Ay parası (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 4 802
Səs ver:
(səs: 1)
(00:00 Son Dəqiqə...)

Maşını işə saldım. Gedəcəyim yer bəlli idi. Mesajı cavabsız qoydum...
Gözüm isə arxamızca gələn maşında idi...
Ayla səssiz qalmışdı. Hara gedəcəyimizi bilmirdi. Onu o evə necə aparacaqdım? Bilmədiyim bir seyi ona necə başa salacaqdım?
Beynimdən hec bir fikir keçmirdi...
Ürəyim niyə bu qədər sıxıntılı idi?
Dərin bir ah çəkdim... İlk əvvəl hər sey qaydasında idi. Hec bir problemimiz yox idi. Bəs indi nə dəyişmişdi?
Hisslər dəyişdikcə, hər şey çətinləşirdimi? Bu qədər çətin olmaq məcburiyyətində idimi?

"Bu yol bir yerə gedib çıxır. Biz hara gedirik?"

Aylanın bu sözü ilə düşüncələrimi beynimdən bir kənara atdım. Bir özüm bilsəm... Ora niyə getdiyimizi... Ətrafımızda nələrin döndüyünü...

"Ayla, geri qayıdırıq. Elvinin bizimlə danışacaqları var. Ona qulaq asmalıyıq"dedim.

Güzgüdən ona baxmağa başladım. Qaşların çatdı... Bilirəm, ora getmək istəmirdi. Amma bizim ora gedib hər seyi bilməyə haqqımız vardı.

"Elvin məni səndən ayırırdı. Sənsə onunla görüşməyə gedirsən? Mən hec yerə getmirəm..."dedi.

İnadı inad idi...

"Bizi bir maşın izləyir. Bu işin içində bir iş var. Məndə Elvinə çox maraqlı deyiləm. Amma onun dediklərinə qulaq asmalıyıq. Birgə gedirik, daha sonra birgədə çıxırıq o evdən"dedim.

Sözümü bitirdikdən sonra arxaya baxdı. Maşın hələdə bizi izləyirdi...
Öz gözləri ilə həqiqəti gördükdən sonra "Tez qayıdırıq amma..."dedi.

Evə gəlib çatmışdıq. Ayla isə əlimi möhkəmcəsinə tutub hec buraxmırdı. Nəydən qorxurdu bu qədər? Nicat ilə Rəhimində halı hal deyildi. Üzlərində məyus bir ifadə vardı. Bu yaxşıya işarət deyildi.

"Elvin daha nə qədər susacaqsan? Yazdığın mesaj nəyin nəsi idi? Bizi izləyən maşını hardan bilirsən?"dedim.

Rəhim əlini çiynimə atıb "Sakit ol, ilk əvvəl. Nicat səndə Aylanı yuxarı apar"dedi.

Ayla əlimi daha möhkəmcəsinə sıxmağa başlayıb "Mən Atinin yanında qalacam"dedi.

Elvin isə bir o başa birdə bu başa gedib gəlirdi. Başa düşdüm, yaxşı seylər eşitməyəcəkdim. Ayladan isə onsuzda hec nə gizlədə bilməzdim.

"Nə deyəcəksizə, Aylanın yanında deyin! Daha susmayın, bir sey deyin mənə!"dedim.

Başa düşdüyüm başqa bir sey, Elvinin Nicat ilə Rəhimədə həqiqəti indi açıqlaması olmuşdu. Yoxsa onlar bu vəziyyətdə ola bilməzdilər.
Elvin əli ilə boynunu sıxıb "İlk öncə bunu bilki, mən lənət bir dost deyiləm... Mən sadecə bu oyuna qurban getmiş biriyəm"dedi.

Sıxılırdım artıq mən! Biri burda nə baş verdiyini mənə deməli idi!

"Elvin uzatma daha! Necə varsa elədə hər seyi danış! Canım yansa belə!"deyib səsimi ona yüksəltdim.

Elvin "Atan... Hər seyin səbəbkarı, günahkarı atandı"deyib dayandı.
Yox...
Mən bu səhnənin ardını bilirdim...
Qurban gedən mən idim... Əlləri əllərimdə olan, yanımda oturmuş qıza baxdım. Onun hec bir günahı yox idi... Onun məsumluğu, öz dünyasını kirlədə bilməzdi...

"Atilla, günlərin bir günü idi. Atan məni yanına çağırdı. Aylanı bilirmiş. O qızı oğlumdan uzaq tut, oğlumun başına bir iş açma dedi. Qarşı çıxdım... İnan mənə qarşı çıxdım. Amma atan məni Aylanın yoxluğu ilə hədələdi. Atillaya bir sey desən Aylanı sizin yanınızdan uzaqlaşdırıram dedi. Məndə qorxdum... Ona bir sey edəcək deyə qorxdum. Sənə hec bir sey demədim. Yalan yox həqiqətən Aylanı səndən qısqandığım çox vaxtlar oldu. Amma mən bir cani deyiləm... O gün sizi evdən qovmaq üçün gecəyə qədər içdim. Ancaq içsəm sizi evdən qova bilərdim. Yoxsa başqa cür alınmazdı...
Düşündümki belə etsəm Ayla öz evlərinə qayıdar. Səndən uzaq olar... Atanda daha bunu görüb bizdən əl çəkər. Amma düşündüyüm kimi olmadı hec nə... Məni bağışla dostum..."dedi.

Eşitdiklərimin təsiri altına düşdüm.
Atam olacaq insan, edərdi bunları...
Edərdi, yəni...
Elvinin ona boyun əyməsini isə gözləmirdim...
Aylaya dönüb baxmağa cəsarətim çatmadı. Əlimi əlindən çəkmək istədim. Amma O, o biri əlini əlimin üstünə gətirib qoydum. Yavaşca ona baxmağa çalışdım. Göz qapaqlarını yumub, açdı.
Yanımda idi...
Başımı qaldırıb Elvinə baxdım. Ən az atam qədər onunda günahı vardı... Onun yalanlarına alət olmalı deyildi...

"Bunu əvvəldən deyə bilərdin! Sən evinə gətirdiyin qızı qorumaq gücünə sahib deyilsən?!"dedim.

"Sənin qorxu hissin yoxdumu adam?! Başa düş qorxdum! Mən Aylanı bu evə rahat yaşaması üçün gətirmişdim! Atanın əmrlərinə tabe olmasl üçün deyil!"deyə qışqırmağa başladı.

Haqqına danışmışdı...
Rəhim digər əlimdən tutub "Bunun öhdəsindın bərabər gələcəyik..."dedi.

Axı nəyin öhdəsindən gələcəkdik? Bu mübarizə mənim mübarizəm idi. Atamın yersiz qisas hissinə görə hec kim yaşadığı rahat həyatdan olmalı deyildi. İnsanda hec öz oğluna belə seylər edərmi? Hələ ya mən? Dost dediyim adamdan necə şühbə etdim? Bədbəxt biri idim...
Buna görə həyatıma kimisə salmırdım. Kimisə sevmirdim... Amma Ayla məndən icazəsiz həyatımada girmişdi, qəlbimədə... Aylaya dönüb baxdıqda üzündəki hüzunu görməmək mümkün deyildi. Özümdə güc toplayıb "Əllərimi burax..."dedim.
Tutmasın bu əllərdən, daha... Mən ona yaxşı gəlməyəcəkdim...
Ziyan olmamalı idi, mənimlə...

"Mən tutduğum əli hec vaxt buraxmayacam. Səndə əllərimdən möhkəm yapış"dedi.
Birdə, olan bitəni mənim gözümdən ona başa salmaq lazım idi. Məndən niyə əl çəkmirdi? Əl çəkmək istəmirdi...

"Ayla, mənim tutduğum əllər həmişə boş qaldı. Atam buna sübutdu... Sənində əlin boş qalmasın. Mən atamla olan söhbətimi həll etməliyəm!" deyib ayağa qalxdım. Əllərimi yenə burxamamışdı...

Nicat aramıza girməyə çalışıb "Atilla özünü ələ al! Dünyanın sonu deyil! Həll edəcik hər seyi!" dedi.

Əsəblərimə hakim ola bilməyib "Nəyi həll edəcik hə?! Nəyi?!"deyə qışırdım.
Mənə görə daha necə insan məhv olacaqdı?!
3 il əvvəl rahat bir həyatım vardı. Hamsı o iyrəncliyə göz yummadım deyəmi oldu?! Ayla "Getmə, məndən yalvarıram sənə"deyib başını sinəmə qoydu.
Qızı özünə öyrəşdir, sonrada ondan qopmağa çalış. Afərin! Həyatda bacardığım başqa bir sey yox idi... Qollarım niyə boş qalmışdı?
Onu qucaqlamaq varkən...
Yanımdakılara fikir vermədən onu qucaqladım.

Bütün gecəni qonaq otağında oturub düşünmüşdük. Atamın niyə belə etdiyi bəlli idi. Məni evə qaytaramaq istəyirdi. Onun dediyinin olması lazım idi. Amma olmayacaqdı... Onun qarşısına çıxacaqdım. Bir az vaxt lazım idi. Rəhim, hirslə hərəkət etməməyi clublarımı satdıqdan sonra atamla danışmaq lazım olduğunu demişdi. Hamıda bu fikiri bəyənmişdi. Bütün gecəni hərə bir divanda bir küncə sığışaraq yatmışdı. Ayla isə mənim yanımda idi. Bir birimizi qucaqlayıb eləcə yuxuya dalmışdıq. Açılan səhər ilə ayağa qalxmışdı hamı. Elvinlə əvvəlki tək ola bilməyəcəkdik... Evin içində bir birimizə baxmadan hərəkət edirdik. Bir ara Aylanın valideyinlərini evə çağırıb, onlara hər şeyi izah etmişdi. Bu günümüzdə beləcə keçmişdi... Gecə düşdüyündən Ayla yatmaq üçün otağa çıxmışdı. Məndə Nicatın məni güldürməyə çalışmasına görə yalanda da olsa gülümsünürdüm.
Rəhim ayağa qalxıb "Hey saat 1 - ə işləyib artıq durun ayağa sizdə. Yatmaq vaxtıdı"dedi.
Düz deyirdi. Oflaya - oflaya ayağa qalxıb qapını döyərək otağa keçdim. Aylanın sol tərəf üstə uzandığını gördüm. Yəqin, yatardı... Amma işıq yanırdı.

"Körpəm" deyib yanına gəldim. Gözləri bağlı idi. İşin qəribə tərəfi nəfəs alış verişini hiss etmirdim. Əlim ilə yavaşca çiyninə toxunub "Körpəm"dedim təkrarən. Amma yenə bir səs yox idi. Ayla bu qədər dərin yatmazki...
Çiyninə yenə toxunub onu üzü üstə çevirdim. Üzü üstə çevirməyim ilə qolları çarpıyadan çıxdı. Həyəcadan əllərim əsəməyə başlamışdı...
Əllərim əsə - əsə köynəyinin qolunu yuxarı edib hər iki biləklərinə baxdım. Bir çizik yox idi. Qulağımı dodaqlarına yaxınlaşdırdım. Nəfəs almırdı...

"Ayla ayıl, Ayla yalavarıram sənə gözünü ac" deyib onu sirkələməyə başladım.

Amma nafilə...
Nə gözünü açırdı, nə də nəfəs alırdı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri