Körpənin 5-ci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 866
Səs ver:
(səs: 0)
Siz körpənizə gülümsəyirsiniz - o, da cavab olaraq sizə gülümsəyir! Bundan gözəl nə ola bilər axı!

Bunu ünsiyyət gülüşü adlandırmaq olar. Bu gülüş körpənizin hər bir şeydən razı olduğunu nümayiş etdirir.

Körpəniizn üzündə gülüşü siz müxtəlif oyunlar, zərif toxunuşlarla yarada bilərsiz. Bu artıq körpənizin bir  qədər böyüməsinə, diqqətini müxtəlif əşyalarda və ya rənglərdə cəmlədiyinə də işarə edir.  

Bu oyunu körpənizlə oynaya bilərsiz:
Üzünüzü yavaş-yavaş körpənin  üzünə yaxınlaşdırın və başınızı bir tərəfdən digər tərəfə yellədin. Əmin ola bilərsiz, siz körpəniz tərəfindən gülüşlə mükafatlandırılacaqsız.

Sizin həyatınız: cəmiyyətə çıxış
Baxmayaraq ki, doğuşdan sonra siz bütünlüklə bir evdar xanıma çevrilmisiz və özünüzə vaxt ayırmağa imkanınız yoxdur, yenə də gündə minimum bir dəfə çölə çıxmağa bahanə tapın. Doğuşdan sonra gimnastikaya da yazıla bilərsiz. Orada siz öz təcrübənizlə bölüşə biləcəksiz və ya digər anaların məsləhətlərindən faydalanma imkanı qazanacaqsız.

Əgər sizin yenidoğulan körpənizdən savayı böyük uşaqlarınız varsa, o zaman onlarda qısqanclıq hissi yarana bilər. Hətta uşaqlarınızın sizdən körpə qardaş və ya bacılarını doğum evinə geri qaytarmağı tələb edə bilər. Bu zaman ananız və ya həyat yoldaşınızdan xahiş edin körpənizlə qalsın, siz isə böyük uşağınızla gəzməyə çıxın. Qoy sizin böyük uşağınıız onu həmişəki kimi sevdiyinizə əmin olsun. Narahatlığa ehtiyac yoxdur!Bu hal tez keçəcək.

Bir məqamı da qeyd edək ki, ola bilsin siz körpəyə qulluq haqda çoxsaylı materiallar oxuyursuz və müxtəlif məqalələr müxtəlif üsullar təklif edir. Bu zaman özünüzü çaşdırmayın, sizə hansı növ qulluq rahatdırsa ondan istifadə edin.   

Doğuşdan sonra müxtəlif idman hərəkətləri etməkdə davam edin. Onlar sizin çanaq sümüyündə əzələlərin möhkəmlənməsini təmin edəcək.

Aynur Hüseynzadə
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri