Əvəzolunmaz (27-ci bölüm)

Şərhlər: 1
Baxılıb: 7 970
Səs ver:
(səs: 1)
Səbinənin işdə onsuz olmasını istəmirdi Cahangir..Tez tez mesaj yazıb nə etdiyi ilə maraqlanırdı..Lazım olmadıqca otaqdan çıxmamasını tapşırmışdı...Qızlar işlərini bitirib Rəsulu gözləmək üçün çöldə dayanırlar..Yeni praktikaya gəlmiş Elvin vacib bir kağız üçün onların yanına gəlir..Bilmədiklərini onlardan soruşur..Qızlar kömək edib bildiklərini ona izah edirlər..Başları qarışmışdı ki,Rəsulu qarşılarında görürlər..Elvin onlara minnətdarlığını bildirib içəri keçir..Nəzrin onun əsəbi sifətini görüb ürəyində dualarını edir..
-Səbiş batdıq..Rəsulun əsəbləşməyindən narahat olsada sakitliyini pozmamağa çalışır.
-Qorxma mən yanındayam!...
Rəsul onlara yaxınlaşır-O kim idi?!..İşdən çıxıb gəldiyinə görə geymini dəyişməmişdi..Bilirdi ki Nəzrinin çox xoşuna gəlir onu belə görmək..Əsgər geyimi hansı oğlana yaraşmazki?..Gəlib gedənlərin ona baxdığını görüb acığı tutur Nəzrinin..
-Yeni gəlib..Bizim kimi praktikaçıdı....
-Sizin yanınızda nə işi var?
-Bir sənəd haqqında soruşurdu....Səbinə onlara baxıb ağzını açmağa imkan tapmırdı..
-Sizdən başqa soruşmağa adam tapılmır bankda!?
-Bizdən soruşanda nə olurki?
-Hirs ilə maşına oturur..Qızlarda onun ardından gedib otururlar..Səbinə danışmaq istəysədə susmağının məsləhət olduğunu başa düşüb dinmir..Rəsula əsəbi olanda yaxın durmamaq lazım olduğunu bilirdi...Nəzrin onun bu qədər qısqanc olmasını başa düşə bilmirdi..Özünü pis hiss eləyirdi o belə olanda..Axı o səhv bir hərəkət etməmişdi..Qısqanclıq inamsızlıqdan yaranır bəzən..O,artıq Rəsulun ona inanmadığını düşünməyə başlayırdı.EVə çatıb düşürlər...
Səbinə üzərini rahatlayıb yeməyini yeyir..Nəzrinlə danışıb onlara gedir..Elə yeni çatmışdı ki bankın bir neçə işçisi gəlir,aralarında təbii ki Səlimədə var idi..Bu dəfə nə əcəbsə qapalı geyinmişdi....Onlar oturub Cahangirlə söhbət edirdilər..Zümrüdgildə çay süzürər..
Z-Bu qadın kimdi 4 kişinin içində gəlib?
N-Sənə demişdime Səlimə..bax o..
Z-hə Cahangirdə gözü olan?..Səbinəyə baxıb gülürlər..
S-mən ona göstərəcəm gözünün orda burda olmağını!..
Z-Əcəb edərsən Səbiş...Onun kimilərinə görə insan heç kimə inana bilmir..-Çayı süzərək ona baxır-Nə edəcəksən bəs?
-Əlinə istiot qabını alıb gülür-Bax bunu edəcəm..
N-ha.ha.ha...
Z-Ver bura...Səbinədən alıb istiotu çaya töküb qarışdırır.
N-gəlin baldız bir birinizin tayısınız-onlara gülürdü.
Çayı Zümrüd aparır..Hərəninkini öz qarşısına qoyur..Nəzrinlə Səbinə qapıdan onlara baxıb gülməmək üçün özlərini saxlayırdılar..Cahangir onlarda bir hal olduğunu başa düşür...Zümrüd çayları qoyub Səbinə göz vuraraq otaqdan çıxır...Çaylar içilirdi..Səlimə içmək istəyəndə fikri söhbətdə olduğuna görə çayın ətrinin dəyişdiyini hiss eləmir..Elə bir qurtum almışdı ki rəngi dəyişir..Məcbur qalıb o qurtumu udur..Salfetlə ağzını tutur.Nəzrin güləmyini saxlaya bilməyib əli ilə dodaqlarını tutur..Səbinə isə halını pozmadan onlara baxırdı..Səlimə anlayır ki bunu ona kim edib.Səbinəyə qanlı-qanlı baxır...Hərkəs çayını içib bitirəndən sonra Səbinə yenidən çay təklif edir..
-Səlimə xanım siz heç çayınıza toxunmamısınız..Təzələyim istəyirsiniz!..
-Çox sağol Səbinə..İstəmirəm!..Mən bilən bu evin qızı Nəzrindi,sən niyə süzürsən çayı?
-O da bu evin qızıdır Səlimə xanım,həmdə mənim nişanlım-deyib Səbinəyə baxır Cahangir...Otaqdakılar sevinərək onları təbrik edirlər.
-Filiala rəhbər keçmisiniz...Təbriklər.....Allah xoşbəxt eləsin ...Səbinə qızımızın ayağı düşərli olub sizə..
-Çox sağol Əmirxan dayı(mühasibatçı)..Biraz elə oldu-ikisidə gülüb Səbinəyə baxırlar..Siniyə qabları yığıb mətbəxə keçir tez..Nəzrində onun ardından gəlib qucaqlayır Səbinəni..
-Eşitdin Səbiş?qaqaşın vəzifəsini artırıblar....
-Nəziş boğuldum...Cahangirdən qabaq sən öldürəcəksən məni deyəsən...Gülüşərək sevinirlər..Qonaqlar birazda oturub qalxırlar..Səlimə onların nişanlı olduqlarını eşidəndən kefi qaçmışdı..Planları suya düşmüşdü bir sözlə...
Qonaqlar gedəndən sonra qızlar qonaq otağına keçir..Nəzrin qardaşını qucaqlayıb təbrik edir...Zümrüd onların yanına gələndə qızları sevincək halını maraqlanır..
-Zümrüd...qaqaş bankın rəhbəri seçilib..Mənim qardaşımdan bacımdan birdənədi,birdənə-deyib onu qucaqlayır....Zümrüd ani şok yaşamışdı eşitdiklərinə..O,da qardaşını təbrik edir..
-Bunu bizə nə vaxt deməyi düşünürdün,bilmək olar?-deyib Səbinə gözlərini süzür..
-Sənə Qəbələdən qayıdanda xəbərim olacaq demişdim..Bax bunu deyəcəkdim....
Qızlar onları otaqda tək qoyub aradan çıxırlar..
-Bayaq Səliməyə baxıb niyə gülürdünüz?
-Mən?mən gülməmişəm..Şər atma üzərimə..
-Səbinə!
-Caan...
-ikisidə gülür bu sözə...-Sözümü oğurlama..Sənin hələ cəzan var..
-Mən yazıq neylədimki?yazıq sifət alıb ona baxır..
-Elə baxma mənə,sən bilirsən neylədiyini..Sizə kim deyibki durub tək gəlin xəstəxanaya!..
-Hava gözəl idi gəzmək istədim..
-Rəsul ilə də gəzərək gələ bilərdin..
-..........................
-Düşünmürsənki başına yenə bir hadisə gələrdi?!Niyə bu qədər özbaşına hərəkət edirsən..
-Mən sadəcə qarda gəzmək istədim...Yadına qaçırıldığı gün, Elman düşür..Gözləri dolur....
-Səbinə?..onun kövrəldiyini görüb peşman olur sərt danışdığına...Yerindən qalxıb onun yanına getmək istəyəndə Səbinə ondan əvvəl tərpənib evdən çıxır..

Otağında uzanıb kitabını oxuyurdu Nəzrin..Telefona tez tez baxıb bir mesaj ya da bir zəng gözləsədə heç nə yox idi..Fikrini dərsə vermişdi ki Rəsuldan mesaj gəlir..Onu aşağıda gözlədiyini yazmışdı..Gecə olduğundan Nəzrin evdən çıxmaq istəmir..Gələ bilməyəcəyini yazır...bir necə dəqiqə sonra Rəsulun inad etməsinə görə üzərini geyinərək Zümrüdə xəbər verib həyətə düşür...Maşına söykənib havaya baxan Rəsula baxıb gülür..Sonra ciddiləşib,paltosunun yaxasını əli ilə özünə sıxaraq onun qarşısında dayanır..Rəsul ona baxıb gülümsəyir..
-Niyə məndən küsürsən?niyə?
-içmisən?..
-niyə Nəzrin,niyə səni bu qədər sevirəm?
-Yavaş eşidəcəklər-əli ilə onun ağzını tutur..-get evinizə,sabah danışarıq...
-Nəzrinin biləyindən tutub yavaşca əlini çəkir-yox indi danışaq..-Səni çox qısqanıram,mən nə edim?...özümlə bacarmıram..Nə zaman səni bu qədər çox sevmişəm?..
-Ətrafına baxıb heç kimin olmadığına rahatlayır..
-Nəzrin-.....onu belindən qucaqlayıb özünə sıxır..
-hmmm..
-Birdə küsmə məndən..Bir gün səninlə danışa bilmədim özümə yer tapa bilmirdim..
-.....................
-Birdə mənsiz heç yerə getməyəcəksənki?
-Sən mənə inanmırsan?
-Sənə yox insanlara inanmıram mələyim..Məni sevirsən?
Onun sevgi ilə parıldayan gözlərinə baxanda inadına yox demək istəyir amma bacarmır...Bu ürəkdi necə sevgisini gizəltsin?Hələdə ki qarşılıqlıdırsa...
-Cavab verməyib onu bərk qucaqlayır....
-Mən belə olmaq istəmirəm 2 həftəyə toy olacaq!..
-Necəsənki?-ondan ayrılıb sual verir..
-Səni küsdürüb özümə yer tapa bilmirəm...Sənin yanında bir başqasını görmək istəmirəm..Özümü hardan saldım bəlaya....
Danışıb onun könlünü almağı bacarır..Nəzrin sakit təbiətli biri idi..Onun üçün Rəsulun hər sözü qanun kimi idi...Çox inadkar xarakterdə deyildi...
Səbinə gecəni göz yaşları ilə keçirir..Qaçırılma hadisəsindən sonra çox kövrək olmuşdu..Cahangirin sərt danışığına qəlbi qırılmışdı..O biraz ilk qarda gəzmək istəmişdi..Sağolsun Rəsul ilə Cahangir burunundan gətirir...Cahangirin zənglərinə cavab vermir...Yastığını qucaqlayıb ağlayaraq yatır..Qərara gəlmişdi sabah Cahagirlə ciddi söhbət edəcəkdi...

Müəllif: Milady Ovod
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 7 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri