Qonaq otağının dizaynını dəyişmək istəyirsiniz?

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 003
Səs ver:
(səs: 0)
Qonaq otağınızda kiçik dəyişikliklər edib ona tamamilə başqa bir mənzərə qazandırmaq istəyirsinizmi? Elə isə tərzinizə uyğun, münasib və gözəl bir qonaq otağı üçün təkliflərimizə nəzər salın. Qonaq otağınızı dekorasiya edərkən bir mərkəz yaratmağa diqqət göstərin. Böyük bir sahəniz varsa, L şəklində olan divanlarınızı küncdə istifadə etmək əvəzinə otağın mərkəzinə daşıya bilərsiniz.Yeniliklərə açıqsınızsa, fərqli dizaynlar etməkdən çəkinməyin. Divan və kreslo dəstinizi, etnik bir orta stolla bir araya gətirərək xoş bir ahəng tuta bilərsiniz.Pufiklər və yastıqlar ilə salonu hərəkətləndirə bilərsiniz.Sadə yastıqlar ilə müasir tərzinizi gücləndirərkən, naxışlı və işləməli yumşaq pufiklərlə məkana xoş bir hava qata bilərsiniz.

Dekorasiyanızın və rənglərin ön plana çıxması üçün düzgün ışıqlandırmadan istifadə etməyiniz əhəmiyyətlidir.İşıqlandırma seçimində, qəfildən çox və fərqli növdə işıqlandırma olmasına diqqət yetirin. Tarazlı və yaxşı yayılmış bir işıqlandırma, otağınızın daha təravətli və parlaq görünməsini təmin edəcəkdir.

Rəngli xalçalar ilə tamamilə başqa bir hava yaradın.Tək bir xalça ilə ilə otağa tamamilə başqa bir görünüş qazandıra bilərsiniz. Rəngli və parlaq naxışda bir xalça, otağınızın bir anda havasını dəyişə bilər. Xüsusilə son dövrlərdə olduqca dəb olan patchwork xalçaları və açıq mavi tonlarında incə dizaynları üstünlük verməyinizi təklif edirik. Xalçanızdan sıxılanda onu dəyişdirərək otağınıza yenilik qata bilərsiniz.Pərdə, yastıq kimi ağ məhsullarında zaman-zaman dəyişiklik edə bilərsiniz. Yaza doğru bahara uyğun rəngləri seçim edərkən, qış mövsümündə boz və qəhvəyi kimi soyuq tonlara yönələ bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 003
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri