Gülümsə Qadın (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 098
Səs ver:
(səs: 0)
(Gözəl'dən)

Hal hazırda, yemək masasının ardında idik. Həmdə, Ceyhunun ailəsigildə... Mənim üçün tez olsada, məni və qızımı ailəsi ilə tanış etdirdi. Ata və anasının məni bəyənib, mənə xoş rəftar göstərmələri utanmağıma səbəb olurdu. Nə yalan deyim, ilk gündən bu istiliyi səmimiliyi olardan gözləmirdim... Bəzi ailələr boşanmış, üstəlikdə yanında uşağı olan qadınları qəbul etməzdi... Kim subay oğluna mənim kimi gəlini layiq görərdi? Ceyhun, mənim üçün bu böyüklüyündə əngəli aradan qaldırmışdı. Qızımda, onları sevmişdi... Hər halından görünürdü... Masa arxasında şirin söhbətlər gedirdi, mən isə gülümsəməklə kifayətlənirdim. Valideyinlərinin başı, Mələk ilə söhbətə qarışdığından, Ceyhun mənə tərəf yaxınlaşıb, qulağıma "Sevgilimin, bu qədər utancaq biri olduğunu bilmirdim"deyə pıçaldadı. Gözlərimi ağardmağa başladım. Belə daha çox utanmama səbəb olurdu.

"Səndə hər fürsətdə, məni utandırmağa çalışma"deyərək qarışma baxdım. Bu sırada, qapılarının zəng səsi gəldi. Hər biri, bir birinin üzünə baxdı. Ceyhun "Ana bizdən başqa kimisə gözləyirdiz?" deyə dilləndi.
Anası "Yox oğlum, kimdisə çağırlmamış qonaqdı"deyərək qapını açmaq üçün ayağa qalxdı. Gələndən, Allah razı olsun...
Qapı açıldıqdan sonra qulağıma səslər gəlməyə başladı. İlk dəqiqədən birinin səsini, hardasa daha əvvəl eşitmiş kimi oldum. Ceyhuna baxdığımda, üz cizgilərinin düşdüyünü görməyim ilə, qonaq otağına daxil olan iki qadını görməyimdə bir oldu. Biri Ceyhunun ətrafında gəzən, Şəhla adlı qız idi. Digəri isə orta yaşlarında ona bənzəyən bir qadın idi. Yəqinki, anası idi... Bizi görər görməz üzündə olan gülüş dayandı. Qaşları anında havaya qalxdı. Onların nə işi vardiki burda? Yanındaki qadın "Qonağınız var imiş. Bilsəydik, zəng edib gələrdik"dedi. Adı üstündə məndə bir qonaq idim. Onlar kimi idim...

Ceyhun masanın üstündə duran əlimdən tutaraq "Vəsilə xala qonaq deyillər. Mənim gələcək həyat yoldaşım və qızımdı"dedi. Mənə bu qədər dəyər verdiyin hər saniyə niyə hiss etdirirdi? Adının Vəsilə olduğunu öyrəndiyim qadının gözləri anında, Nəzakət xanıma tərəf çevrildi. Onun nə deyəcəyi, mənə daha çox maraqlı idi

"Gözəl qızım, bizim gəlinimizdi artıq"dedi.

Üzümdə güllər açdığı dəqiq idi. Üzümdəki gülüşüdə hec gizlətməyəcəkdim. Şəhlanın düşən üzünü görmək daha yaxşı idi. Hələdə ayaq üstə qaldıqlarını gördüm. Mənim kim olduğumu soruşmaqdan, oturmağa fürsət tapmamışlardı. Üzlərində gördüyüm ifadəni, Rasim bəydə gördüyü üçün "Ayaqda qaldız, keçin oturun. Sizdə bizə qoşulun"dedi.

Çəkinərəkdə olsalar, masa ətrafına keçib otura bildilər. Mələkdə biz olduğumuz sıraya keçərək, Ceyhunun yanında oturdu. Şəhlanın gözü mənim üstümdə idi. Mənə öldürəcəkmiş, baxırdı. Planları alt - üst olmuşdu... Görünən o idiki, biz burdan getdikdən sonra öz aralarında qiyamət qopacaqdı. Böyüklər ayağa qalxmağa başladıqda, Mələkdə onlarla bir ayağa qalxdı. Masada hər üçümüz qaldıqda, Ceyhun mən tərəfə daha çox yanaşıb "Şəhla, yolun sonuna gəldin... Bunu qəbullanmalısan... Mənim gözüm yanımda oturan qadından, başqasını görmür. Bu sona qədərdə, hər zaman belə qalacaq"dedi.
Məni sahiblənməsini, hər seydən daha çox sevirdim. İnsana xüsusi biri olduğunu, hiss etdirməyi bacarırdı.

"Hər seyi edən anam idi, anan idi... İndi onlar bir kənara çəkilib qalıb. Məndə sizin xoşbəxtliyinizə baxıram. Səni mənim beynimin içinə yerləşdirən onlar idi. Onlarda beynimdən çıxardıb, atmalıdırlar. Hər sey çox fərqli ola bilərdi. Gözəli sevdiyin qədər mənidə sevə bilərdin... Bizi bir araya tez gətirməyə çalışsaydılar, yanında indi mən oturacaqdım"dedi.

Arsızılığın bu qədəri... Qəbullanmalı idi. Başqa yolu yox idi. Uşaqca olan oyunlar ilədə bizi bir birimizdən ayıra bilməzdi. Ceyhunun bir cavab verməsini gözləmədən, özüm araya girdim
"Sevməyən insanı hec nəyə məcbur etmək olmaz. Bir insana israrla məni, sev deyə bilmərsən... Sizi bir araya daha əvvəldə gətirsəydilər, belə Ceyhun səni sevməzdi. Bilirsənmi niyə?"dedim. Eləcə dodaqları açıq vəziyyətdə qalmağa başladı. Sualım onun tərəfindən cavabsız qaldığında, Ceyhun ayağa qalxıb mənidə ayağa qaldırdı. İrəli addım atmamış "Çünki, seviləsi bir yanın yoxdu. Qəlbin kinlə küdurətlə doludu. Gözlərin Gözəlin gözləri qədər, mavi baxmır... Sacların Gözəlin sacları qədər, günəş kimi parıldamır... Bir mələyə sahib deyilsən... Bizdən nə indi, nə də daha əvvəl bir sey olmazdı. Bir dəfəki görüşümüzdə, toyumuzda görüşərik"deyərək onu orda tək qoyduq. Gələn dəfəki, görüş toyumuz imiş...

Evə gəlib çatdıqda dərin bir oh çəkdim. Mələk yatdığı üçün, Ceyhun onu yenə evə qədər qucağında gətirmişdi. Divanın bir küncündə oturub məni gözləyirdi. Mələyin otağından çıxıb yanına gələrək oturdum. Üzündəki gülümsəmə ifadəsi silinmirdi... Xoşəbəxt olduğu üçün ola bilərdimi? Məni çox xoşbəxt etidiyi üçündə, ola bilərdi... Qorxumu bir kənara atıb, ona 'Hə' dediyim üçün indi çox xoşbəxt idim. Sakitcə yanına daha yaxınlaşdıqda, məni qollarının arasına aldı. Başımı sinəsinə yaslayarkən, digər əli ilə saclarımla oynamağa başlayıb, alın hissələrimdən öpməyə başladı. Öpüşünü yarıda kəsib "Sevgilim, bu gün onların ora gələcəyindən hec birimizin xəbəri yox idi. Yenədə bu pis görüş adına, üzr istəyirəm səndən"dedi

"Əksinə, mənim çox xoşuma gəldi. İkimiz birləşib ona yerini və həddini bildirdik. Mən ailənidə tanımış oldum. Məncə o qədərdə pis deyildi"

"Mən nə vaxt tanış olacam bəs ailən ilə?"

"Mənim ailəm Moskvada yaşayır. Zamanı gəldikdə tanış olarsan onlarla. Niyə tələsiriyki?"

"Bu tələsmək deyilki... Mən sizdən ayrı qalmaq istəmirəm. Rahatca demək istəyirəmki sən mənim həyat yoldaşmısan, Mələkdə qızımdı" deyib burnumun üstünə kicik öpücük qondurdu.

"Ceyhun, ancaq belə xoş danışacayıq? Söz söhbətimiz olmayacaq?"dedim evlilik məsələsində olan fikirini dağıtmaq üçün.

"Sən mənim fikirimi dağıtmaq istəyirsən hə?" dedikdə onun qollarının arasından çıxdım. Necədə, məni tanıyırdı... Dəqiq, ağıl oxuyurdu

"Sən suallarıma cavab ver hələ mənim!"

"Nə söz, nə söhbət? Mən elə sey yaratmaram aramazıda. Bəzi hallarda ola bilər. Qısqanlıq damarlarım tutanda. Oda olan sey deyil məncə"

"Qısqanclıqda olası, deyil. Elə seylər mənim özümədə tərsdi"

"Tək səni deyil, Mələyidə qısqana bilərəm. Onu paylaşmağı hec sevmirəm"

Bu sözünə gülməmək üçün özümü güclə tutdum. Demək Mələyidə qısqanarmış. Ağılıma gələn ani fikir ilə "Sabah bilirsən bazardı. Mələkdə binanın arxasında olan parka getmək istəyirdi. Onu sabah sən apara bilərsən?"dedim.

"Həə həmdə sevə - sevə apararam. Sabah Mələk mənimdi onda"dedi. Sevincinə gülərək şərik oldum. Amma ilk gündən Mələyi qısqanacaqdı. Bu da mənə böyük zövq verəcəkdi

Ceyhun'un dilindən davam

Mələyi parka aparmaq üçün, evdən aşağı düşüb qaplarının zəngini basdım. Azda olsa məndə həyəcan vardı. Çünki, ilk dəfə idi baş - başa Mələyi parka mən aparacaqdım. Son günlər, həyatımda hər sey çox gözəl gedirdi. Saclarımı düzəltməyə başladıqda, qapı açıldı. Gözəlin gülər üzünü görmək, mənidə gülümsətdi.

"Xoş gördüm, sevgilim" dedikdə qəribə olmadım deyil. İlk dəfə idi mənə, gülər üzü və öz istəyi ilə sevgilim deyirdi.

"Baxıramda məni görüncə, üzündə güllər açmağa başladı. Amma mən bu gün sənin üçün deyil, Mələk üçün gəlmişəm" dedim

"Mələk saclarını darayır, indi harda olsa gələr. Sən qapıda qalma içəri keç hələlik"dedi

Dediyini edib içəri keçərək, qapının yanında Mələyin gəlməsini gözlədim. Saclarınıda qulluq etməyi, nə çox sevirdi..

"Gözəl, hava onsuz soyuq təhərdi başına bir papaq qoysa daha yaxşı olar məncə"

"Papaq qoyacaq, ancaq sacları gözəl olsun deyə hörmüşdü. Darayıb açıq qoyaraq, papağını qoyacaqki daha gözəl olsun"

"Görəndə deyər, harasa gedirik. Altı üstü evin kənarında olan parka gedirikdə, bu nə bəzənib düzənməklərdi?"

"Nədi? Olmaya qısqandın Mələyi?"

"Yox nə qısqanmaq. Mən hara, qısqanmaq hara. Öyrəşəcəm bu hallarına"deyib keçişdirməyə çalışdım bu vəziyyətimizi. Balaca uşağım nəyin qısqanımki? Mələy əlindəki papaq ilə yanımıza gəldikdə ona baxdım. Saclarını hörüb açdığından, dalğalı buruq idi. Saclarının uzunluğu nədənsə gözümə batmışdı... Məni qucaqlayıb öpdükdən sonra, papağı başına qoyması üçün mənə uzatdı. Saclarını geri itələyərək papağı başına qoyduqdan sonra "Mələyim, sənin sacların çox uzundu. Bəlkə saclarını kəsdirək"dedim. Dodaqlarını büzməyə başlayıb, saclarına toxundu

"Yox onları çox sevirəm mən. Tez ol, indi gedək parka"dedi

Gözəl gülərək "Sizə parkda xoş əyləncələr" deyib qapını açdı. Bu nə qaça - qaç idi?
"Gedək görək başımıza nə gəlir" deyərək Mələyin əlindən tutub evdən çölə çıxdıq. Bir balaca qız uşağı ilə bərabər tək başına parka getməkmi? Ata olmaq yolunda uğurlu addımlayırdım, deyəsən...

İndi nə edirdik? Sizədə maraqlı olar, hər halda
Hec nə...
Əsəbimdən dodaqlarımı bir birinə basdıraraq dişləyirdim. Mələk parka girər girməz Hüseyn adında olan balaca bir oğlanla oynamağa başlamışdı. Hüseynə balaca deməyimədə baxmayın, Mələkdən 2 yaş böyük idi. Həmdə, Mələkdən xoşu gəlirmiş... Düşünə bilirsiz? Balaca uşağın, balaca qızdan xoşu gəlir. İndiki uşaqlar niyə belə idi?! Oturduğum skamekadan Mələyin sürüşgənə minib, sürüşməyini izləyirdim. Yanında həmin O balaca uşaq vardı. 1 saatdan çox burda olduğumuz üçün, özüm özümə haqq verib Mələyi səslədim.

"Mələyim, gec oldu gəl gedək daha" dedim

Mələk yanıma gəlməmiş, Hüseyn yanıma qaçıb gəldi.

"Ceyhun əmi birazda qalında. Mələklə hələ oyun oynayacağıq biz"dedi

"Ağıllı Hüseyn bala, oyununuzu sonra oynayarsız bizi indi evə getməliyik" dedim

Mələkdə yanıma gəldikdə "Ceyhun tezdi axı hələ. Mən Hüseynlə bir azda oynayacam" dedi.
Yox dəqiq bu qız, bu gün mənim axrıma çıxacaqdı. İkisi birləşib, üstümə hücum çəkmişdilər.

"Mələyim başqa dostların yoxdu? Ged onlarlada oyna. Bax o tərəfdə nə qədər qız var" deyərək əlimi balaca qız uşaqları olan tərəfə uzatdım. Yapışıb qalmışdı, bu Hüseyndən...

Balaca Hüseyn "Ceyhun əmi biz həmişə Mələklə bir oynayırıq. Həmdə mən onu çox istəyirəm. Gör nə qəsəy gözləri var. Saclarıda upuzundu" dediyində gözlərim kəlləmə çıxdı. Qəsəy gözləri, uzun sacları var hə? Bu balacalar bu kəlimələri hardan öyrənirdi axı? Bir az sevəcan olmağa çalışıb, süni təbəssümü işə salaraq "Bax son 10 dəqiqəniz var. 10 dəqiqədən sonra biz gedirik. Sənsə gedib başqa qızları istəyərsən"dedim. Nədənsə, balaca uşağa qarşı əsəbləşmişdim. Və bunun bir qısqanclıq olmağını qəbul etmək hec istəmirdim...

Onlar yanımdan ayrıldıqdan sonra gözüm hələdə üstlərində qalmışdı. Üzümü asıb, eləcə onlara baxırdım. Bir sözlə qab qabağım yerlə gedirdi. Gözəl bilərək, məni bu parka göndərmişdi... Evə gedəndə ilk ondan hesabat soruşacaqdım. Mələk, Hüseyni görər görməz yadından çıxdım mən... Gözümü onlardan çəkər çəkməz yan tərəfimdə gənc bir qız gördüm.
"İcazə olar burda oturum?"dedikdə, "Olar" deyib təkrar Mələyə baxdım. Mələyə olan baxışımı qızın, "Mən bacım qızını gətirmişəm bu parka. Siz kimi gətirmisiz?"deyişi pozdu. Mənimlə danışmağa çalışırdı?
Uzatmadan qısa kəsib atmaq istədiyim üçün "Qızımı gətirmişəm" dedim

"Bağışlayın... Çox gənc göründüzdə..." dedi
Hə, də hə... Qıza cavab vermədikdə, bu dəfə Mələyin baxışları məni tapdı. Uzaqda olan baxışlarının necə qatılaşdığını burdan bura görə bilirdim. Və də bu mənə çox xoş gəlmişdi. Hüseyni orda qoyub, qaçaraq yanıma gəldikdə ayağa qalxdım. Deyəsən, getməyin vaxtı idi.
Əlimdən tutub "Gedək daha..." dedi. Əlimi əlindən çəkib onu qucağıma aldım. Məni paylaşmağı sevmirdi... Məndə onu paylaşmağı sevmirdim... Aramızda olan ata - qız bağı gün gecdikcə daha çox artırdı. Üzünə möhkəm öpüş qondurub, parkdan çıxdıq.

Evə gəldikdə divanda oturub dizlərimi titrədirdim. Mələk yanımızda idi deyə, Gözələ hec nə deyə bilməmişdim. Mələyin getməsini gözləyirdim. Mələk nahayətində yanımızdan durub otağına gedər gedməz Gözələ tərəf çevrildim

"Bilirdin hə? O parkda Hüseynin olduğunu bilirdin?!"

"Həə bilirdim... Burda nə varki? Sən onsuzda qısqanc biri deyilsənki"

"Bu qısqanclıq deyil. 6 yaşlı uşaq istəməyin nə olduğunu bilmədiyi halda dilinə bu sözü necə gətirir? Bu uşağın valideyini hara baxır?!"

"O yaşda olan uşaqların, hamısında bu hal baş verir. Sən boş yerə əsəbisən indi. Bir az rahat ol"

"Ola bilmirəm. Balaca olmağına falan baxma. Çoxbilmiş uşağa oxşayırdı. Elə bil başqa istəyəcək qız yoxdu. Mələkdə sacların onun üçüb açıq qoyurmuş hə?"

"Sən indidən beləsənsə, bu qız böyüdükdə yanına bir oğlanın yaxınlaşmasına icazə verməyəcəksənki"deyərək gülməyə başladı. Ona xoş gəlmişdi bu halım. Mən isə hec gülmürdüm

"Mən onu çox sevirəm. Onunda sona qədər məni sevməsini istəyirəm. Mənim ilk övladım Mələkdi. Qız atası olmaq, asand bir iş deyil... Oğlan uşağına uzağı bir maşın alarsan, sakit dayanar. Qız uşağına sahib olduqda, min cür kuklada alsan bəs etməz. Yeri gələr nağıl qəhrmanı olarsan, yeridə gələr onun ən yaxın padruqası olarsan... Buna qısqanmaq falan deyirənsə, hə qısqandım onu. Atalar qızlarını qısqana bilməzlərki?"dedim

"Sənin kimi atalar var olduqca, qızlar üçün həyat daha çox gözəlləşəcək. Nə yaxşıki, qızımın atası sən oldun... Qızıma atalıq etməyi bacardın... Səni çox sevirəm" dedi

Deməsi ilə qollarını boynuma sarıb, məni qucaqlaması bir oldu. Sahib olduğum, ən dəyərli varlıqlarım...

Bölüm sonu

Müəllif: Goncha

Ps. Finala son 1 bölüm
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 098
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri