Yaz Əfsanəsi (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 419
Səs ver:
(səs: 0)
Mən ona baxarkən, oda mənə baxırdı. Məsafəmiz çox yaxın idi... Gözlərinə daha çox baxmağı kəsib ayağa qalxıb "Səənn... Sənnn"dedim sözümün ardın gətirə bilməyib. Niyə dilim bir söz tutmurdu? Oda ayağa qalxaraq gözlərinin önünə düşən gur saclarını yuxarı doğru yasladı. Daha sonra üzünü təbəssüm boyadı.

"Sözünün ardın de... Mən nə? Çox yaraşıqlıyam hə?"


Özünü bəyənmişin biri daha... Amma özünü bəyənməməsi üçün bir səbəbdə yox idi. Bu yaraşıqlılıq və ona aid olan bir çox xüsusiyyətlərə görə bu qədər özgüvünənin olması onun üçün normal idi.


"Sən bütün günü mənə zəhər etdin! Məndə axmaq kimi sənə inandım!"dedim əsəbl

Mən niyə inanmışdım axı?!

"Sadəlövsən sən? Mən əslində inanmayacağımı sanmışdım. Amma görünən oduki sən inanmağa dünəndən hazır imişsən"

Biz nəyin söhbətin aparırdıq? Bircə günüm qalmışdı... Oda sabah idi... Bu istirahət mənə hec yaramamışdı... Mən bunları düşünərkən Raufun telefonuna zəng gəldi. Telefonu açıb qarşı tərəfi dinlədikdən sonra "Gəlirəm indi"dedi. Olduqca təlaşlı görsənirdi."Nəsə olub?"dedim dayana bilməyib soruşaraq

"Yeni baxıcıdı... Selcanın qızdırması qalxıb mən getsəm yaxşı olacaq"dedi. İndi anlaşılmışdı təlaşının səbəbi. Balaca qızımız qızdırmışdı.
"Bir seyə ehtiyyac var? İstəyirsən məndə səninlə gəlim?" dedim az öncə yaşanmışları unudaraq.Qəbul edəcəyini düşünmürdüm amma. Başında baxıcısı və özü varkən mənə nə ehtiyyac olardı?

"Gələ bilərsən. Çünki Selcana bir sey olanda məndə özümdə olmuram"dedi və getmək üçün addım atdı. Məndə otaqdan çıxaraq onun arxasıyca getməyə başladım. Qorxusun hiss edə bilirdim... Əlində qalan yeganə varlığı O olduğundan onun üstündə əsdiyi acıq askar görsənirdi. Bura gəlməklə Raufu və Selcanı tanımışdım... Bu istirahətin mənə yaramadığını demişdim. Amma yanılmışam... Yaramışdı mənə... Raufu və Selcanı tanıdığım üçün... Otağa keçdikdə, Selcanı yataqda uzanan orta yaşında olan baxıcını isə baş ucunda gördüm. Rauf Selcana yaxınlaşıb "Mələyim mənim..."deyib əlini alınına qoydu. Daha sonra dodaqlarınıda alınına yaxınlaşdırıb istisin ölçməyə başladı. Selcanın isə halı özündə deyildi.

"Siz gedə bilərsiz mənim özüm həll edəcəm"dedi baxıcıya hec baxmayıb. Mənsə baxıcıya gülümsəməyə çalışıb otağın qapısına qədər onunla irəllədim. Yenidən Raufun yanına gəldiyimdə Selcanın köynəyin çıxardırdı "Sənin birdən birə niyə qızdırman qalxıb axı gözəlim... Bəlkədə o gün itəndə soyuq olub... Hamsı mənim günahımdı!"deyib özünü danlayırdı.
Otaqda sanki tək idi mənidə görmürdü... Məndə yatacağa yaxınlaşıb boş qalan yerə oturub "Özünü günahkar sayma bu ayda uşaqların çoxunda bu hal baş verir" dedim onu təsəlli etməyə çalışaraq. Mənə baxıb bir sey demədən ayağa qalxıb divrarın bir küncədə qalmış sport çantalarına baxmağa başladı. Mən isə Selcanın əlin tutmuşdum. Qızdırmadan gözləri yaşarmışdı. Çatanın içindən içmə və adi dərmanlar çıxartdı. Birdə termometri əlinə alaraq Selcanın dodaqlarının arasına qoydu. Qızdırma 38/i keçmişdi. İçizdirmə dərmanını içizdirib sacları ilə oynamağa başladı. Bir ata yalnızca bu qədər gözəl sevə bilərdi öz qızını... Selcan çox şanslı idi məncə... Hələdə inanmış deyildim amma... Bu görnüşün altında, bu cür ürəyə sahib olduğunu... Gecə boyu Selcanın qızdırmasın ölcüb durmuşdu mən isə səssizcə onu izləyirdim. Selcana qarşı olan qayğısı, məni özünə kilitləmişdi... Bu arada Selcanın qızdırmasıda düşmüşdü. Saat 2 - ni keçmişdi... Getsəydim yaxşı olacaqdı... Amma getmək istəmirdim...

"Mənə görə yuxsuz qalma sən... Selcanın yanına uzanıb yata bilərsən"dedi səsini düz tutmağa çalışaraq. Amma titrəyirdi səsi... Çox qorxurdu... Onun bu qorxusunu başa düşmək olardı...

"Bəs sən?"dedim

Yatacaqdan enib "Mən belə olanda yata bilmirəm. Sən rahat yat"dedi.
Daha çox üstünə getmədən Selcanın yanına uzanıb gözlərimi yumdum. Öz otağımada gedə bilərdim... Niyə getmədim? Selcandan gələn o xoş uşaq qoxusu üzümü gülümsətməyə səbəb oldu. Qarışıq gül qoxusu qoxurdu... Gözümü yarı acdıqda Selcana hələdə heyranlıqla baxan Raufu gördüm. Yatmayacaqdı... Bütün gecəni başında gözləyəcəkdi... Gözlərimi yumub indiki bu məzərəni düşdüm bir az. Həm üzgün bir vəziyyət idi həm də sevincli... Özümü yuxuya təslim etmişdim artıq. Gözlərimi açanda burda olduğumu və yatdığımı unutmuşdum sanki. Yanımda şirin yatan Selcanı görüb gülümsündüm. Daha sonra başını yatacağa yaslayıb, Selcanın bir əlindən tutub yatıb qalmış Raufu gördüm. Ayağa qalxıb yavaşca çiyninə toxunub "Rauf... Rauf"dedim onu oyatmağa çalışaraq. Gözlərini açdıqda ilk olaraq "Selcan... Selcan yaxşıdı?"dedi və Selcanın yatdığını gördükdə dərindən 'oh' çəkdi.


"O yaxşıdı... Səndə onun yanına uzanıb yatsan yaxşı olacaq. Məndə artıq öz otağıma gedirəm"dedim

Yuxulu halı ilə ayağa qalxıb bir sey demedən Selcanın yanına uzanıb onu qucaqlayaraq gözlərini yumdu. Mənsə hələdə onları izləyirdim. Necə məsum və saf ikili idilər. Özümə hakim ola bilməyib telefonun camrasına girərək onların şəkilini çəkdim. Bu an ölümsüz olmalı idi... Bəlkədə bir gün "Ata qız" lahiyəsində onlara yer verəcəkdim. Onlara daha çox baxmağı kəsib otaqdan çıxdım. Ağlımdan yalnız bu günümün Son günü olması vardı... Birdə...

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri