Uşaq yuxuda dişlərini qıcırdadırsa...

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 2 730
Səs ver:
(səs: 1)
Yuxuda dişləri qıcırdatmaq (bruksizm) uşaqlar arasında kifayət qədər yayılmış pozulmadır.

Mütəxəssislərin müşahidələrinə görə, bruksizm uşaqların 50 %-də qeyd olunur. Oğlanlarda bu hala daha tez-tez rast gəlinir.

Əgər bruksizm halları tez-tez təkrar olunmursa və 10 saniyədən çox çəkmirsə, bu heç bir xüsusi müalicə tələb etmir.

Lakin bəzən uşaqda bu hal tez-tez təkrar olunur. Belə uşaqlar səhərlər üz, boyun və çənə oynaqları nahiyəsində ağrılardan şikayətlənir.

Bu halda mütləq həkimlə məsləhətləşmək lazımdır. Bruksizm uşağın sağlamlığına ciddi təhlükə yaratmasa da, uşaqda ciddi diş və damaq problemlərinin əmələ gəlməsinə səbəb olur.

Əvvəllər belə hesab olunurdu ki, bruksizm qurdların əlamətidir. Lakin bu tibdə təsdiq olunmayıb. Bruksizmin dəqiq səbəbi indiyə qədər məlum deyil. Belə hesab olunur ki, burada əsas rollardan birini irsiyyət oynayır. Stress, həyacan, dişlərin bəzi xüsusiyyətləri bruksizmə səbəb ola bilər.

Uşağı nevropatoloq və stomatoloqun müayinəsindən keçirin.

Lazım olduqda stomatoloq uşağa xüsusi şinanın taxılmasını tövsiyə edə bilər.

Bundan əlavə bruksizmdən əziyyət çəkən uşaq yuxudan bilavasitə əvvəl aktiv oyunlardan uzaq olmalı, yemək yeməməlidir.

Sakit mehriban şərait, açıq havada gəzintilər, kifayət qədər yuxu bu problemin həllinə kömək edir.

Lazım olduqda nevropatoloq uşağa müəyyən müalicə kursu təyin edə bilər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 730
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri