İnteryerdə rənglərin rolu

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 3442
Səs ver:
(səs: 3)
Rənglərin dili və hər rəngin öz enerjisi olduğunu yəqin ki, eşitmisiniz. Bu reallığa əsaslanan mütəxəssislər hər məkana uyğun uğurlu rəng seçimini müəyyənləşdirib. Onların qənaəti belədir:
 
Qonaq otağı ortaq paylaşılan məkan olduğu üçün burada orta tonlarda rəng seçilə bilər. Məsələn, süd çalarları, ay daşı rəngi, çox açıq bej, sarı, ya da  mavi qonaq otağına daha uyğundur. Əgər qonaq otağı mebelləri cəlbedici rəngdədirsə, divar kağızları açıq və yumşaq tonlarda olmalıdır. Mebellər sakit tonlarda olarsa, divar kağızları daha tünd və iddialı ola bilər.
 
Yataq otağında sakitləşdirici rənglərdən istifadə edilməlidir. Mavi, yaşıl, açıq bənövşəyi yataq otağı üçün ideal rənglərdir.
 
Dəhlizdə həm  açıq, həm də tünd rənglərdən istifadə edilə bilər. Birləşdirici funksiya daşıyan dəhlizin divarlarına fotoşəkillər  də asmaq olar.
 
Daş rəngi, kobalt, kristal ağ, boz çalarları, soyuq mavi və bej dəhliz üçün ən uğurlu rənglər hesab edilir.
 
Uşaq otağının dizaynı klassik yanaşmalardan uzaq olmalıdır. Uşaqlar üçün daha çox əyləncəli çalar seçin. Onların otağına, əsasən çəhrayı, yaşıl, bənövşəyi, göy rənglər uyğundur. Üstündə uşaqların sevdiyi qəhrəmanların şəkilləri olan divar kağızları ən yaxşı seçimdir. Bu cür divar kağızları uşaqların əhvalını qaldırıb, yaradıcılıq qabiliyyətini artıracaq.
 
Mətbəx və hamamda dinamik rənglərdən istifadə edin. Həmin rənglər çirkli ağ, boz, sarı, zəfəran, yaşıl, mavi ola bilər.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri