İki insan tanıdım (27-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 170
Səs ver:
(səs: 0)
Bu həyat bizlərə elə şeylər yaşadarki xeyirmidir şərmidir anlamırıq. Hərdən elə xoşbəxt oluruqki qanadımız olsa sanki göylərə uçarıq amma çox təəssüfki həyatın bizlərə verdiyi xoşbəxtlik hər zaman müvəqqəti olur.
Elmar gördüyü mənzərə qarşısında çaşıb qalmışdı. Əfşansa Elmarı görəndə çox qorxmuşdu. Qorxudan keyləşən Əfşan bir tək Elmarın dikindən "Əfşan" ifadəsini eşitmişdi. Bu ifadə isə Əfşanı 1 neçə dəqiqə ərzində dahada qorxutmuşdu. Elmar Əfşanı tanımışdımı? Yoxsa sadəcə bənzətmişdi?
Elmar Əfşanı tanımamıçdı. Heç fərqində belə olmadıki qarşısında dayanan illər öncə həyatını məhv etdiyi qardaşı qızı balaca Əfşandır. 8 il bundan öncə Əfşanın ailəsi və Elmar Vasifin qurdugu bir oyuna inanaraq Əfşanın öldüyünü sanmışdılar.
Elmar yenədə Əfşanı başdan ayaga süzərək 1neçə dəqiqəlikdə olsa keçmişə daldı. O keçmişəki Anarın anası Könül xanımı sevdiyi illərə.
Könülü çox sevirdi və sevgisidə qarşılıqsız deyildi. Könüldə Elmarı sevirdi. Sevgiləri sayəsində bütün çətinliklərə güc gəlmişdilər. Ailə qurmuşdular bu sevginin bəhrəsi olan körpə Anarlarıda dünyaya gəlmişdi. Ancaq bu sevgi bu xoşbəxtlik uzun sürmədi. Bu sevgi 1 anda Hüsniyyənin intiqam hissi və Elmarın nəfsinə məglub olması nəticəsində məhv oldu. Könül qara torpaga Anar xaricdəki internatlardan birinə Elmar və Hüsniyə isə yeni həyata. Hər şey bir anda yerlə yeksan oldu. Könüldən sonra Elmar bütün xoşbəxtliyini itirdi. Elmar həmişə özünü bədbəxt hesab edrdi. Hüsniyənin hərəkətləri onu həmişə məhv edrdi. Vasifin dünyaga gəlişi belə Elmarı xoşbəxt edə bilmədi. Könüldə sonra bir tək Əfşan onu xoşbəxt etdi. Bəs Əfşan kim idi? Əfşan Gülnarə xanımın bacısı bizim hazrda həyatını izlədiyimiz Əfşanımızın dogma xalasıydı. Könülün ölümündən sonra Elmar ancaq Əfşanla rahatlıq tapırdı. Vaxtının çox hissəsini Əfşanın yanında keçirdərdi. Bu görüşdən heç kimin xəbəri yoxdu. Elmar və Əfşan gizli-gizli tez-tez görüşürdülər. Ancaq bu görüş onlara baha başa gəldi. Əfşan Elmardan hamilə qalmıçdı. Elmar bu xəbəri eşidəndə çox çarəsiz idi. Bir tərəfdə Hüsniyə və yenicə dünyaya gələn Vasif, bir tərəfdə həyatını məhv etdiyi məsum qız digər tərəfdə isə günahsız körpə. Çarəsiz qalan Elmar uşagı tələf etmək fikrinə düşsədə Əfşan buna razı olmamıçdı. 1 neçə ay sonra bu söhbəti hər iki ailə bildi. Əfşanın qardaşı əvvəlcədən Elmara nifrət edirdi. Bu nifrətə səbəb isə Könül idi. Eyni qadın və sevgi. Bu söhbətsə Elxanı dahada qəzəbləndirmişdi. Elmarə öldürmək isdəsədə atası icazə verməmişdi. Hər iki ailənin qərarıyla Əfşan və Elmar evlənməliydi. Əfşan Könülün ölümündən sonra Elmarı xoşbəxt edən ikinci qadın olaraü Elmarın həyatına daxil oldu. Elmar və Əfşan arasında sevgi deyil sadəcə bir birlərinə qarşı hörmət vardı. Elmarın qəlbi sevgisi bir tək Könülə aid idi. Elmar əvvəlcədən Hüsniyə ilə evli oldugu üçün Əfşan Hüsniyə ilə bir evdə yaşamaga məcbyr oldu. Öz dogma bacısına qarşı nifrət bəsləyən Hüsniyə Əfşana qarşıda eyni hərəkəti etdi. Əfşanın qardaşı Elxanın onu rədd etməsinin intiqamını Əfaşandan almaga başladı və bacardıda. Hər gün evdə Hüsniyə və Əfşanın mübahisələri olurdu. Bu gündə eləydi. Həmşəki kimi Əfşan günahsız Hüsniyə isə günahkar. Bu dəfəki mübahisənin nəticəsi pis qurtardı. Əfşan hamilə oldugu üçün stres keçirmişdi və stres və əsəbikik onun vaxtından əvvəl körpəsini dünyaya gətirməsi ilə nəticələndi. Vaxtından əvvəlki doguş və agır dogum şəraiti nəticəsində Əfşan öz həyatını təslim etdi. Əfşanın ölümüylə Elmar 2 ci dəfə yıxıldı. 1-ci dəfə Könül 2-ci dəfə isə Əfşan. Hər iki qadının qatili Hüsniyə. Bəs Əfşandan dünyaya gələn övladı?
Anar. Xoş gəlmisiz?
Elmar. (Anarın səsi onu xəyallardan azad etdi) cox sagolun
Anar. Keçin içəri niyə qapıda qalmısız axı
Elmar. Uzun qalmayacam gəlmışdimki sizu və (Əfşana gözün zilləyərək) xanımınızı axşam yeməyi üçün evə dəvət edim
Anar. Yaxşı gələrik
Elmar. İndi mənjmlə gedəkdə
Anar. İndi işimiz var narahat olmayın axşam sizdəyik
Elmar. O zaman sagolun axşam görüşərik bubarada ailə həyatı qurdugunuzu bu gün eşitdim təbrik edrəm sizi
Əfşan. (Bayaqdan key kimi qalan Əfşan birtəhər özünə gəlir) çox sagolun təşəkkür
Elmar. Dəyməz xoçdu qızım
Anar. Teşekkür
Elmar. Hər nəysə mən gedim axşam sizi gözləyirik
Anar. (Yalançı təbəssümlə) sagolun
Elmar fikirli şəkildə oteli tərk edir. Anar və Əfşan pis halda idi. Əfşan neçə il sonra onun həyatını məhv edən əmisini görürdü. Anar sa anasının qatili atasıyla isdəməsədə 2 ci dəfə qarşı-qarşıya gəlirdi.
2 saat sonra. Elmarın evi.
Qapının zəngi çalınır. Xidmətçi təlaşla qapını açır. Gələn bu ailənin dostu Muradın qaynatası Ziyadıydı. Hüsniyə pilləkənləri enib Ziyadı qarşılayır.
Hüsniyə. Xoş gəlmisən Ziyad buyur
Ziyad. Çox sagol (ətrafa göz gəzdirərək) Tiqran Əsədov hələ gəlməyib?
Hüsniyə. Yox
Ziyad. Bəs Elmar hanı
Hüsniyə. 2 saatdırki otagından çıxmır
Ziyad. Niyə nə olubki?
Hüsniyə. Bilmirəm Tiqranı (onun adını çəkmək çətindi Hüsniyə üçün) oteldən gətrmək ümün otelə getmiçdi Tiqran bəydə axşam gələcəyni deyib Elmar da evə gəldi hazrlıq görülməsini dedi və otagına getdi. Elə o vaxtdanda çıxmır
Ziyad. Hm yaxşı o zaman mən gedim Elmarın yanına görüm nə olub
Hüsniyə. Yaxşı
Ziyad Elmarın kabinetinə dogru gedir. Qapını döyməmiş içəri daxil olur. Elmar fikirli oldugundan Ziyadın gəldiyini hiss etmir
Ziyad. Yenə fikrin hansı hülyanın yanındadı?
Elmar. (Fikirlərdən ayrılaraq səs gələn tərəfə çevrilir) sən nə vaxtd gəldin?
Ziyad. İndi gəldim dalqındın deyə xəbərin olmadı. Hə nə olub?
Elmar. Heç nə
Ziyad. Elmar sən heç vaxt belə dalqın olmamısan nə olub axı?
Ziyadla danışmagın ona rahatlıq gətirəcəyini anlayan Elmar danışmaga başlyır
Elmar. Bayaq Tiqran gilin qaldıgı oteldəydim
Ziyad. Hə nə olsunki
Elmar. Otagın qapısını Tiqranın həyat yoldaşı açdı
Ziyad. Anlamadım axı Tiqran evli deyildi
Elmar. Bu yaxnlarda evlənib
Ziyad. Yaxşı sənin fikirli olmagının buna nə dəxli
Elmar. Tiqranın arvadı
Ziyad.(sözü güclə çəkirdi) Tiqranın arvadı nə axı?
Elmar. Ona çox bənzəyirdi
Ziyad. Kimə ?
Elmar. Əfşana
Ziyad. (Məsələnin nə yerdə oldugun anlayaraq) insan insana bənzəyərdə burda nə varki?
Elmar. Bilmirəm o qızı görəndə çox qəribə oldum
Ziyad. Necə yəni
Elmar. İllər öncə elədiyim günahlarımın sanki bu günlərəd məni məhv edəcəyi kimi bir hiss yaşadım
Ziyad. Elmar yaxşısan sən?
Elmar. Bilmirəm lənət olsunki bilmirəm
Ziyad. (Stolun üstündəki qrafinkadan stəkana su tökərək Elmara uzadır) al bir az su iç sakitləşməyə çalış
Elmar. Ziyad mən çox qorxuram
Ziyad. Nədən axı?
Elmar. Elədiklərimin bədəlini ödəməkdən
Ziyad. Dəli olma sən heç bir bədəl ödəməyəcəksən
Elmar. Ziyad ən itrənc məxluq varsa bu həyatda oda mənəm
Ziyad. Anlamadım
Elmar. (Fikirli halda siqaret yandırır tüstüsünü içinə çəkərək) ətrafımda oıan hər kəsin həyatını məhv etdim. İlk öncə sevdiyim qadın Anarımın anası Könülü məhv etdim o yetmədi Kğneldən sonra azda olsa məni xoşbəxt etməyə çalışan Əfşanı məhv etdim. Hər 2 qadından olan aqlarımı anasız qoydum
Ziyad. Sən yox Hüsniyə etdi. Bu illər ərzində səni anlamadım Vallah o qadınla necə yaşayərsan axı
Elmar. Düzdü Hüsniyə əvvəl çox qəddar idi ancaü Vüsalı dünyaya gətrdikdən sonra mülayimləçdi. Əvvəl ayrilmagı çox düşünürdüm ancaq Vasif və Vüsala görə məcbyr ayrilmadım həmdə Hüsniyə mənə iki övlad bəxş etdi axı
Ziyad. Sənə 2 övlad versədə 2 övladınıda əlindən aldı. Düzdü Əandan dünyaya gələn övladın gözünün qarşısındadə amma Könülün sənə bəxş etdiyi ilk övladın Anardan heç xəbərin belə yoxdu
Elmar. Ziyad qardaşım mən Anarə çox amma tapa bilmədim
Ziyad. Yaxşıda tapmamısan
Elmar. Niyə
Ziyad. Guya tapsan nə üzlə qarşısına çəxacaqdın axı? Atası kimi yoxsa anasının qatili kimi?
Elmar. Bilmirəm hər dəfə keçmişi xatırlayanda özümə nifrət edrəm
Ziyad. Bəs Murad o nə vaxta kimi hər şeydən xəbərsiz yaşayacaq. Bu sirrui nə vaxta kimi ondan gizlədəcəksən? Unutma qardaşım Murad qardaşın Bayramın deyil sənin Əfşandan dünyaya gələn dogma balandı....

Yazar: Əfsanə
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 170
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri