Əvəzolunmaz (3-cü bölüm)

Şərhlər: 3
Baxılıb: 6 791
Səs ver:
(səs: 1)
Bilirsən Rəsul o sənə uyğun qız deyil
-necə yəni?süzücü baxışlar ilə Nəzrinə baxır diqqətli dinləyənlər kimi.
-Səbinə bəlkə səndə ağzını açıb bir kəlmə deyəsən?Nəzrin onu qolu ilə dümsükləyir
-qaqaş Şəbnur sənə yaraşmır.Bir sözlə yaxşı biri deyil.Bizim patok yoldaşımızın sevgilisidi-Səbinə sözünü bitirməmiş Nəzrin danışır-doğru deyir Səbinə.Seymur ilə sevgilidilər.Seymur özü dedi mənə
-bəlkə o,oğlan yəni Seymur yalan deyir?gözünüz ilə görmüsünüzki onları.?
-mən görmüşəm onları birliktə parkda -Nəzrin tez dillənir-Seymurdan soruşdum danışdı hər şeyi.Mənə dediki o qızdan uzaq gəzim..Sonuncu cümləsinə Rəsulun qaşları çatılır.-inandın bizə?
-siz qarışmayın bu işə deyib-əsəb ilə otaqdan çıxır
-Səbinə buna nə oldu?xətrinə dəydik diyəsən Şəbnur haqqda danışmaqla
- fikir vermə.Bizdən demək.Amma məndə mən isəm Rəsul o qızla evlənməyəcək.

Adil və Mahir kişi biraz söhbət edib masaya otururlar.Qızlarda gəlib oturmuşdularki qapı döyülür.Səbinə qapını açanda Cahangir ilə göz gözə gəlirlər.2saniyəlik göz qovuşmasında Cahangir özünə gələrək ciddi görkəm alıb otağa girir.
-o qardaşım xoş gəldin.Rəsul otağından çıxıb Cahangirlə görüşür..
-.Nəzrin deməsə,gəldiyini bilməyəcəm .Cahangirdə onunla görüşüb masaya otururlar..Rəsulun yanında Səbinə,Cahangirin yanında isə Nəzrin oturur.
-Gülər Zümrüd niyə gəlmədi?-Minirə xanım yeməyi süfrəyə qoyaraq danışırdı
-Zümrüdə keçdi indidə xəstəlik.-Gülər xanımda Minirə xanıma kömək edib yeməyi çəkirdi qablara
-Nəzrin sən hamını evdə xəstə etməmiş əl çəkmərsən
-kişmiş xanım mən xəstəliyi tapmıramki o məni tapır-gözlərinisüzüb yeməyini yeyir.Onların belə şirin danışıqlarına hamı gülüşür.
-Minirə rumkaları gətir oğlumun şərəfinə vuracam bu gecə.
-yox Adil olmaz.Həkim qadağan edibdir sənə.
-ay qız həkimə qalsaq acından ölməliyik..Minirə xanım daha heç bir söz deməyib içkini gətirir.Cahangir ilə Rəsul atalarının yanında içmək istəməsələrdə-götürün oğlum bu dəfəlik icazə var içməyə bizlə-Adil bəy onlarada içki süzür.Ailədə görülən tərbiyəyə görə Rəsul və Cahangir atalarının yanında içməzdilər.Bu onlar üçün ədəbsizlik idi.Böyüyün yanında uşağın nə həddinə içmək.Amma arada iki dost məclislərdə və ya dost tanışla qonaqlıqlarda içərdilər.Təbii ki ataları yanında olmayanda..Adil bəy rumkasını əlinə alıb tostunu deməyə başlayır-Mahir bu günümüzə şükür.Allah pis gün göstərməsin..
M-Amin Adil..Amin.
A-inşaAllah tezliklə balalarımızın xoş günlərini görərik.Səbinə ilə Nəzrinin başı yeməyə qarışdığından çoxda diqqətlə dinləmirdilər..
A-görək bizimkilərdən hansını evləndirə bilirik-gülərək Rəsula baxır.
R-ata inşaAllah yaxın zamanda sevinərsiniz..Cahangir ona baxaraq"nə xəbərdi?”deyə səssiz soruşur.Rəsul gülərək ona göz vurub atasına baxır.
A-inşaAllah ay Rəsul,nə deyirəmki,təki xoşbəxt olacağın birini tapasan..
S-hə tapar,tapar bu ağıllı.Gözünün önündə nəyin nə olduğunu anlamayandan sonra tapmağa nə varki.Yeməyini yeyərək sakit dediyini düşünmüşdü ki başını qaldıranda Rəsul,Cahangir və Nəzrinin ona baxıb güldüyünü görür.-siz niyə gülürsüz?
R-cücə ağlınla çox danışırsan-ona tərəf əyilib deyir.
N-o dilinə yiyə çıxa bilmirsəndə Səbiş-gülərək yeməyinə davam edir.Anlamayaraq onlara baxır.Sonra qaşlarını çataraq Rəsula baxıb-sənin ağılınıda görürəm.!..
M-Gülər sizdə toy nə vaxtdı?Minirə Cahangirə işarə edib gülümsəyir
G-bilinmir vaAllah ay Minirə..kimi göstərirəm razı olmur..Nəzrin söhbəti eşidib qoşulur-qaqaşıma özüm qız tapacam-deyib Cahangirin yanağından öpür.
C-üzümü yemək elədin..Salfəti götürüb üzünü silir..
N- mən öpürəm.onun hərəkətinə bax.Səbinəyə baxıb danışır.
C-məndə sənin üzünü yemək eləsəm necə olar Nəzrin xanım?
N-öpmə istəmirəm..Başını aşağı salıb dolur..Səbinə buna görə Cahangirə hirslənir..Cahangir bacıdını halını görüb gülümsəyərək qucaqlayır.Saçından öpür-mənim bacım nə qədər istəsə öpə bilər.Ancaq ona icazə verərəm.Nəzrin onun xasiyyətinə bələd idi.Bilirdi ki Cahangirin öpülməkdən xoşu gəlmirdi.
N-hə ancaq mən öpə bilərəm..
R-Nazrin bəs sevgilisi öpməsin?Gülərək onlara baxır.
N-yox olmaz..Onsuz Cahangirin öpülməkdən xoşu gəlmir bilirəm.
R-sənə Allah indidən kömək olsun qardaşım.Evlənəndə necə yola verəcəksən onları?.Cahangir göz ucu Səbinəyə baxıb heçnə demir.Beləcə deyə gülə gecəni başa vururlar..
********************************************
Səhər Nazrinlə bərabər dərslərinə gedib yarı həvəsli,yarı həvəssiz oturub mühazirələrini yazırdılar.Nəzrin pəncərə tərəfdə oturmusdu..Yazı yazmaqdan yorulduğundan dəftərdən başını qaldırıb pəncərədən baxanda həyətdə Rəsulu görür.Müəllim onun pəncərədən baxdığını görüb səsləyərək qısa məzəmmət edib önünə döndürür.Nəzrin Rəsulun bura niyə gəldiyini düşünüb yenidən pəncərədən baxanda onu görmür.Nə isə düşünüb çiyinlərini çəkib yazısını yazırdıki Səbinənin onu dümsükləyir.
-ay qız nə olub?
-heç nə..-demişdi ki müəllim Nəzrini səsləyir
-Nəzrin bu gün sənə nə olub sakitliyi pozursan..Müəllimin sözünə bütün uşaqların gözü Nəzrinə çevrilir.Utandığından bir kəlmə belə müəllimə söz deyə bilməyib başını aşağı əyir..Elə bu vaxt zəng vurulur,tələbələr kolidora axışırlar.Nəzrin arxaya söykənərək oturacaqdan biraz qabağa sürşür.Belə etməklə özünü gizlədirdi guya.Səbinə əlindəki qələmi onun üstünə atır
-heey.Nəzriiin
-Nədi?Bezgin halda cavab verir
-nə olub?
-heç məndə bilmirəm Səbinə.-yerindən qalxıb çantasına dəftərlərini qoyur-Pəncərədən baxanda Rəsulu gördüm.Müəllimdə görmədin məzəmmət elədi o dəqiqə.-çantasını çiyninə aşırıb partaya söykənir-Yenidən pəncərədən baxanda ama görmədim,yəqin səhv görmüşəm,sonrada sənə söz deyəndə müəllim tutdu məni..Off gözündən düşdüm müəllimin..həm də ən sevdiyim müəllimimin...Səbinə çantasını götürüb onun qoluna girərək qapıiya dogru aparır daha doğrusu sürükləyir özü ilə bərabər onu
-ay dəli narahat olma Sədaqət müəllimə səni cox istəyir.Həm Rəsulun burda nə işi?
-hə, nə deməzsən..Bəlkədə səhv görmüşəm heç Rəsul deyildi...Danışaraq gedirdilərki qrup uşaqların bir yerə toplanıb nədənsə danışıb güldüklərinə görürlər.Onlarda uşaqlara qoşulub söhbət etməyə başlayırlar..Qrupdan olan oğlanlardan biri Nəzrinə gülməli əl-qol hərəkətləri ilə nə isə göstərib güldürürdü.Nəzrində oğlanın dediklərinə mehriban cavablar verib gülürdülər.Onların belə səmimi olmasını Rəsul kənardan izləyib qaşlarını düyünləyir.Qızların arxasında dayandığından Səbinəgil onu görmürdülər..Yaxınlaşıb ilk Səbinənin çiyninə yavaşca toxunaraq çağırır.Səbinə onu görüb gülümsəyir-sən hara bura hara?
-Bizdə deyirik qızlar dərs oxumağa gəlir,xanımların gülüş səsi çöldən eşidilir maşaAllah- kinayə ilə deyib Nəzrinə baxır.Nəzrininsə Rəsulun burda olduğundan xəbəri olmamışdı qrup yoldaşı ilə deyib gülürdü.Səbinə onun çiyninə toxunub çağıranda geriyə dönüb Rəsulu görəndə gülüşü dodağında itir.
-Sən düz görmüşdün Nəziş.
-Salam Rəsul sən nə əcəb bura gəlmisən?Nəzrin onun baxışlarından ürkmüşdü biraz...Niyə qorxuram?səhv iş üstündə tutulan uşaqlara bənzədim lap.Özünə gəl Nəzrin.Sənin bu qorxaqlığın,çəkingənliyin olmayada.Ürəyində özünə ürək-dirək verib gülümsəyir.
-Gəlmək olmaz məgər?Nəzrinin özünü itirib tezdə ələ almağa çalışdığını görüb Rəsulun dodağı qaçır.Qaşlarının düyünü açılır.O Səbinəyə inandığı kimi Nəzrinədə inanırdı.
-Sən bizim üçün gəlməzsən.Düzünü de o qıza görə gəlmisən hə?
-qara cücə xanım 1-ci o qızın adı var,Şəbnur..2-cisi isə mən ona görə gəlməmişdim.Sizin üçün gəlmişəm.Dedim gəlim görüm bizim cücələr özlərini necə aparırlar.Nəzrin Rəsulun son sözlərinə görə utanır.Onlar nə qədər mehriban,deyib gülən,şıltaq olsalarda oğlanlar ilə məsafə saxlayardılar.Qardaşlarının yanında..ya da məhlələrində oyunlarına oğlanları qatmazdılar.İndidə unidə qrup yoldaşı ilə deyib gülən yerdə Rəsulun onu görməsinə biraz pis olmuşdu.Səbinədə ortamı yumşatlmaq üçün qardaşının qoluna girir..
-1-ci cücə demə demişik bizə,hələdə burda!.2-cisi isə bizi atraksionlara aparda qaqaş..Nolaar
-mən bilən balacalar üçündü ora..Gəlin sizi yeni açılmış kafeyə aparım
-paah danışdıda ağilli.ildə bir dəfə bir şey istədim.Nəzrin onun sözünü yarıda kəsir-Səbiş gəl kafeyə gedək,acmışam mən.
-ay səni qorxaq.nc nc yaxşı,yaxşı day sənsəndə,gedək..Rəsulun qolundan çıxıb Nəzrinin qoluna girib gəzərək kafeyə gəlirlər.Pəncərəyə yaxın olan masalardan birində əyləşirlər.
S-ımm nə gözəl yermiş.-Ətrafına maraqla baxaraq qardaşına üzünü çevirəndə onun Nəzrini süzdüyünü görür..Nəzrin isə çantasında qurdalanaraq telefonunu axtarırdı.-Nəziş üzüyünün qaşını tapdın?
-üzük?qara qız telefonumu axtarıram.ay tapdııım.
-Hə qızlar nə istəyirsiz deyin ..
-mən tortla çay istəyirəm.Sən nə istəyirsən sarı qız?.Nəzrin öldürücü baxışla Səbinəyə baxıb-sənə cavabım evə qalsın!mənə də şokoladlı keks və çay...Səbinə bic baxışları ilə gülərək "caan Nəzrin.sənin hələ əsəbləşməklərin sonra olacaq”öz özünə danışaraq ətrafını seyr edir..Qarşı masada 2 oğlan və bir qız oturmuşdu.öz aralarında nədənsə danışıb gülürdülər.Səbinənin gözü arxası ona tərəf oturan oğlanda qalır.Geyimi iləmi?ya görünüşü ilə mi diqqətini çəkmişdi onun..Hündür boy,saçları qısa,bəndənə kip oturan zamuş pencək oğlanı daha yaraşıqlı göstərirdi.İlk baxışda Səbinənin diqqətini çəkməyi bacarmışdı.Nəzrinin onu səsləməsinə gözlərini digər masadan çəkib söhbətə qoşulur.
-deyin görək dərs,praktika necə gedir?
-əla qaqaş..
-Sənin işin necədi Rəsul?Nəzrin çəkingən olsa da azda olaraq söhbətə qoşulur.
-şükür yaxşıdı Nəzrin..Heç başım açılmır işdən.Tez-tezdəbölgələrə göndərilirəm,özün ki bilirsən.
-maraqlı olar rayonları görmək
-hə maraqlıdı amma yorucudu..Bir yerə öyrəşməmiş digər bölgəyə göndərirlər..
-Nəziş gəl səni Rəsula qataq onunla get..Gülərək deyirdi ki Nəzrinin çimdikləməsinə bərkdən qışqırıb,qaşlarını çatır.-aaaaaa...az nə dedim ki?qolum göynədi –ovxalayaraq ona tərs tərs baxır.
-suuss,bizə baxırlar..bu yersiz danışmağını yığışdırmadığınmüddətcə göynəyəcəksən bax elə..Səbinə Nəzrinin bizə baxırlar deməsi ilə qarşı masaya baxanda o oğlanın geriyə dönüb onlara baxdığını görür.Utanır biyabr olduğu üçün.Başını yerə dikib əlindəki salfeti didişdirir-yaxşı olur sənə bu,öl elə Səbinə,yaxşıca biabr elədin özünü..
-aa Cahangirdə burda..
-Mən zəng edib demişdim.Rəsul onun Cahangiri görüb sevnməsinə gülümsəyir..
-Bir bu çatmırdı burda.Səbinə dodaq altı mızıldanır.
-Xoş gördük..Cahangir salamlaşıb masaya əyləşir.
-Xoş gəldin qaqaş,işdən nə əcəb gələ bilmisən,olmaya bizi məzəmmət etməyə gəlmisən?
-hə gərək töhmət yazam sizə....
Səbinə bayaqdan başını qaldırıb çoxda danışmırdı.Cahangirin salamını belə ötəri alıb ağız ucu cavab vermişdi..-gəlirəm-deyib üst başını düzəltmək üçün gedir..WC-dən çıxanda qapının ağzında yerdə gül görür.Ondan başqa ətrafda qadın yox idi.Gülü götürüb kartın üzərini oxuyur

Müəllif: MiLady Ovod
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 6 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri