansısa yeniliyin öyrənilməsi şadlığa yox, davranışdakı durğunluğa gətirib çıxarır. O, əsəbi və şıltaq ola bilər. Hətta bəzən isterik vəziyyət yarada bilər. Psixoloqlar qeyd edir ki, bu yaşda isterik vəziyyətlər xarakterikdir və uşağa kömək etməyin yeganə yolu sakitləşdirməkdir. Buna xoş sözlər, sığallamaq və zərifliklə nail olmaq olar. Uşağı qucağınıza alın, onunla söhbət edin. Sonra isə onun etmək istədiyini birlikdə edin. Onu danlamaq, qışqırmaq, səsinizi ucaltmaq tamamilə faydasızdır. Bununla siz ancaq isterikanın dərinləşməsinə nail olacaqsınız. O, körpədir və psixologiyası öz-özünə sakitləşmək üçün çox zəifdir.

Onunla necə davranmalı?
Bir yaşdan etibarən tərbiyə prosesi başlanır. Çalışın bir qədər uyğunlaşan olasınız. 90 faiz hallarda uşaqla söhbət edərək, razılaşdırmaq olur. Bu, onun iradəsini qırmağa çalışmaqdan çox daha yaxşıdır. Əvvəl- axır o, sizə tabe olacaq. Axı çox körpədir. Siz adekvat davranmamaqla onun tərs olmasına səbəb olacaqsınız. Bu isə gələcəkdə aqressivlik və söhət etməyin mümkünsüzlüyünə gətirib çıxara bilər. Böyük olun. Axı siz həqiqətən də böyüksünüz.
Uşağa nəyisə niyə icazə vermədiyinizi izah etməyə ərinməyin. Bir şey qadağan etdikdə bunu həmişəlik edin. Daha sizin əhvalınız pis olduğu üçün etməyin. Qadağalar nə qədər az olsa o qədər yaxşıdır. Bunula övladınız daha sərbəst böyüyəcək. Siz artıq "olmaz"ı öyrədə bilərsiniz. Ancaq bu sözü həddindən artıq istifadə etməyin.
Kəşfiyyata cəhd etmək 3 yaşa qədər uşaqların inkişafının əsas xüsusiyyətidir.

Ülviyyə Səid
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 566
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri