Alın yazım (2-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 5
Baxılıb: 4 839
Səs ver:
(səs: 0)
Yeni günə,yeni ümidlər diləyərək oyanmışdım.Son günlər də həyatımda ki,sakitlik yox olmuşdu.Səadət xala ilə söhbətmizin üzərindən 3 gün keçməsinə baxmayaraq,bu günlər ərzində Səadət xala məni yola gətirməyə cəhd edirdi amma fikrim dəyişməz olaraq qalırdı.
Ev işlərini təzəcə bitrib oturmuşdum ki,qapı döyüldü.Qapnı açdığımda Səhər bacının pozitiv siması ilə qarşılaşdım.35-36 yaşlarındakı bu qadın,çox şən gülər üz biri idi.İçəri buyur etdikdən sonra mətbəxə keçib çayları süzdüm.Onun bura gəlmə səbəbini bilirdim,ən azından məndə cavabsız suallarıma cavab tapardım.Qonaq otağına keçib çayları masaya düzdüm.Hal ehvaldan sonra Səhər bacı üzünü mənə tutdu.
-Sənəm niyə razı olmursan? İmkanlı mərifətli ailədi,bundan artıq nə istyrsən? Yox deyə tutdurmusan.Onlar da hər gün zəng vurub fikrini bilmək istəyirlər
-Səhər bacı xalaya da fikrimi dedim.O cür imkanlı ailənin oğlu üçün niyə məhz mən?
-Nəolub sənə ay qız? Gül kimi qızsan.
Belə sözlər eşitməyəli uzun zaman olmuşdu.Qarşılıq olaraq sadəcə gülümsədim.Səhər bacının niyə belə dediyini başa düşəcək yaşdaydım.
-Səhər bacı her kəs bilir ki,bu zəmanədə pulun aça bilmədiyi qapı yoxdu.İmkanlarına,ad sanlarına uyğun qız tapa bilərlər həmdə qəşəng qız.
-Amma sənin kimi ağıllı,tərbiyəli qız tapa bilməzlər.Bax canım o ailənin digər gəlini özləri kimi imkanlı ailənin qızı idi,həmdə çox gözəl idi.Hər yanda ağız dolusu danışırdılar amma gəlinləri o qədər pis xasiyyetli idi ki,günlərini qara edib.Başa düşdülər ki,əsas olan daxili gözəllikdi,xarici yox.İndi tək istəkləri Azəri ağıllı,mərifətli qızla evləndirməkdi.
Azər...Adını eşitdiyim də,səbəbsiz yerə ürək ritmim sürətini artırmışdı.
-Bəs oğlan özü nə düşünür?
-Azər çox yaxşı oğlandı,ailəcanlı,mehriban insandı.Mən onun xətrini o qədər istəyirəm ki,elə bil doğmaca bacım oğludu.Özü fikrini deyib mənə,ağıllı hərşeyin yerini bilən biri dediyində əmin oldum ki,istədiyi sənsən.
Artıq nə deyim bilmədim,susub başımı aşağı əydim.Daha da dirəşmək mənasız idi.
-Yaxşı razıyam...
Bugün nə olacaqdı,bu görüşdə məni nə gozləyirdi bilmirəm.Güzgüdə son dəfə özümə nəzər yetirdim.Geydiyim dizdən biraz yuxarı don,bədənimə tam oturmuşdu.Az maz sarışın olan saçlarımı darayıb yana tökdum.Sadə kasmetikayla görüntümü tamamlayıb çantamı götürdüm.Pis görünmürdüm,yaxşı olmasa da normal demək olardı.Əslində elə də çirkin deyildim,sadəcə üz cizgilərim uygunsuz idi. "Yaxşı Sənəm təsəlli etməyi dayandır gecikirsən".Özümü danlayıb arxaya döndüm.
-Çox gözəl olmusan qızım-Səadət xalanın səsinə baxışlarımı ona çevirdim.Onun məni görmək istədiyi kimi gorməsi məni sevindirirdi,mənim fikrimə görə insan olmaq bu idi.
-Sağolun xala-gülümsəyib ayaqqablarımı geyinərək çıxdım.Səhər bacı binanın həyətində gözləyirdi.Görüşüb taksiyə əyləşdik,gedəcəyimiz ünvanı deyib təzəcə yerimizi rahatlamışdıq ki,Səhər bacının telefonu çaldı.
-Alo
-...
-Bəli mənəm.
-...
-Oy nə danışrsız.İndi gəlirəm
Danışığı sonlandırıb üzünü mənə tutdu.
-Sənəm zəng vuran anamın qonşusu idi.Anamın şəkəri qalxıb,qardaşımgil burda deyil deyə mənə yığıb.Təcili getməliyəm.
-Eybi yox gedək.
-Sən hara?
-Necə yəni hara...Sizlə
-Yox sən get.
-Olmaz bacı.Mən heç tanımıram da.
-Xaiş edirəm Sənəm.Bizi gözləyir sən get mən zəng vurub tək gələcəyini deyəcəm.Sözümü yerə salma get sən.
Əlavə nəsə deməyimə imkan vermədən,taksiyi dayandırıb enmiş,mənə isə tək getmək qalmışdı.Həyəcandan əlim ayağım dolaşırdı.Deyilən yerə çatıb taksidən enib kafeyə doğru addımladım.İlk dəfə bir oğlanla gorüşməyə gedirdim,həmdə tək,üstəgəl tanımadığım biri ilə.İnşAllah buralarda ürəyim getməz və sağ salamat evə dönərəm.İçəri daxil olub boylandım,az adam vardı,bir neçə qız,yaşlı cütlük və bir nəfər tək oturub telefona dalmış oğlan.Oğlana baxdım çox yaraşıqlı idi,filmlərdəki baş rollara bənzəyirdi.Hərhalda bu deyil.Başqa kimsə yox idi,gəlməyib yəqin.Özüm dəqiq biri olduğumdan gözlədilməyi heç cürə sevmirdim.Nə edəcəyimi bilmirdim ona görədə qapının önündə ayaqüstə dururdum.Ayaqqabımın üstü tozlanmışdı çantamdan salfet çıxarıb yavaşca əyilib sildim.Ayağa qalxmaq istədikdə,sərt bir şeyə deymişdim.İndi başa düşdüm ki "ulduzları saydım" sözü həqiqətimiş.Əlimi başıma apardım.Nəyə dəymişdim ki,belə sərt.Başımı qaldırdığımda bayaq oturan oğlanın yanımda dayanıb məni süzdüyünü gördüm.Özümü tamam itirmişdim.
-Ba...Bağışlayın-səsim titrəsədə sözmü deyib gözlədim,onun da məndən üzr istəyəcəyini gözlədim amma deyəsən yanılmışdım adamın elə fikri yox idi,sadəcə üzündə heç bir əzələ tərpənmədən başdan ayağa süzürdü.
-Sənəm sizsiz?
O qədər təccüblənmişdim ki,nə cavab verəcəymi unutmuşdum,başımı razılıq mənasında yellədim sadəcə.
-Mən Azər.
Əlini masaya uzadıb oturmağımı işarə etdi.Addımladıqca özümü ələ almağa çalışırdım.Bu oğlan heç avaraya oxşamırdı,səliqəli geyimi,istfadə etdiyi aksesuarlar iş adamı tesiri bağışlayırdı.Masaya əyləşib məndə onu süzdüm,çox yarışıqlı idi.Yəni bu Azər o Azər idi? Yox daha nələr,yeqin başımı sərt vurmuşam
-Nə içirsiz?-Eşitdiyim kobud səsə başımı qaldırdım.
-Su.
-Başqa?
Dilimi udmuşdum sanki,başımı yox mənasında yelləməklə yetindim.Herhal da bu gün boynum yerindən çıxacaqdı.
-Səhərlə danışdım anası yaxşıdı.
-Sağolun narahat idim.
Bu adam heç gülmürdü,başa düşrəm mənə bir könüldən,min könülə aşiq olmayacaqdı amma heç olmasa yalan da olsa təbəssüm etse pis olmazdı.Buz parçası idi elə bil.
-Yəqin niyyətimi Səhər açıqlayıb.
-Bəli.
-İstəyirəm ailə quracağım xanım ailəmə hörmət edən,mənə sadiq olan biri olsun.Səhər sizin haqqınzda danışdığın da anladım ki,istədyim kimi birisiz...
-Bəs xarici görünüş?-Sözünü yarıda kəsib bayaqdan beynimdə düşündüyüm sualı vermişdim.Qarşısındakı qehvə fincanından gözlərini ayırmayan adam,eşitdiyi sualla baxışlarını mənə çevirdi.
-Gözəllik yarışması tərtibatçısı deyiləm,normal ailə qurmaq istəyirəm.
Bu qədər də sərt cavab gözləmirdim.Bir kəlimə daha etsəm qışıracaq kimi baxırdı,yenidən dilimi udmuş,başımı əymişdim.
-İki qardaş bir bacıyıq.qardaşım ailəlidi,ayrı yaşayır.bacım isə ikinci kurs tələbəsidi.Mən cərraham,özəl xəstəxanalardan birin də çalışram,30 yaşım var...Atam çox istədi onunla çalışım,işlərini davam etdirim amma mən sənətimi sevirəm.Bəs siz?
Özümü işə girməyə çalışan,işçi kimi hiss edirdim.Haqqımda biraz məlumat verdikdən sonra bir müddət susmuşduq.
-Niyə mən?-Nəhayət ki,səssizliyi pozub beynimi gemiren sualı vermişdim.
-Necə yeni?-Sual dolu gözlərini üzümə zillədi.
-Yəni siz,işi gücü olan və xarici görünüşü yerində olan birisiz.İmkanınız da yerindədi,istədiyiniz qızla asanlıqla ailə qura bilərsiz.Gözəl qızla-son da dedyim sözü xüsusi vurğu ilə demişdim-niyə mənim kimi birini seçirsiz?
Üçüncü dəfə idi ki,eyni sözləri təkrar edirdim.Özümü alçaltdığımın fərqində idim amma mən çirkin olduğumu bilir və qəbul edirdim.
-Səhər ağıllı olduğnuzdan bəhs etmişdi.
-Bu cavab deyil.
Sualımın üstündə qəti dayandığımı görüb,yenə gözlərini fincana zillədi.Deyəsən danışmaq üçün fincandan güc alırdı.
-Əsas olan daxili gözəllikdi.
Təssüflə başımı yellədim,bezmişdim eyni,çeynənmiş sözü eşitməkdən.Çantamı götürüb ayağa qalxdım.
-Bizdə alınmaz-deyib getmək istərkən qolumdan tutdu.
-Nə eşitmək istəyirsən?
-Sualıma cavab
Onun olduqca sərt danışmağına baxmayaraq mən sakitliyimi qoruyurdum.
-Mənim evlənəcəyim qadın gözəlliyi ilə yox ağlı,mərifəti,tərbiyyəsi,sədaqəti ilə digərlərindən seçilməlidi.
Nə dərəcə doğru və yaxud yalnış olduğunu bilmirdim amma bu cavab məni tətmin etmişdi.
-Otur.
Sakitcə oturmuşdum daha da qəzəbləndirmək fikrim yox idi.Bu adamın qəzəbini niyə çəkirdim bilmirəm.Əslində burdan qalxıb arxama baxmadan getməli idim amma tərpənə bilmirdim,sanki gözə görünməz bir qüvvə məni saxlayırdı.
-Başqa nə öyrənmək istəyirsən?
Biz rəsmiyyəti nə vaxt qaldırdıq?Mən heç sevmirdim özümdən böyük insanlara,üstəlik təzə tanıdığım birinə "sən" deməyi.Onun haqqında,ailəsi haqqında öyrənmək istediklərimi soruşmuş,eyni zamanda onun suallarını cavablamışdım. 1 saatdan artıq vaxt keçmişdi,bu vaxt ərzində lazım olanları danışmışdıq.Adamın mimkasız üzündən,mənimlə bağlı nə düşündüynü anlamaq olmurdu.
Buz dağından fərqsiz olsada,yanında huzur,rahatlıq vardı.Qəribə biri idi,tam aydınlaşdıra bilməsəm də sanki sirli,kəşf edilməyi gözləyən yönü vardı.
-Bəlkə qalxaq?-Danışlacaq bir şey qalmadığını düşünüb evə getməyi təklif etdim.
-Bəlkə əvvəl nəsə yeyək?
Bu fikir lap ürəyimcə olmuşdu,çünki çox acmışdım.Başımı razılıq menasında yellədim.Dəqiq bilirdim bu gun boynum qopacaq.
Ofsiantı çağırıb yeməkləri sifariş edərkən üzünü mənə tutdu.
-Xüsusi nəsə istəyirsən?
-Yox sağolun.
Yeməkləri gözləyərkən yenə sükut çokmüşdü araya.O,gözlərini fincana zilləyib dərin fikrə dalmışdı,fürsətdən istifadə edib onu incələməyə başladım.Səliqə ilə daranmış saçları,xəfif tüklü üzü həqiqətən çox yaraşıqlı idi.Çatılmış qaşları xüsusi yaraşıq verirdi,sanki gülsə yaraşığı itəcəkdi.Qəribə bir cazibə qüvvəsi vardı,gözlərimi çəkə bilmirdim.
-İncələmən bitdi?-İfadəsiz gözlərini üzümə zillədi.
Başımı əyib döşəməni süzdüm,niyə burda aralanmış yer yox idi.Girərdim ora və uzun zaman çıxmazdım.Elə bu an ofsiant yeməkləri getirərək məni bu utandığım vəziyyətdən qurtarmışdı.Ürəyimdə bol bol təşəkkür etdikdən sonra yeməyə başlamışdıq.Qaşıq çəngəllərin səsindən aydın olurdu ki,hər ikimiz çox acmışıq...

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri