Əvəzolunmaz (10-cu bölüm)

Şərhlər: 2
Baxılıb: 5 993
Səs ver:
(səs: 3)
Rəsul ilə Cahangir uşaqları başlarına toplamışdılar..Rəsul həvəslə onlara necə futbol oynadıqlarını,necə oynamağın lazım olduğunu izah edirdi..Cahangirdə onun həvəsinə,danışmağına baxıb gülürdü..Qış ayı olsa da,hava soyuq olsa da günəş çıxmışdı..Onlarsəhər vaxtları oynamağı sevirdilər...Qızlar onlara təəccüblə baxırlar..
-bizə deyirdiniz qocasınız,indi görək qocalar qazanır futbolu yoxsa uşaqlar-göz vurub topu götürərək meydanın ortasına gedir Cahangir.Uşaqlarda onun yanına qaçırlar..Səbinə ağzını açıb bir söz deyə bilmir..
-cücə bizə qoca demisiniz siz?Əllərini qoynunda çarpazlayıb onlara baxır...Üçü tək kənardan uşaqlara baxırlar..
-bəli,qocasınız..Sizin yaşıdlarınızın dizim boyda uşaqları var... deyib Səbinə kepkasını tərs qoyaraq Cahangirin yanına gedir..
-mənə elə baxma..Rəsulun baxışlarından qaçıb Nəzrində onların yanına gedir...İki komandaya bölünürlər,Rəsul və Cahangir bir komanda..Səbinə və Nəzrin digər komanda olur..Uşaqlarıda paylaşıb bərabərləşərək oyuna başlayırlar..Səbinə qapıya Aslanı qoyur..Cahangir isə Əlini....Nəzrin üst hissəsi quru altı isə yaş olan daş götürüb-biz quru siz isə yaş hissəsiniz..Atıram havaya yerə düşəndə hansı hissə yuxarıda qalsa oyuna ilk o komanda başlayır.
-daş lazım deyil,qızlara hörmət olaraq birinci siz başlayın..-Rəsul jest edənlər kimi fərəhlə deyir..
-Çox sağolun hörmətinizə görə amma qəbul etmirik-deyib daşı havaya atır...Torpağa düşəndə üstdə qalan hissə quru olur..Qızlar sevinərək qışqırıb-uraa biz başlayırıq oyuna-deyib bir birini qucaqlayır..
-biz onsuzda siz başlayın demişdik..
-biz isə qəbul etmirik demişdik-Nəzrin gözlərini süzüb meydanın ortasına gedib yerini alır..Və oyun başlayır.Top ilk Səbinədə olur ötürə ötürə digər qapıya çatmaq istəyəndə Cahangir bir həmlə ilə topu ondan alıb Rəsula ötürür..Səbinə ona acıqla baxıb yanına qaçır topu almaq üçün..Nəzrində qapıya yaxın dayanıb topun qapıdan keçməməsi üçün çalışırdı..Cahangir qapıya topu atmaq istəyəndə Səbinə ondan almağa çalışır..Baxışları toqquşanda Cahangir onun gözlərində itir.Bir saniyə dayanmağı ilə Səbinə topu ondan alır..Uşaqlar buna heyfslənir..Cahangir bu hərəkətinə görə əsəbləşib dodağının altında deyinərək başını sağa sola yelləyir..Səbinə topu ötürərək onların qapısına qolu vurmağı bacarır..Uşaqlar sevinərək hamısı onu qucaqlayır.Səbinə ona göz vurub oki var gülür..Təbii ki Rəsulgilin komandası pis olur..Oyun öz axarı ilə getməyə davam edir..Top Cahangirdə idi.Bu dəfə uduzmaq niyyəti yox idi..İlk əvvəl Nəzrinlə üzləşərək topu onlara vermir..Səbinə onun önünü kəsib topu almaq istəyəndə alınmır..Cahangir başını qaldırıb onun gözlərinə baxmır..Bilirdi ki baxsa idi uduzacaqdı..Və qolu vurur....Onun qrupunun uşaqları sevinərək qışqır bağır salıb tullanıb düşürlər..Səbinə hirsindən dodağını çeynəyərək onlara baxırdı.. 1 saatdan çox oynayırlar..Oyun Cahangirin komandasının qazanması ilə başa çatır..Səbinə dodağını sallayıb oturacağa oturur..Rəsulgil isə uşaqların sevinməyinə daha da sevinirdilər.
Nəzrin onun halına gülür-kefini pozma bir oyunduda..
Səbinə susub qardaşıgilə baxırdı..Cahangir onun pis olmasını ürəyi dözmür..Bu bir oyun idi nə olsun?Səbinə ki buna görə pis olacaq qədər uşaq qəlbli idi..Onun yanına gəlib-mısmırığını nə sallamısan,bir oyuna görə kefsiz olmağa dəyməz..Deməli elə də qoca deyilmişik-deyib yanında oturur..
-........küskün uşaqlar kimi susurdu..Rəsul da onun digər yanında oturub yanağından çimdik alaraq boynunu qucaqlayır.
-yaxşı küsmə..Bu gün Nəzrinlə səni kinoya aparacayıq..Ordan sonra haranı desəniz gəzdirəcəyik sizə..
-yalan demirsinizki?keçən dəfə də belə dedin amma aparmadınız ..Səbinə sevincdən parlayan gözləri ilə qardaşına baxır.
-narahat olma bu dəfə gedirik.onsuz mənimdə istirahət günüm azalıb...Cahangirə baxıb göz vurur..Səbinədə bunu görür-niyə ona göz vurdun?deməli aparmayacaqsınız....
-,Dediksə gedirik, gedəcəyik vəssalam...Çox qalmayaq burda,tərləmişik..Xəstələnməyək..Durun getdik!..Cahangir yerindən durub Nəzrinin boynunu qucaqlayaraq getməyə başlayır..

Bəzən sevgimizi etiraf etməyə qorxuruq..Qarşı tərəfin qəbul etməyəcəyindən çəkinirik.Gələcəyimizi bilmədən xəyallar qururuq..Halbuki həyat bizi hardan haraya gətirib çıxarır.Gərək hər şeyi zamanında etiraf edəsiniz yoxsa əlinizdən itib gedər qazanmaq istədikləriniz.Cahangirdə itirmək istəmirdi onu..Nə olur olsun sevgisini göstərəcəkdi Səbinəyə..Bu neçə ildə söyləyə,edə bilmədiklərini edəcəkdi..Ağ futbolkasının üzərinə zamuş qəhvəyi pencəyini geyinib düşüncəli halda otağından çıxır..Nəzrini səsləyərək ayaqqabısını geyinməyə başlayır..Nəzrində qara,geniş şalvar,qırmızı gödək bluz geyinmişdi,Saçlarını açıq qoyaraq paltosunu geyinib Cahangirlə bərabər evdən çıxırlar.Həyətdə görüşüb şəhərin mərkəzindəki kinoteatrlardan birinə gedirlər...Səbinə cins şalvar,ağ köynək üzərinədə göy rəngdə gödəkcə geyinmişdi..Geyiminə uyğun kent və saçlarını at quyruğu kimi yığmışdı..Komedi filmlərdən birini seçib,biletlərini alaraq zala keçirlər.Qızları ortada ,özləridə onların yanında otururlar..Filmin başlamasına hələ 10 dəqiqə vardı..Səbinə qardaşının qulağına pıçıltı ilə-Evdə danışdığımız kimi.Bilmirəm nə edəcəksən amma tez et-deyib yerindən qalxır..Rəsul həyəcandan əllərini bir birinə sıxıb oturmuşdu..Dünəndən çox düşünmüşdü bu məsələni..Getdikcə daha çox anlayırdı ona vurulduğunu..
- su almadıq..Mən gedim alım.Başqa istəyən var?.unutmuş kimi edib ayağa qalxaraq onlara baxır..
-mən istəmirəm-deyib Nəzrin ona baxır..
-Siz oturun mən gəlirəm...Belə desədə bilirdi ki Cahangir gələcəkdi onunla..Çünki heç vaxt nə Rəsul nə də Cahangir onların yanında olanda tək buraxmazdılar.Cahangir Rəsulun tərpənmədiyini görüb Səbinənin ardıyca zaldan çıxır...
Rəsulun bəxtindən zalda adamlar az deyildi..Burda çalışan bir işçini razı salıb surpriz hazırlamışdı Nəzrin üçün..Əgər indi nə isə etməsəydi sonra çətin bir şey edə bilərdi deyə düşünürdü..Sağolsun Səbinə bu işdə ona kömək edəcəyini demişdi..Evdə ondan Cahangiri 10 dəqiqəlik zaldan çıxarmağını xahiş eləmişdi..Amma nə edəcəyini deməmişdi Səbinəyə..
Nəzrin zala,zalda oturanlara baxırdı ki telefonuna mesaj gəlir..”Bilmirəm necə reaksiya verəcəksən..Ekrana bax”...Rəsul işçi oğlana başı ilə işarə edib başlamağını bildirir..Bu zaman zalda işıqlar sönür,hər kəs filmin başladığını düşünüb ekrana baxırdılar ki..Ekranda böyük hərflər ilə "””NƏZRİN MƏNİM İLƏ EVLƏNƏRSƏN?”””yazısını görüb bir birlərinə baxıb danışmağa başlayırlar....Nəzrin təəccüblə ekrandakı yazıları dönə-dönə oxuyurdu...Rəsul aradakı boş yerə keçib onunla yanaşı oturur.Üzünü ona dönüb həyəcanla.-Nəzrin mənim ilə evlənərsən?Vurulmuşam sənə nə gizlədim..Bacarmıram bacarmıram..Mahnıda deyildiyi kimi –deyib gülümsəyir....Nəzrin key kimi bir ona,birdə ekrana baxırdı..Sanki inanmırdı bu etirafın ona olduğuna.Rəsulda bunu başa düşüb-hə bu etiraf sənin üçündür..
-məə...məəən nə deyim bilmirəm..Heç gözləmirdim..
-bilirəm,kimdən gözləsəndə məndən gözləmirdin bunu yəqin-gülüb gözlərini ondan çəkmirdi..Zalda oturanlar bəziləri onlara heyranlıqla,bəziləri isə həsrətlə baxırdı..
-məni tanımağa nə deyirsən?..Nəzrin utandığın bir söz deyə bilmirdi..Heç vaxt gözləmirdi Rəsuldan belə bir şey özü üçün...Bu zaman film başlayır..Hamının fikri ora yönəlir.

Səbinə zaldan çıxanda Cahangiri yanında görüb ona gülümsəyir..Bufetə yaxınlaşıb su alır..Cahangirdə kənarda durub onu gözləyirdi..Ətrafda tək tük insanlar var idi..Masaların birində oturan iki oğlannin Səbinəyə baxdığını görüb ilk əvvəl fikir vermir.İnsan insana baxar deyə düşünür..Təkrar onlara baxanda gözlərini Səbinədən çəkmədiyini görüb gərginləşir..Onun yanına gedir-sənin bir su almağın nə uzun oldu!
Səbinə onun gərgin olmasına fikir verməyib-su qalmayıb burda,xala dedi gözlə içəridən gətirirəm.Onun heç nə deməyib sol tərəfdə oturan oğlanlara baxmasından hər şeyi başa düşür....
-insan insana baxar,əsəbləşməyə dəyməz..
-gəl gedək içəri,sonra alarsan!...Əsəb ilə ona baxır..Səbinə onun halına ürəyində gülürdü..
-mən indi alacam..Gedirsən sən get içəri..Həm baxmaqla bir şey olmur. Narahat olma sən-deyib dodaqlarını qaçırır.Gülməyini göstərməmək üçün güclə saxlayır özünü..Getdikcə xoşuna gəlirdi onu hirsləndirmək..Cahangir üzünü ona dönüb əllərini şalvarının cibinə salır-sən deyəsən dünən yaxşı başa düşə bilməmisən dediklərimi!
-niyə?çox yaxşı başa düşmüşəm..Məni çox istədiyini demişdin..Burda nə varki...Suyu alıb pulunu verib gedərkən ayağı boşluğa düşüb burxulur-aaayy..Cahangir onun arxası ilə getdiyindən tutub yaxındakı oturacağa oturdur..
-aaa..ağrıdır..Ayaq biləyini ovxalayaraq mızldanır.
-düz yerdə də yeriyə bilmirsən!Qorxma birazdan keçəcək ağrısı.Sadəcə boşluğa düşdü ayağın..Onun yanında oturur..
-axı ağrıyır.ayağını ovxalayaraq ona baxır..Gözləri dolduğu bilinirdi..Cahangir onun halına gülümsəsə də ürəyi dözmür..-dayan mən baxım-Yerindən qalxıb onun qarşısında aşağı oturaraq ayaq biləyinə toxunur-ağrıyır indidə?
-orası yox....Utanaraq ona baxırdı.ətrafdakıların diqqət mərkəzində olduğunu görüb lap utanır.
-bəs bura?əli ilə burxulan ayağını ovxalayır Səbinənin..
-keçdi,keçdi..yoxdu ağrı-deyib Cahangirin ayağa qalxmasını istəyirdi.Utanırdı bu vəziyyətdən..Cahangirdə bunu görürdü..Onu lap çox utandırmayıb ayağa qalxır..Bayaq sözü yarım qalmışdı.Ağzını açmaq istəyirdi ki Səbinə yerindən qalxıb zala doğru gedir...Qapıya yaxınlaşanda Cahangirin gəlmədiyini görüb geri dönür-gəlmirsən?..Bir söz deyə bilməyəcəyini anlayıb onun yanına gedir Cahangir.
Sakitcə gəlib yerlərində oturmaq istəyəndə Rəsul yerini dəyişib Cahangirin yerində oturmuşdu deyə o da məcbur Rəsulun yerində oturur..Nəzrin ilə Rəsulun gülüşündən hər şeyin yaxşı olduğunu başa düşür Səbinə..Etirafından sonra filmə baxarkən Rəsul sözləri ilə Nəzrinin üzünü güldürməyi bacarmışdı ...1saat sonra...
Film bitmişdi.Qızlar qol qola girib onlardan əvvəl çıxırlar zaldan..
-heç bu qədər gülməmişdim..Səbinə fraqmentləri xatırlayıb yenidən gülürdü..
-hə məndə....ha..ha..ha
-indi hara getmək istəyirsiniz?-deyib Rəsul onların yanına gəlir..
-mən acmışam..Burnuma mamanın dolmasının ətri gəlir lap..Hansı restorana gedirik?..
-Cahangir hanı bəs?Nəzrin narahatlıqla soruşur..
-içəridə bir tanışı ilə rastlaşdı.Onunla söhbət edirdi..Demişdi ki Cahangir içəridən iki xanım ilə çıxır...Onlarla sağollaşıb Rəsulgilin yanına gəlir..
-hara aparırsınız yemək yeməyə bizi?Bax Səbişi zorla saxlayıram ki məni yeməsin-deyib hamını güldürür bir Səbinədən başqa.
-mən səni yeyə bilmək üçün gərək div olam Nəzrin xanım..Gözlərini süzüb küsür.
-ay,ay mənim qara qızım küsdü...heç küsdürərəm səni.Onu qucaqlayıb,öpür...
-Səbinənin yemək sevdasını bilməyən yoxdu..Cahangir onu cırnatmağaq istəyir amma alınmır..Səbinə ona ötəri baxıb saymayaraq Rəsula baxır-bəlkə gedək?
-gedəkdə nə deyirəmki..Sizi gözəl bir restorana aparacam..Əminəmki çox xoşunuza gələcək..-deyib Rəsul qızlar ilə bərabər addımlayaraq gedir..Səbinənin baxışlarını görüb sevinir Cahangir.. Arxaları ilə gedib onlara çatır..Səbinənin hələdə baxışlarının dəyişmədiyini görüb gülümsəyir...Ümidlənməyə başlayırdı..Əgər Səbinə onu qısqanırdısa deməli qəbul edəcəkdi sevgisini..

Müəllif: MiLady Ovod
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 5 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri