İkimizin hekayəsi (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 5 575
Səs ver:
(səs: 0)
Səhər açılmışdı artıq. Zeynəb yuxudan ayıldığında yanında Cavidi gördü. Dünənki gecə yadına düşdü. Yavas - yavas Caviddə gözün acırdı. Zeynəbə baxıb "Sabahın xeir gözəlim"dedi. Zeynəbdə gülümsəyərək "sənində yaraşıqlı" dedi..Sonra gülümsəməsi dayanaraq " Dünən ... sən olmasaydın...məənn.." Cavid işarət barmağını Zeynəbin dodaqlarına basdırdı "Gözəlim dünəni yadından çıxart, mən yanındayam" deyib alınından öpüb, qucaqladı Zeynəbi. Hər zamanki qucaqlama idi.. Amma Zeynəbin qəlbi bu dəfə sürətli döyünmüşdü bu qucaqlaşmağa... Dost adı altında bütün hisslərini bir birilərinə ifadə edirdilər əslində.. Amma hər ikisidə bunu görməyəcək qədər kor idi hələki...
1 həftə sonra
Cavid başqa bir ev tutmuşdu. Zeynəblə ikisi qalacaqdı. Zeynəb əvvəl bu fikri bir o qədərdə xoş qarşılamasada, sonunda Cemalənin israrı nəticəsində qəbul etdi. Mahir evi bildiyindən Cavid bu yola əl atmışdı. Hər nə olursa olsun Zeynəbi qoruyacaqdı... Öz atasından belə... Hamsı köməklik edirdi evə daşınmağa. Bir arada oturub pizza yeyirdilər gülüb danışaraq. Birdən qapının zəngi çalındı. Axı bu evi hec kim bilmirdi gələn kim ola bilərdi? Xalid ayağa qalxıb qapını açdı. "Zeynal əmi..." idi. Zeynal içəri kecdi. Hamısı ayağa qalxdı. Uzun uzun Zeynəbə baxıb "Gedirik" dedi. Cavidin hirsi yeri göyü dağıdacaqdı bu dəfə deyəsən. Zeynəb atasının qarşısına keçib "Getmirəm. Əl çək məndən ata! Oyuncaq deyiləm mən oynama mənlə! Mən sənin qızıname qızın!" Zeynal bu çıxışa əsəbləşmişdi əlin qaldırıb Zeynəbi vurmaq istəyəndə Cavid tutdu. Zeynəbin qarşısına kecib "Cesaret bele etmə, birdə ona əl qaldırmağa! Kimliyindən aslı olmayaraq o əli qıraram!"dedi. Zeynal ters - ters baxıb "İndi gedirəm amma bu iş belə qalmayacaq biləsiz!" Deyib getdi. Zeynəb yerə çöküb ağlamağa başladı. "Niyə?! Niyədə niyəə?! Mənim hamı kimk xoşbəxt ailəm olmadı..!!" Cəmalə "biz varıq... sən bizim canımısan" deyib Zeynəbi qucaqladı. Hər şey dahada bərbad olurdu. Zeynalın əsl dərdi nə idi? Bir insan niyə öz qızına belə etsinki? Bunun altında nə yata bilərdi? Zeynəb yenədə hərşeydən xəbərsiz idi.. Başındaki Mahir bəlasi kim idi əslində? Onun dərdi neydi bəs? Zeynəb bunları fikirləşib dahada möhkəmdən ağlamağa başladı. Cemalə Zeynəbi qaldırıb yatmağa apardı. Biraz sonra Zeynəb yuxuya daldı. Cemalə usaqların yanına gəldi. Xalid başın aşağı salıb "nə edəcik, kimin nə planı var bu məsələ haqqda" dedi. Cavid "qoruyacıq... o bizim dostdumuzdur.." deyib Xalidi qucaqladı. Cəmalə "Usaqlar bilmirəm necə deyim, çetindi bunu mənə demək çünki biz dostuq.. amma ya Xalid sen yada Cavid sən ... İkinizdən biri Zeynəblə evlənməlidi məncə." Dedi. Hamsı bir birinin üzünə donmuş vəziyyətdə baxdı. Cemalə sözünə davam edib " Billəm, qulağa xoş gəlmir amma onu basqa hec cürə qoruya bilmərik... Atasıdı istəsə bu dəqiqə onu apara bilər. Mahirdi kimdi onunlada evləndirə bilər. Ona görə biz cəld davranmalıyıq."deyib Cavidə baxdı. Səma "qulağa xoş gəlməsədə basqa çıxış yolumuz yoxdu məncədə" deyib oda Cavidə baxdı. Xalid "Cavid ... mənim sevgilim var bilirsən..." demək istəyərkən, Cavid sözün yarıda kəsib "Evlənəcəm...!"dedi. Başqa yol yox idi çünki. Usaqlar hamsı öz evlərinə getdi. Zeynəbdə yuxudan durub Cavidin yanına gəldi. "Oyandın yatmış gözəl" dedi Cavid. Zeynəb gülümsünüb "həə, biraz ayı kimi yatmış ola bilərəm" deyib özünə çay süzmək üçün mətbəxə kecdi. "Sənə vacib sözüm var Zeynəb" deyib Caviddə arxasıyca getdi. Zeynəb çayı süzüb əlində tutmuşdu. Cavid Zeynəbə baxıb "Evlənirik" dedi. Zeynəbin əlindən çay yerə düşüdü. Sadecə "Nəə??" Deyə bildi...

Bölümün Sonu...

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri