Susqunluğum (6-cı bölüm)

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 3 465
Səs ver:
(səs: 0)
1 həftə ötmüşdü. Bu 1 həftədə dəyişən tək şey Mahirlə mən idim. Artıq hər fürsətdə dalaşmaq əvəzinə normal iki qonşu olmağa qərar vermişdik. Hər səhər qaçmağa eləcədə alış verişə bərabər gedirdik.
Səhər erkəndən oyanıb idman paltarlarımı geyinərək çölə çıxdım. Mahir çoxdan gəlmiş və məni gözləməyə başlamışdı.
-Sabahın xeyir.
-Sənində tənbəl.
-İynəli söz deməsən olmur?
-Nə edim? Bayaqdan gözləyirəm, ağac oldum.
-Böyütmə Mahir. Gedək?
-Gedək.
Meşəyə doğru qaçmağa başladıq. "Baba ağaca" çatmışdıq ki Mahir dayandı.
-Əsma bu nə enerjidir belə? Sən gecələr nə yeyirsən?
-Nə tez yoruldun?
-Mən sənin kimi gənc deyiləm, yaşlanmışam.
Qəh qəhələrlə gülməyə başladım.
-Əsma biraz dincələk, addım atmağa dərmanım qalmadı.
-Bəs dünən deyirdin ki, mən çox güclüyəm istəsəm bu meşəni başdan ayağa kimi qaçaram. Nə oldu?
-Dünən qaçardım amma bu gün alınmaz.
Mahir o qədər nəşəli və pozitiv biri idi ki, hər kəliməsi ilə üzümü güldürürdü. Hər ikimiz ağacın altında oturduq. Tural ilə evlənmə fikri biran belə ağlımdan çıxmırdı və olur olmaz yerdə düşüncələrimi ələ keçirirdi.
-Sənə nə olub 1 həftədi birdən birə bulud kimi dolursan.
Mahir anlamışdı durğunluğumu. Başımı əyib sakit səslə dilləndim.
-Mən evlənmək istəmirəm.
-Hələdə bu mövzu? Əsma istəmirsənsə səni heç kim məcbur edə bilməz, bunu ağlına yaz.
-Atama necə qarşı çıxacam?
-Buna gücün çatmayacağını düşünürsənsə get evlən.
Onun səsindəki əsəb notlarını başa düşə bilmir, sadəcə tərs tərs baxırdım.
-Nə oldu? Niyə elə baxırsan? Evlənmək istəyirsən amma yalanda istəmədiyni deyirsən.
-İstəmirəm amma atama da qarşı gələ bilmirəm.
-Demək ki, istəyirsən Əsma bu qədər bəsit. Boş yerə susqunluğuna sığınma.
-Sən niyə məni başa düşmürsən?
-Əsas sən başa düşmürsən. Evlənməməyi istəyirsənsə bir kəlimə istəmirəm de amma demirsənsə deməli istəyirsən. Yalandan qarşıma keçib "atama qarşı çıxa bilmirəm" demə.
Mahir cümləsini tamamlayıb ayağa qalxıb evə tərəf addımlamağa başladı. Məni anlamaq bu qədərmi çətin idi? Əslində haqlı idi amma haqlılığını bu qədər sərt demək məcburiyyətində deyildi. Başımı təəssüflə yellədikdən sonra məndə qalxıb evə tərəf getdim.
Günlər bir birini əvəzləyirdi. O gündən sonra Mahirlə danışmırdıq daha doğrusu üz üzə gəlməməyə çalışırdıq. Məni başa düşmədiyi üçün ona nə qədər əsəbləşsəm də bir yanım onun üçün, hətta davalarımız üçün belə darıxırdı.
Qəhvəmi götürüb eyvana çıxdım. Günlərdir bağlı olan telefonumu açmağımla sayısız zənglərin daxil olmağı bir oldu.
-Əsma sən məni dəli edəcəksən.
Anama zəng vurduğumda bir başa salamsız kəlamsız mətləbə keçdi.
-Sənədə salam ana.
-Qızım sənə dedim axı telefonunu bağlama.
-Ana axı istrahətdəyəm, telefonu açıq saxlyacamsa bu necə istrahət oldu?
-Heç olmas gündə bir dəfə aç danışaq narahat qalmayım.
-Yaxşı ana.
-İstrahətin necə gedir?
-Hər şey yaxşıdı ana narahat olma.
-Tural ilə danışdın?
-Ana biz toy məsələsini, mən qayıtdıqdan sonra danışacayıq.
-Yaxşı quzum.
-Ana hər kəsə məndən salam de.
Sağollaşdıqdan sonra telefonu söndürüb ayağa qalxdım. Ətrafı seyr edərkən baxışlarım qeyri ixtyari yan evə doğru yönəlirdi. Mahir üçün inanılmaz çox darıxırdım. Mən ona hansı ara bu qədər bağlanmışdım ki? Düşüncəli halda masaya oturub qəhvəmi yudumlamağa davam etdim.
-Əsma necəsən?
-Xoş gəlmisiz Məlahət xala.
-Sağol qızım.
Məlahət xala eyvana qalxıb masaya əyləşdi. İçəri keçib çay gətirdim.
-Sabah qonşuda toy var qızım. Səni dəvət etmək üçün məni göndərdilər.
-Çox sağolun xala ancaq mən burda heç kimi tanımıram.
-Etiraz qəbul etmirəm Əsma həm toy olan qız xaiş etdi ki, gələsən. Qırmayacaqsan yəqin?
-Yaxşı xala.
-O zaman saat 1-də hazır olarsan bərabər gedərik.
-Niyə tez?
-Çox qonaqları olmayacaq ona görə məclis tez başlayacaq.
-Başa düşdüm.
-Yaxşı qızım mən gedim, sabah görüşərik.
Məlahət xalanı yola saldıqdan sonra düşüncələr beynimi əsir aldı. Görəsən Mahir orada olacaqmı? Niyə onu düşünürdüm ki? İçəri daxil olub televizoru yandırdım və divana uzanıb izləməyə daldım. Günü bu şəkildə yola verib gecə yatmazdan öncə hava almaq üçün eyvana çıxdım. Elə çıxar çıxmaz gözlərim yan evin eyvanında məyus baxışlarla mənə baxan Mahirə sataşdı. O an ürəyim köksümü yarıb çıxacaqmış kimi döyünməyə başladı. Bu çox qəribə idi sanki gözlərimizlə, bir birimiz üçün nə qədər darıxdığımızı ifadə etməyə çalışırdıq... Danışmadan sadəcə baxışlarımızla... Mahirin üzündə yaranan şirin təbəssüm, aramızdakı küskünlüyü yox edirdi elə bil. Onun üçün nə qədər darıxdığımı bir daha anlamışdım.
-Əsma.
Günlər sonra onun dilindən adımı eşitmək məni sevindirdiyi qədər də həyəcanlandırmışdı.
-Bəli.
-Mən... Necəsən?
Mahirin bu utancaq baxışı mənə birini xatırladırdı amma kim olduğunu heç cürə tapa bilmirdim.
-Yaxşıyam sən?
-Məndə yaxşıyam... Əsma sabah toya gələcəksən?
Mahirin gəlib gəlməyəcəyi mənim beynimi çox məşğul edirdi. Eyni sual onuda maraqlandırmış olacaq ki, gəlib gəlməyəcəyimi soruşurdu.
-Gələcəm.
-Məndə orda olacam... Əsma mən... Niyyətim səni incitmək deyildi... Mən üzr istəyirəm.
Demək istədikləri nəhayət ki, dilindən tökülmüşdü. Onu məyus görmək nədənsə qəlbimi sızladırdı.
-Haqlı idin, üzr istəyəcək bir şey yoxdu.
Üzündə yaranan şirin təbəssüm məni sevidirmişdi.
-Gecən xeyrə sevimli qonşum.
-Gecən xeyrə qıvırcıq.
İçim olduqca rahat idi ona görədə elə başımı yastığa qoyar qoymaz yuxuya daldım.
Səhər oyandığım zaman belə huzurlu idim çünki Mahir ilə aramız düzəlmiş əvvəlki kimi mehriban qonşular olmuşduq. Səhər yeməyi yedikdən sonra ilıq duşa girdim. Olduqca həyəcanlı idim çünki ilk dəfə kəntdə toya gedirdim üstəlik Mahirdə orda olacaqdı. Duşdan çıxıb geyim seçməyə başladım. Təbii ki, burda toya uyğun geyimim yox idi ona görə seçdiyim ətək koftanı, aksesuarlarım və makyajım ilə toya uyğun hala gətirməli idim, qısacası işim uzun idi. Saatlar irəlilədikcə mən də hazırlığımı bitirmişdim. Nə qədər bəzənməyə çalışsamda yenədə görkəmim sadəlikdən yana idi. Görəsən Mahir bəyənəcəkmi? Məni ilk gördüyündə reaksiyası nə olacaq? Çox istəsəmdə bu düşüncələri beynimdən çıxara bilmirdim. Güzgü qarşısında dayanıb son dəfə üst başıma nəzər yetirdiyim zaman yavaşca qapı döyüldü. Açar açmaz Məlahət xalanın çaşqın siması ilə qarşılaşdım.
-Əsma onsuzda gözəl idin indi lap gözəl olmusan.
-Çox sağolun.
-Hazırsansa çıxaq?
-Hazıram ancaq xala mən heç kimi tanımıram xaiş edirəm məni orda tək qoymayın.
-Narahat olma qızım.
Bərabər toy evinə yollandıq. Həyətə daxil olduğumuz an bütün gözlərin mənə zilləndiyini görüb Məlahət xalaya qısıldım. O qədər utanırdım ki, hətta toya gəldiyim üçün peşimanlıq çəkirdim. Toyu olan qız gəldiyimiz görüb eyvana çıxıb gülər üzlə məni qarşıladı. Evə daxil olaraq içəridəki qızlarla tanış olub söhbət etməyə başladıq. Bir müddət sonra az öncəki utancımdan qurtulmuş onlarla deyib gülməyə dalmışdıq. Qızlar o qədər səmimi idi ki, özümü illərdir onları tanıyırmış kimi hiss edirdim. Bizlər şəhərdə hansısa toya ya da məclisə getdiyimiz zaman ən çox digər qızların nə geydiyinə, nə taxdığına fikir veririk amma burda tamam fərqli idi. Kimin nə geydiyi o, birini maraqlandırmırdı. Hər kəs sadəcə əyləncənin, toyun dadını çıxarmağa çalışırdı. Bütün bunları gördükcə yaşadığım mühitə geri dönmək istəmirdim. Şəhər həyatını üstün bilib kənd həyatını bəyənməməklə nə böyük səhv etdiyim, onların səmimiyyətini gördükcə bir şillə kimi üzümə çırpılırdı. Mahir burda yaşamağı seçməklə ən doğru qərarı verib. Keşgə mənim də biraz cəsarətim olaydı, özümlə bağlı bütün həyatımı dəyişdirəcək böyük qərarlar ala biləydim.
Günortaya doğru şən məclis başlamışdı. Hər kəs yeyib içir, rəqs edib əylənirdi. Bir neçə dəfə boylansamda Mahiri görə bilmirdim. Getdikcə sıxılmağa başlayırdım, hələ də üzərimdə gəzişən baxışları hiss etdikcə özümü bir səhraya atılmış zənn edirdim. Bu zaman meydana toplaşıb rəqs edən gənclərin arasında şirin təbəssümü ilə ətrafı süzən Mahiri görüb gülümsədim. O an qəlbimin rahatladığını hiss etdim sanki atıldığım səhrada doğma birinə rastlamışdım. Mahir gözləri ilə birini axtarırdı, bunu açıqca görmək olurdu. Baxışlarımız toqquşduğunda üzümdə axmaq bir gülümsəmə yaranmışdı. O, da məndən fərqlənmir, şirin təbəssümü getdikcə daha da genişlənirdi. Əyninə geydiyi qara şalvar ilə qısa qol ağ köynək bədəninə tam oturur və onu olduqca yaraşıqlı göstərirdi. Mahirin peşəkar rəqqaslardan heç də geri qalmayan rəqsini izlədikcə heyranlığım birə beş artırdı. Qollarını yana açaraq meydan da bir qartal kimi süzməsinə mənimlə bərabər digər qızların ağzı açıq baxması məni çox qəzəbləndirirdi.
-Əsma sən Mahiri tanıyırsan?
Yanımda oturan qızlardan biri dilləndi.
-Bəli qonşuyuq.
-Çox yaraşıqlıdı elə deyil? Bütün qızlar ona dəli divanədir amma o baxmır heç birimizə.
Qızın gözlərini Mahirdən çəkmədən məyus görkəm alaraq danışması əsəblərimi tarıma çəkirdi. Qalxıb onun saçlarını yolmaq istəyirdim. Bu mənə yad olan bir hiss idi daha əvvəl dava etmək bir yana heç bunu düşünməzdim də. Amma indi o, sakit Əsma kiminləsə dava etmək istəyirdi həm də bir oğlana görə. Mənə nələr olurdu belə, özümlə bağlı hər gün yeni şeylər kəşf edirdim. Başımı sağa sola hərləyib ayağa qalxaraq uzaqlaşdım.
-Əsma,
Açıq hava da dərin nəfəs alarkən arxadan adımı eşidib geri döndüm. Mahir gülümsəyərək mənə doğru addımlayırdı.
-Bayaqdan səni axtarıram, niyə gec gəldin?
-Mən çoxdan gəlmişəm. İçəridə qızlarla söhbət edirdim.
Mahir başdan ayağa məni süzüb dilləndi.
-Çox gözəlsən... Yəni gözəl olmusan.
-Əvvəl çirkin idim ki?
Bu sualı niyə vermişdim bilmirəm deyəsən onun məni necə gördüyünü öyrənmək istəyirdim. Mahir gözlərini üzümə zilləyib dilləndi.
-Sən hər zaman gözələsən.
Gözlərimizi bir birimizdə çəkə bilmirdik. Ürəyimin qulaqbatırıcı səsi ətrafdan da duyulur sanırdım. Onun üzündəki təbəssüm insana huzur verirdi. Simasındakı şirinlik mənə o qədər tanış gəlirdi ki... Amma heç cürə xatırlaya bilmirdim, üstəlik bu yaxın keçmişə aid bir tanışlıq idi...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 465
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri