Alimlər sübut ediblər ki, rahat sinif otağı qızlarda...

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 970
Səs ver:
(səs: 1)
Alimlər müəyyən ediblər ki, qızların kompyuter elmləri ilə məşğul olmaqdan imtina etməsinə sinif otağındakı şərait təsir edə bilər.

Eksperimentdə 14-18 yaşlı 269 qız və oğlan iştirak edib. Yeniyetmələrə iki kompyuter otağının şəkilləri göstərilib: 1-ci adi qaydada – cərgə ilə düzülmüş kompyuterlər və detalları, divarlardan asılımış kompyuter oyunlarının afişaları tərtib edilib. İkinci kabinetdə isə divarlardan məşhur rəsm əsərlərinin reproduksiyası asılıb, pəncərələrə dibçək gülləri qoyulub. Şagirdlərə məşğələlərin belə sinif otaqlarında keçiriləcəyi halda informatika və proqramlaşdırma dərslərini məktəb cədvəlinə daxil etmələri ilə bağlı suallar ünvanlanı

Təcrübənin nəticələri göstərir ki, kabinetin interyerinin oğlanlara heç bir təsiri olmayıb. Qızların əksər hissəsi isə 1-ci otaqda dərs keçməkdən imtina edib, 2-ci otaqda məşğələlərə getməyə razılıq veriblər.

Tədqiqat müəllifləri bunun psixologiya ilə əlaqədar olduğunu iddia edirlər: qızlar özlərini rahat hiss etmək üçün özlərini təcrid olunmuş hiss etməməlidirlər. Sinif otağının qərəzli "kişi” interyeri isə məhz belə təsir göstərir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri