Bir arzu tut (3-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 129
Səs ver:
(səs: 3)
..başına qoyduğu papağı, əyninə bol gələn şalvarı və gen köynəyi ilə Castin illərdir əzbər tanıdığı insanların baxışının bu gün necə fərqli olduğunu yavaş yavaş hiss edirdi. Eyni paltarları kişi halı ilə geyindiyi zaman insanların necə vecsiz halda yanından keçdiklərini xatırladıqca, indi həmin insanların, hətta ən vicdanlı, ailə başcısı zənn etdiyi kişilərin belə dodaqlarını yalayıb fit çaldıqlarını, söz atdıqlarını görəndə Castin, əvvəlki həyatında yanından keçərkən diqqətlə baxdığı, bəzən pıçıltılı sözləri ilə narahat etdiyi bütün qadınları xatırlayıb utandı. İlahi! Sahib olduğun bədənin digər insanların göz həbsxanasında olması, heç keçməyən qorxu və narahatlıq hissi, hər dəqiqə bir təhlükə gələcəkmiş kimi özünü qorumağa çalışmaq necə ağır və yorucu imiş! Üstəlik, hələ ,ən az cəlb edən bu üstdən tökülən paltarlar içində.. Castin hər zaman yumurta və şokolad aldığı 70 - 72 yaşlarındaki Mark dayının mağazasının önündən keçərkən hətta onun belə Castinin sahib olduğu vücudu necə başdan ayağa süzdüyünü görəndə heyrətini gizləyə bilmədi. Sonra addımını biraz yavaşladıb düşündü "niyə təəccüblənirsən ki, axmaq? Hətta atan belə..Zibil, zibil !!!!!!" Bu lənətdən necə qurtulacağam ilahi, nə vaxt bitəcək bu kabus! Saat 12: 58 i göstərərkən Castin nigahın qıyılacağı kilsənin uzun, dəmir qapıları önündə dayandı. Hələ heç kəs yox idi. Böyük ehtimalla onu bu haalda içəri ya buraxmayacaqdılar, ya da sözlərinə etimad etməyəcəkdilər. "Paltar..Paltar almaq lazımdır!"
"Şarm" mağazasından çıxarkən Castin yeni aldığı paltarına heç uymayan yastı daban ayaqqabılarında gəzərkən dostlarına nə deyəcəyini, özünü necə inandıracağını düşündü. Mağazanın bir az solunda qoyulmuş skamyada oturub fikirlərində var gəl edərkən avtomobilini yolun ortasında saxlayan sürücünün əslində onun havada uçuşan ətəyindən görünən qılçalarına baxdığının fərqinə vardı.
- Hah! Tanrım, niyə kişiləri bu qədər meymun iştahlı yaratmısan?!
- Hey, gözəllik, gedəcəyin yerə qədər aparım?
Castin gözləri fal daşı kimi açılan bu insanlıqdan kənar məxluqun sulanan ağzını gördükcə ağlında bu günə qədər öyrəndiyi hansı söyüşün tam olaraq vəziyyətə uyğun olacağını düşündü. Tam ağzını açıb ürəyini boşaltmaq istəyərkən kilsənin önündə dayanan üç dörd maşın diqqətini yayındırdı. Tez ayağa qalxıb yolu keçməyə hazırlaşarkən başını avtomobilin şüşəsindən çıxarıb Castinin arxasınca boylanan sürücüyə orta barmağı ilə əlvida deməyi unutmadı.
Demi , narazı şəkildə əlini Benjaminə uzatdı. Hər halından bəlli idi ki, gecikmə mövzusu və dünən axşamdan bəri xəbər ala bilməmək onun heç xoşuna gəlməmişdi. Cazibədarlığı və ürkək, çəkingən hərətəkləri ilə Aleksin diqqətini çəkən Castin , yəni, yeni vücudu ilə Jasmin bir an əvvəl öz dərdinə çarə tapmaq üçün yollar fikirləşirdi. "Voooouuu" səsləri ilə bəylə gəlin kilsə qapılarından içəri daxil oldu. Jasmin himcimlə Aleksi səsləməyə çalışsa da Aleks Benjaminin düz yanınca irəliləyərək axına qarışdı.

Müəllif: Məsudə Cabbar
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 3 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri