Ay parası (17-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 4 645
Səs ver:
(səs: 0)
Gec ya tez Ayla bu həqiqəti bilməli idi. Ona baxmağa könlüm əl vermədi...
Baxışlarımı yerə salıdım. Ona nəyisə başa salmağa gücüm çatmazdı mənim. Bir insanı hec tanımadan onun haqqında bir fikir bildirmək, bu dünyada başınıza gələ biləcək ən bərbad bir hiss idi. Düşünün, onunla hec söhbət etməmisiniz, onu hec görməməsiniz, sadecə adını bilirsiz. Birdə ondan bundan eşitdiyiniz, bildiyiniz sözlər var... Bu sizədə dərs olsun. Sözlə deyil gözlə görüb, həqiqətlərə elə inanın...

"Susma Ayla! Bu da çox istədiyin Atillanın əsl üzü!"deyə bağırdı Elvin.

Niyə yaxasına yapışa bilmirdim? Niyə onu susdurmurdum...?

"Atilla rədd ol bu evdən! Sən bu evə layiq bir insan deyilsən!"deyə yenindən qışqırdı.

Məni evdən qovurdu?
Səbəb, nə idi...?
Gözlərimi yerdən yavaş - yavaş qaldırıb Aylaya baxdım. Ayla kuklasını özünə tərəf tutub möhkəmcə qucaqlamışdı. Ona baxarkən Elvin məni itələyib "Sənə çıx get dedim!"dedi. Gözüm Aylada ola - ola qolumdan sürükləyib qapıya qədər gətirdi məni. "Burax məni! Sənin istədiyində elə bu idi onsuz.. Məni Ayladan ayırmaq! Arzuna çatdın!"dedim əlini qolumdan çəkib. O qədərdə sərxoş deyildi... Elvin asanlıqla sərxoş olacaq bir insanda deyildi... Qəsdən etmişdi... Qəsdən edirdi...

"Atilla getsə, məndə onunla birlikdə gedəcəm" dedi incə bir səs.

Aylamı demişdi bu sözü?
İri addımlar atıb yanımıza gəldi bir anda. Qolumdan tutub məni öz yanına çəkərək "Bilirdim... Sizin söhbətlərinizə dəfələrlə qulaq asmışdım... Düzdü mən bir şizofrənəm, beynim yaxşı düşünə bilmir. Bəzi şeyləri xatırlaya bilmirəm. Nəyi harda danışmaq lazım olduğunda bilmirəm! Amma bu adamın, hər dediklərini, mənə görə nələr etdiyini yaxşı xatırlayıram! Hər gün düşünürəmki, Atilla həqiqətdi? Ya mənim xəyal dünyamda olan bir insandı? Sonra bilirsən, öz özümə nə deyirəm? O, xəyal olmayacaq qədər çox gərcəkdir deyirəm... Mənim xəyallarım bu qədər gözəl deyil... Əgər gedəcək biri olarsa, bu evdən bu 1 nəfər deyil, 2 nəfər olar..."dedi.

Mən yuxu görmürdüm hər halda? Sözləri ilə ortalıqda bir fırtına yaratmışdı. Mənsə, bu fırtınaya son dərəcədə qapılıb gedirdim...

"Onda səndə oda cəhənnəm olun bu evdən!" deyə səsini ucaltdı Elvin. Onun üstünə getmək istədikdə, Ayla qolumu möhkəmcə sıxdı.

"Maraqlı deyiləm nə sənə! Nə də sənin bu evinə... Yadında? Səninlə mesajlaşanda 'Tanrı səni tapmağımı istəmişdi' demişdim. Tanrı, Atillanı tanımağım üçün səni həyatıma daxil etdi. Sən isə sahib olduqlarını, yerə göyə sığdıra bilmədiyin egona görə məhv edirsən! Gedirik!"

Bu da yuxu ola bilməzdi...

Ayla son sözünü dedikdən sonra mənə dönüb "Mən sənin körpənəm..."deyərək qollarını boynuma doladı. Burdan hara gedəcəyimizi bilmirdim. Amma məni secdiyi üçün, Tanrıya minnətdar idim...
Qolumda olan əllərini aşağı salıb əlindən tutaraq yuxarı çıxdım. İlk iş onun üstünü geyindirmək oldu yenə. Onunla indi danışmayacaqdım. Üzümdəki gülümsəmə ona hər seyi izah edirdi onsuz... Elvinə isə etdiyi hərəkət dərs olacaqdı. Peşman olacaqdı...
Bir az pul götürüb Aylanın əlcəkli əlindən tutaraq aşağı endim. Nicatla, Rəhimində yuxusu nə möhkəm idi. Evdən olan səsə belə ayılmamışdılar...
Son dəfə Elvinin üzünə baxdım. Qapı kənarında olan divarın bir küncünə qısılıb qalmışdı. Mən sahib olduğum insanın dəyərini bilirdim. Sona qədərdə biləcəkdim... Evdən çıxıb maşına mindik. Amma hara gedəcəyimiz haqqında hec bir fikirim yox idi...

"Məcburən, otelə getməliyik"dedim ortalığa bir söz atıb.

"Otel olmaz... Clublarından birinə gedək."dedi

Club hec olmazdı..
.
"Clubda olmaz..."dedim.

"Cluba gedək... Birdə təkrar etməyəcəm. Mənim çox yuxum gəlir"dedi

Hər dediyinidə elətdirmək, məcburiyyətində idi. Cluba getmək hec ürəyimdən olmasada, başqa gedəcək bir yerimdə yox idi. Ən yaxın olan clublarımın birinə gəlmişdik. Hec kim yox idi. Ətrafda təmiz idi. Aylanı belə bir yerə gətirdiyimə inana bilmirəm...
Ayla ətrafa baxarkən, əlindən tutub yuxarı öz otağıma çıxartdım. Yalnız bir divan vardı. Onda da Ayla yatacaqdı. İndi yatmalı idi, ürəyimdən keçənləri isə sabah ona deyəcəkdim...

"Körpəm, sən burda yat. Məndə baş ucunda qalıb sənə baxacam"dedim

Əlini əlimdən ayırıb üzümə baxaraq kicik bir təbəssüm etdi. Yenə yanağıma kicik bir öpüş qondurub geri çəkilərək "Yuxularımı mənə geri qaytaran insan, səni çox istəyirəm mən"dedi.
Sonra qara dərili divana uzanıb, gözlərini yumdu. Allahım hər kicik sözünə görə bu qədər həycanlanmaq niyə? Geyindiyim paltonu əyinimdən çıxardıb onun üstünə atdım. İşığı söndürüb aşağı çöküb oturaraq başımı başının yanına qoydum. Burnuma dolan xoş ətiri, məni düşündürməyə vadar edirdi. Onu gördükdə gözlərimin içinin güldüyünün fərqində idim... Onsuz qalmağı düşündükdə, nəfəsim kəsilirmiş kimi olurdu... Yanımda olarkən belə, toxunmağa qıya bilmədiyim idi... Bu sevgi idimi?
Mavi saclarından tutmuş, əlində tutduğu barbi kuklasına qədər hər zərrəm onun zərrəsinə aşiq idi. Əgər bu sevmək sayılırdısa, mən bu balaca qızcığazı çox sevirdim...
Onun üçün savşmağa dəyərdi. O mənim körpəm idi. Düşüncələrim bunlar idi. Birdə acı reallıq...
Bu reallıqda bizim harda qalcağımız ilə bağlı idi. Bir ev tapana qədər öz evlərində qalmalı idi... Mənimlə burda qalıb, gününü keçirə bilməzdi. Ona bunu yaşatmağa haqqım yox idi. Ağlımda bəzi seylər vardı. Zamanla yerinə yetirəcəkdim onları... İndi isə məndə yatmalı idim. Gecələr indi xeir idi...

Səhər açıldıqda club açılmamış ayağa qalxıb clubdan çıxmışdıq. Bir yerdə oturub səhər yeməyimizdə yemişdik. Bu arada Nicatla Rəhim dəfələrlə zəng etmişdi. Aylanı evlərinə qoyduqdan sonra onlarla danışacaqdım. Amma bunu Aylaya necə deyəcəyimdə bilmirdim. Mənim yanımda bir başına qalıb ziyan olmasına nə göz yuma bilərdim. Nə də razı ola bilərdim...
Buz kimi havada, dənizin kənarında idik. Dəniz ləpələri belə onun üzünü güldürürdü.

"Körpəm, sənə bir sey demək istəyirəm...
Mənim yanımda olmaq istəməyin, mənim üçün əvəz olunmaz bir seydir. İndi deyəcəklərimi səhv başa düşməyini istəmirəm... Körpəm, mən ev tapana qədər ailənin yanında qalmalısan... İnanki səndən ayrı qalmaq istəmirəm. Amma buna məcburam... Səni o clubda aparmaq... Mənim üçün həzm edilməz bir seydir..."dedim.

Dənizə baxdığı gözlərini qəfildən mənə tuşladı. Gülən üzü düşümüşdü...

"Mən sənin yanında qalmaq istəyirəm. Bu istər bir club olsun, istər bir maşın... İstərsədə bir park..."dedi.

Başa düşmürdü...
O mənim yanımda qalıb bunları yaşamağa razı deyildi. Evdən kənarda qalmaq bir əyləncə deyildi.

"Mən səni tərk etmirəm. Ailənlə qalmalısan deyirəm. Onlar sənin ailəndi... Bunu başa düşməlisən..."dedim onu başa salmağa çalışıb.

Başını 'olmaz' mənasında yellədi.

"Səni istəyirəm! Səni! Məni evə aparmayacaqsan! Mən dünən hara gedəcəyimizi bilmədən o evdən çıxıb səninlə gəldim! Çünki, sənin məni hər seydən qoruyacağını bilirdim... Olmaz! Mən evimizə qayıtmayacam!"dedi.

Elə bilirdi, mənə asanddı...
Sevdiyimi belə deyə bilmirdim ona...

"Qalx ayağa gedirik. Evinizə gedirsən. Bu söhbətidə birdə açmırsan"dedim ayağa qalxıb.
Mənə tərs - tərs baxıb ayağa qalxdı oda. Bir sey deməmişdi daha.

Maşına minib evlərinə doğru yola düşdüm. Güzgüdən ona baxırdım. Baxışlarını yerə salmışdı. Üzündə isə hec bilmədiyim bir ifadə vardı. Danışmadı hec...
Onu bu dəfə mən incitmişdim.
Axmaq idim!
Böyük bir axmaq!
Evlərinə çatdıqda maşını bir az daha irəlidə saxladım. Maşını saxlayıb saxlamaz Ayla maşından aşağı düşdü. Kuklasını maşında qoyaraq...
Onun ardıyca məndə aşağı düşüb, maşında qalan kuklanı əlimə alıb "Dostunu unutmusan" dedim. Əlimdəki kuklaya bir xeyli baxıb

"İstəmirəm onu daha... Mən bu evə girib, otağıma çıxaraq yenə öz qaranlığıma çəkiləcəm. Mən şizofren olan, ağılsız bir qızam. Məni hec kim istəmir... Öyrəşmişəm mən... Kuklada sənin olsun. Ya da bir zibil qabına at getsin. Ən yaxşısı budu..."dedi.

Dedikləri qəlbimin tam dərinliklərinə oturdu. Evin qapısına doğru addımlamağa başlayarkən, əlimdə olan kuklaya birdə Aylaya baxdım.
Ayla o evə girsəydi, onu itirəcəkdim...
Onu düşünərkən, ona pislik etmiş olurdum mən.

"Körpəm..."dedim

Dönüb mənə baxdı.
Qaçaraq yanına gəlib onu möhkəmcə qucaqladım.

"Bağışla məni... Mən axmağı bağışla... Mən səndən bir saniyə olsun belə ayrı qala bilmərəm..."dedim

Mən həqiqətən onsuz qala bilməzdim. Onsuz, dəliyə dönərdim...

"Tərk etməyəcəksən hə məni?"dedi məndən aralanıb

"Yox edə bilmərəm... Bir seylər tapıb fikirləşəcəm. Səndən uzaq qala bilmərəmki mən..." dedim

Az qalsın ondan onun gözəl üzündən özümü məhrum edəcəkdim. Ani qərar verişlərimi sevmirdim. Nəmli olan gözlərini baş barmağımı sildim. O qədər gözəl idiki, ona baxmaqdan doya bilmirdim. Bu günə qədər başıma gələn ən gözəl iş ona aşiq olmaq idi...
Balaca birini sevmək, onunla uşaqlaşmaq demək idi. O istəsə onunla gizlənqaç belə oyanaya bilərdim. Çəkinmədən, hec utanmadan...
Əgər onun üzünü bu güldürəcəksə, mən hər şey edərdim.

"Sevindim... Barbi kuklamda sevindi. O sənə çox öyrəşib. Səni görməsəydi darıxacaqdı"dedi dəqiqlər sonra.

Kuklanın adı ilə danışıb, özündən bəhs etdiyini bilirdim. Lazım olanda hər seyi çox gözəl başa düşüb, danışa bilirdi.

"Körpəm, hava yetəri qədər soyuqdu. Sən indi evinizə get, mən səni axşama yaxın gəlib götürəcəm. Söz verirəm qayıdacam"dedim.

Gedib evdə qalan əşyalarımızı götürüb Rəhim və Nicat ilə danışmalı idim. Ağıl ağıldan üstün idi. Onlar mənə bir fikir verəcəkdi...

"Tez qayıt yaxşı? Məni sənsiz qoyma..."dedi.

Üzünə gülüb ona tərəf əyilərək alnına bir öpüş qondurub geri çəkildim. Daha həyatımda O, vardı...
Evlərinə girincəyə qədər onu gözlədim. Ayla isə qapını açana qədər tez - tez mənə dönüb baxırdı. Mənsə maşının kənarında durub ona baxırdım. Çöl qapını açmaq istəyəndə yenə baxdı. Qapını əlindən buraxıb qaçaraq yanıma gəlib məni yenidən qucaqladı.
Ayrılmaq bu qədər çətin idisə, ayrı qalmaq daha çətin olarmış...
Məndə onu möhkəmcəsinə qucaqladım. Bəlkədə, mənə inanmadığından belə edirdi... Amma onun inamını qıra bilməzdim mən.

"Qayıt... Yanında olmağım üçün bu evə qayıt..." deyib məndən uzaqlaşıb evlərinə doğru gedib qapını açaraq içəri keçdi.

Məndə maşına mindim. Elvin evdə olmadığından evə doğru sürdüm. Nə edəcəyimi, hara gedəcəyimizi hec bilmirdim. Məni başa düşəcək bir ailəm belə yox idi. Hec kimim yox idi, bir sözlə...

Evə gəldikdə Rəhim ilə Nicat məni sorğu suala tutmağa başladılar. Hələki dimməyib sakitciliyimi qoruyaraq öz sport çantama bir - iki geyimlərimi yığırdım.
Nicat əlimdə olan köynəyi əlimdən alıb "Atilla, bizə bir cavab ver! Paltarlarını sonra yığarsan!" dedi əsəblə.
Onu ilk dəfə idi bu qədər əsəbi görürdüm. Rəhim isə bir kənra çəkilib bizə baxırdı.

"Nəyin cavabını verim?! Elvin axşam bizi evdən qovdu! Aylada mənimlə gəldi. Məndə Aylanı buraxa bilmədim... Onsuz yaşaya bilmərəm mən" dedim nəfəsimi darıb.

Nicat "Yoxsa sənn...?"deyib susdu.

Cümlənin sonunu bilirdim...

"Aylaya aşiq oldum demə mənə!"dedi kinayəli gülüş ilə.

"Həə! Aşiq oldum! Dəli kimi sevirəm onu! Birini sevmək günahdı?!"dedim.

"İnana bilmirəm buna... Bacımız kimi sevdiyimiz qıza, sən demə sən başqa göz ilə baxırmışsan" dedi.

Mən ona hec vaxt başqa göz ilə baxmadım. Ağlımdan belə seyləri hec keçirtmədim... Rəhim mənə mətbəxdə o sualı verməsəydi, onu sevdiyimi bilməyəcəkdim... Mən bu vaxta qədər sevilməmişdimki... Sevgi nədir bilmirdim... Ayla isə həmin sualın, cavabı olmuşdu...

"Nicat! Üstümə gəlmə... Mən sadecə sevirəm... Səndə Elvin kimi arxanı çevirəcəksən mənə? Məndən ona ziyan gəlməz. Hec olmaya siz məndən uzaq durmayın..."dedim başımı aşağı salıb. Az sonra çiynimdə bir əl hiss etdim. Başımı qaldırıb yanıma baxdıqda Rəhim məni qardaşcasına qucaqladı.

"Afərim sənə! Həmişə belə sevdiyin qızın arxasında dur! Mən həmişə sənin yanındayam. Onu necə sevdiyin sənin gözlərindən oxunur. Elvinlədə bu haqqda danışacam. Sizə haqqsızlıq etməsin..."dedi.

Rəhim yanımda mənə dəstək idi. Bəs Nicat necə? Ona baxdım. Məni başa düşməsini istəyirdim. Çox sey istəmirdim mən...
Yanıma gəlib məni Rəhimdən ayırıb oda məni qucaqladı. Amma qulağıma "Əgərki onu incitsən, ağlatsan qarşında məni görəcəksən" dedi.

Qəbul etmişdi...
Aylanında əşyalarını alıb Elvin gəlmədən evdən çıxmışdım. Bu gün harda qalcağımızı fikirləşirdim. Əslində Rəhim bir şeylər təklif etmişdi. Amma qəbul etmədim. Qürurumdan falan deyil, sadecə mənə görə Elvinlə aralarının pis olmasını istəmirdim. Elvinlə danışmaq istədiklərini bildirsələrdə, icazə vermədim. Bu onların işi deyildi...
Kirayə bir ev tapıb, ora yerləşməkdən başqa bir çarə yox idi. Sonra bəlkə clubları satıb bir ev alardım. Onsuzda daha clubun marağında deyildim. Ordan gələn pullarlada Aylanı yanımda hec saxlamaq istəmirdim. Mənim planımda Ayla yox idi... Mənim planımda belə gözəl bir gələcək yox idi. Amma indi isə planlarım dəyişilmişdi. Bütün günümü ev axtarmaqla keçirtmişdim. Ürəyimə yatan 2 ev var idi. Sabah Aylanı aparıb evləri onada göstərəcəkdim. Axşam düşdüyündən Aylanı götürmək üçün evlərinə tərəf yol aldım. O sırada telefonuma mesaj gəldi. Maşını bir kənarada saxlayıb telefona baxdım. Ayla yazmışdı.

"Hardasan? Məni gəl apar"

Mesajını oxuyarkən, belə üzüm gülürdü. Necə aşiq olmuşdumsa...

"Yoldayam, körpəm... Az qalmışam" yazaraq göndərdim. Mesaj mavi xət oldu. Yazmağa başladı yenidən.

"Tez gəl... Elvin burdadı anama atama hər seyi danışdı. Məni onlara vermə. Mən səni istəyirəm"

Mesajı oxuyar oxumaz üzümün siması dəyişdi. Elvin hec bir fürsətdi qaçırdımırdı...
Maşını sürətli sürüb Aylanın evinə gəldim. Qapını möhkəmcə döydükdə Günəş qapını açdı.

"Günəş, Aylanı gətir bura"dedim.

"Ayla daha səninlə hec bir yerə gedməyəcək!" dedi.

Bu deyişim ilə Aylanın uzaqdan gəldiyini gördüm. Günəşi itələyib "Atilla məni burdan apar"dedi.

Əlindən tutub onu özümə tərəf çəkib "Aparacam"dedim.

"Ayla sən hec yerə getməyəcəksən daha!" dedi atası. Aylaya baxdım. Əli hələdə əlimdə idi...
Elvin isə atasının arxasında dayanıb, mənə baxaraq gülürdü... Etmişdi edəcəyini...
Ayla "Ata mən Atilla ilə gedəcəm. Mən onunla qalacam. Yoxsa özümü öldürərəm!"dedi əlimi əlindən ayırıb onları təhtid edərək.
Yenə ölümdən danışırdı...
Yenə hər bir çətinlikdə ölümün arxasıyca qaçırdı...
Anası irəli gəlib "Qızım, bizi başa düş. Elvinin danışdıqlarından sonra biz səni necə qoyaq bu adamla getməyinə"dedi.

Nə danışmışdısa, mənim haqqımda...
Mən niyə susurdum?
Aylanı məndən ayırmaqlarına gözmü yumacaqdım?

"Elvin nə danışmısan mənim haqqımda?! Hər seyi Elvindən dinləyib, məni bir kənara ata bilmərsiz! Mənədə qulaq asacaqsız!"dedim

Elvin "Hər seyi məndən dinləyiblər! Qızlarını clubda saxlayacaqsan?!"dedi qışqıraraq.

"Mən onunla hər yerə gedərəm! Sən nə istəyirsən axı məndən?! Ailəmin başını doldurma!"deyərək Ayla Elvinin üstünə getdi.
Aylanın özündən çıxmasını istəmirdim. Hec kim Aylanı düşünmürdü...

"Körpəm, sən onsuz mənimlə gedəcəksən. Mən ev tapmışam..."

"Qızım səninlə getməyəcək! Onun 18 yaşı yoxdu. Qızımdan əl çək yoxsa polis çağıracam!" dedi atası.
Həyat, hər zaman belə çətin olmaq məcburiyyətində idi?!

Bölüm sonu

Müəllif:Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri